Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Birinci vitse-prezident Mehriban Əliyeva Rusiyanın Azərbaycandakı səfirliyində olub, Kemerovoda yanğın nəticəsində həlak olanlarla əlaqədar başsağlığı verib

Birinci vitse-prezident Mehriban Əliyeva Rusiyanın Azərbaycandakı səfirliyində olub, Kemerovoda yanğın nəticəsində həlak olanlarla əlaqədar başsağlığı verib

29.03.2018 [10:46]

Martın 28-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasının Kemerovo şəhərinin ticarət mərkəzində baş vermiş yanğında çoxsaylı insan tələfatı ilə əlaqədar Rusiyanın ölkəmizdəki səfirliyinə gələrək başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, Mehriban Əliyeva Kemerovo şəhərinin ticarət mərkəzində baş vermiş yanğında həlak olanlarla əlaqədar matəm kitabına ürək sözlərini yazıb.
Çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın xəbərinin ölkəmizdə böyük kədər hissi ilə qarşılandığını deyən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, hadisə zamanı xəsarət alanlara şəfa arzulayıb.
Rusiyanın Azərbaycandakı səfirliyinin hərbi, hərbi-hava və hərbi-dəniz attaşesi İqor Lobastev səfirliyə gələrək başsağlığı verdiyinə və bu ağır günlərdə Rusiya xalqı ilə birlikdə olduğuna görə Birinci vitse-prezident Mehriban Əliyevaya Rusiyanın Azərbaycandakı səfirliyi və xalqı adından minnətdarlıq edərək deyib: “Rusiya Federasiyasının səfirliyi, bütün Rusiya xalqı adından şəxsən Sizə vaxt taparaq bizim diplomatik nümayəndəliyimizə gəldiyinizə, bu günlərdə bizimlə, bütün Rusiya xalqı ilə olduğunuza görə minnətdarıq”.
Azərbaycan xalqının həlak olanların doğmalarının kədərini bölüşdüyünü bildirən Birinci vitse-prezident Mehriban Əliyeva deyib: “Vurğulamaq istərdim ki, bütün insanlar kədər içindədirlər. Mən insanlarla çox görüşürəm, hamı bu faciədən danışır. Həqiqətən də bu dərdi səmimi qəlbdən bölüşürlər. Hərçənd həlak olanların yaxınlarının nələr çəkdiyini təsəvvür etmək çətindir. Allah onlara səbir və güc versin”.
Hərbi attaşe İqor Lobastev Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirərək deyib: “Biz bu hadisə ilə əlaqədar səmimi qəlbdən ilk başsağlığı verənlərdən biri kimi Azərbaycan Prezidenti İlham Əliyevə də minnətdarlığımızı bildiririk. Əminik ki, Rusiya və Azərbaycan həmişə birlikdə olmalıdırlar”.
Mehriban Əliyeva: Sözsüz. Əsl dostlar üçün sınaq da elə budur: həm sevincli, həm də ağır anlarda birlikdə olmaq və bir-birini dəstəkləmək.
İqor Lobastev: Sağ olun.
Mehriban Əliyeva: Sağ olun.

Paylaş:
Baxılıb: 484 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

YAP xəbərləri

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30