Vüqar Rəhimzadə: Azərbaycanın tolerantlıq, multikulturalizm təcrübəsi dünyaya nümunədir
27.10.2018 [10:31]
Azərbaycan iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib. Bu reallığı da qeyd etməliyik ki, əvvəllər həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmaq üçün bu və ya digər ölkələrə səfər etməyə ehtiyac yaranırdısa, bu gün hər həftə, hər ay Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə bu istəyini gerçəkləşdirir. Dövlətimizin xarici siyasətinin çevikliyi və açıqlığı istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafına və yeni istiqamətlər üzrə davam etdirilməsinə yol açır. Ümumilikdə bu uğurlarımız düşünülmüş və məqsədyönlü siyasətimizdən, eyni zamanda, Azərbaycanın yerləşdiyi coğrafi məkandan və malik olduğu təbii resurslardan səmərəli istifadəsindən qaynaqlanır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ölkəmizin ev sahibliyi etdiyi VI Beynəlxalq Humanitar Forumun yekunları ilə bağlı KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, Azərbaycan müasir dünyanın bütün çağırışlarını yüksək səviyyədə cavablandırır, qarşıya qoyulan məqsədlərə çatmaq üçün birgə səylərin, təcrübə mübadiləsinin zəruriliyini əsaslandırır. Azərbaycanın tolerantlıq, multikulturalizm təcrübəsi dünyaya nümunədir, ölkəmiz daim İslam həmrəyliyinə, multikultural cəmiyyətlərin formalaşmasına davamlı töhfələr verir.
YAP Siyasi Şurasının üzvü bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin Forumdakı nitqində də dünyaya önəmli mesajlar öz əksini tapıb. Belə ki, Azərbaycanın humanitar fəlakətlə üzləşdiyini vurğulayan dövlətimizin başçısı işğalçı Ermənistanın beynəlxalq qurumların qəbul etdiyi qərar və qətnamələrə məhəl qoymadığını, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğunu tədbir iştirakçılarının diqqətinə çatdıraraq, bir daha dövlətimizin dəyişməz mövqeyini bəyan edib: “Azərbaycan heç vaxt işğalla barışmayacaq, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bunu tarixi ədalət və beynəlxalq hüquq tələb edir”.
Vüqar Rəhimzadə Forum iştirakçılarının say tərkibində nəzərəçarpan artımı Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun, eyni zamanda, müxtəlif mədəniyyətləri və dinləri bir araya gətirən belə mötəbər tədbirlərə marağın göstərici kimi qeyd edib: “Hər bir tədbir gündəmə gətirilən məsələnin, mövzunun müzakirəsi baxımından əhəmiyyətlidir. VI Beynəlxalq Humanitar Forumun mövzusu da bu günümüzün çağırışlarından birini özündə əks etdirir: “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı”.
“İki sahil” qəzetinin baş redaktoru onu da bildirib ki, dünyada münaqişələrin, toqquşmaların baş verdiyi, gərginliklərin artdığı bir zamanda bəşəriyyəti narahat edən məsələlərin müzakirəsi əhəmiyyətlidir. Dünyanın bugünkü mənzərəsi belədir: beynəlxalq hüquq problemi yaşanır, maraqlar ədaləti üstələyir, dünya ikili yanaşmalardan xilas ola bilmir. Bu bəyanat dövlətimizin başçısı İlham Əliyev tərəfindən bütün tədbirlərdə səsləndirilir ki, beynəlxalq hüququn normaları bütün dövlətlərə eyni şəkildə tətbiq olunmalı, vahid mexanizm müəyyənləşdirilməlidir. Bu, dünyada ədalət meyarını unutmamağa bir çağırışdır. Tolerantlığı, multikulturalizmi dövlət siyasətinin əsası kimi qəbul edib, sivil, hüquqi, demokratik dövlət quruculuğu yolunda inamlı addımlar atan, bütün azadlıqların ölkəmizdə qorunmasına səy göstərən, ən əsası, yenilikçi ölkə kimi tanınan Azərbaycanın belə tədbirlərə ev sahibliyi etməsi əsaslıdır, bu günümüzün uğurlarının təsdiqidir. Dünyanı narahat edən problemlərin ölkəmizin ev sahibliyi etdiyi tədbirlərdə müzakirə olunması, ümumi yanaşmanın ortaya qoyulması Azərbaycanın ölkələr, xalqlar arasında dostluq körpüsü roluna işıq salmaqla yanaşı, eyni zamanda, hər bir məsələnin həllində ədalətli mövqeyə, beynəlxalq hüququn norma və prinsiplərinə önəm verməsinə əsaslanır.
V.Rəhimzadənin sözlərinə görə, son illərdə dünyada, o cümlədən Şərq ölkələrində baş verən hadisələr də təsdiqlədi ki, multikulturalizmin alternativi yalnız ksenofobiya, islamofobiya, antisemitizm, irqçilik və ayrı-seçkilik ola bilər. İslam aləminin ayrılmaz parçası olan, islami dəyərlərə sadiqliyini əməli işi ilə sübut edən Azərbaycan islamofobiyaya qarşı mübarizədə öz sözünü deyən ölkələrdəndir.
“VI Beynəlxalq Humanitar Forum bir daha təsdiqlədi ki, Azərbaycan mühüm məsələlərin müzakirə olunduğu önəmli məkandır”, - deyən V.Rəhimzadə onu da diqqətə çatdırıb ki, işini uğurla başa çatdıran Forumda müzakirə olunan məsələlər, aparılan diskussiyalar birgə əməkdaşlığa, qarşıya qoyulan məqsədlərə böyük töhfə olacaq.
Xəbər lenti
Hamısına baxDünya
28 May 18:32
Dünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28

