/ / Vüqar Rəhimzadə: Birinci vitse-prezident Mehriban Əliyevanın Fransa səfəri əlaqələrin inkişafına böyük töhfədir
Vüqar Rəhimzadə: Birinci vitse-prezident Mehriban Əliyevanın Fransa səfəri əlaqələrin inkişafına böyük töhfədir
16.03.2019 [09:55]
Xarici siyasətində Avropaya inteqrasiyaya xüsusi önəm verən Azərbaycanın ikitərəfli əməkdaşlıqların inkişafı istiqamətində atdığı addımlara diqqət yetirmək kifayətdir. Qarşılıqlı səfərlər hər bir ölkənin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Təkcə ötən il dövlətimizin başçısı İlham Əliyevin xarici ölkələrə, eyni zamanda, bu və ya digər ölkənin dövlət başçılarının Azərbaycana səfərlərinin say tərkibinə, səfərlər çərçivəsində keçirilən görüşlərə və imzalanan sənədlərə diqqət yetirsək, bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini və rolunu aydın görmək mümkündür. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsi ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Bu, Azərbaycanın Avropa üçün strateji əhəmiyyət daşıyan ölkə olduğunun təsdiqidir.
Bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında bildirib.
Avropa İttifaqının aparıcı dövlətlərindən biri kimi Fransa ilə Azərbaycanın münasibətlərinin bugünkü inkişaf səviyyəsinə diqqət yönəldən V.Rəhimzadə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Fransaya səfərini iki ölkə arasında əlaqələrin inkişafında yeni mərhələ kimi dəyərləndirib. Bildirib ki, hər bir səfər ölkə reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasına böyük töhfədir.
V.Rəhimzadə qeyd edib ki, Azərbaycanın iqtisadi əlaqələrinin inkişafı, Fransanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində fəallığını artırması və Fransa ilə əlaqələrin inkişafının Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin möhkəmləndirilməsində rolu kimi bir-birindən əhəmiyyətli məsələlər Mehriban xanım Əliyevanın səfər çərçivəsində keçirdiyi görüşlərdə də əsas müzakirə mövzusu olub: “Belə ki, Mehriban xanım Əliyevanın Fransanın birinci xanımı Brijit Makron, Fransa Senatının sədri Jerar Larşe, Fransanın sabiq prezidenti Nikola Sarkozi, Fransa Milli Assambleyasının sədri Rişar Ferran, Fransanın mədəniyyət naziri Frank Riyester, iqtisadiyyat və maliyyə naziri Brüno Lömer ilə görüşlərinin hər biri özlüyündə Azərbaycan-Fransa münasibətlərinin bu və ya digər sahələrinə işıq salır. Mehriban xanım Əliyevanın səfərinə göstərilən diqqət Azərbaycanın Birinci vitse-prezidentinin simasında ölkəmizə yüksək etimadın bariz nümunəsi kimi qiymətləndirilməlidir”.
Baş redaktor bildirib ki, bu gün Azərbaycan-Fransa iqtisadi əlaqələrinin inkişaf səviyyəsi göz önündədir. Fransanın aparıcı şirkətləri ölkəmizdə fəaliyyətlərini daha da genişləndirməkdə maraqlıdır. Ölkəmiz üçün ənənəvi sayılan neft və qaz sektorunda çox güclü əlaqələrimiz var. İcra olunan və icrası davam etdirilən layihələr qarşılıqlı faydalara gətirib çıxarır. Mehriban xanım Əliyevanın Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lömer ilə görüşündə də bu mühüm məqamlara xüsusi diqqət yönəldilib. Belə ki, Brüno Lömer Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində mühüm rolu olduğunu önə çəkərək, birlikdə işləməyə hazır olduqlarını qeyd edib. Vurğulamışdır ki, Fransa yeni texnologiyalar sahəsində ölkəmizə töhfələr verə bilər. “Total”ın Azərbaycanda fəal rol oynadığını bildirən fransalı nazir nəqliyyat, kənd təsərrüfatı sahələrində də təcrübələrini bölüşə biləcəklərini qeyd edib. Fransalı nazir Mehriban xanım Əliyevanın səfərinin ikitərəfli əməkdaşlığa böyük töhfə verəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.
“Təbii ki, hər bir səfərin əhəmiyyətindən bəhs edərkən həqiqətlərimizin təqdimatında nə kimi rola malik olduğu daha çox təhlil edilir. Nəzərə alsaq ki, Fransa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən, ən əsası ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir, bu halda Azərbaycanın Birinci vitse-prezidentinin Fransa səfərinin əhəmiyyəti daha aydın görünür”, - deyən V.Rəhimzadə bildirib ki, Fransanın əsas problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi ölkəmiz üçün önəmlidir. Mehriban xanım Əliyevanın səfər çərçivəsində keçirdiyi görüşlərdə də Dağlıq Qarabağ probleminə xüsusi diqqət yönəldilib: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə, sülh yolu ilə beynəlxalq hüququn normaları və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayan Mehriban xanım Əliyeva bildirib ki, münaqişənin mövcudluğu bütün regionun inkişafına və təhlükəsizliyinə ciddi təhdiddir”.
Baş redaktor vurğulayıb ki, son illər Fransa-Azərbaycan münasibətlərinin inkişaf səviyyəsinə diqqət yetirsək, böyük yaxınlaşmanın şahidi olarıq. Dövlətimizin başçısı İlham Əliyevin ötən il reallaşdırdığı Fransa səfəri də bu kimi vacib məqamların açıqlanmasında və təqdimatında mühüm rol oynayıb. Fransa Prezidenti Emmanuel Makronun Azərbaycana münasibəti ikitərəfli əlaqələrin inkişafı fonunda əsas problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həllində önəmli faktor kimi dəyərləndirilir.
Xəbər lenti
Hamısına baxDünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32

