Siyavuş Novruzov: Bu gün Heydər Əliyev siyasəti hərtərəfli şəkildə və uğurla davam etdirilir
08.05.2019 [09:34]
“Dünyada çox az ölkələr var ki, onlar müstəqil siyasət həyata keçirir. Azərbaycan da bu az ölkələr sırasındadır. Təbii ki, bütün bunları Ümummilli Liderin əsasını qoyduğu siyasət nəticəsində əldə etmək mümkün olub”. SİA-nın xəbərinə görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, keçmiş İttifaqın tərkibində olan 15 respublika arasında Azərbaycanın müstəqillik yolu ən mürəkkəb və çətin olmuşdur: “Baxmayaraq ki, Azərbaycan digərlərindən güclü idi, amma ölkəmizin müstəqillik əldə etməsi çox çətin və ağır olmuşdur. Çünki o vaxt rəhbərlikdə olan insanlar fəaliyyətlərini xalqın rifahına, müstəqil dövlətin qurulmasına deyil, Ümummilli Liderin əvvəlki dövründəki fəaliyyətinin təhlilinə həsr edirdilər. Onlar ordu yaratmaq əvəzinə şər, böhtan atmaqla məşğul idilər. Lakin Ulu Öndər hakimiyyətə gəldikdən sonra bunlara son qoyuldu. Ulu Öndər Heydər Əliyev fəaliyyəti ilə bir daha sübut etdi ki, əgər bir şəxs qarşısına dövlətə xidmət etməyi qoyubsa, ona heç kim və heç nə mane ola bilməz. Bu gün bəziləri öz xidmətlərini başqa cür təqdim etməyə çalışırlar. Həmin şəxslər guya həmin dövrdə mövcud olan sistemin, dövlət quruluşunun düzgün olmadığı üçün fəaliyyətlərini təqdim edə bilmədiklərini bildirirlər. Lakin Ulu Öndər bunun üzərindən xətt çəkdi və sübut etdi ki, xidmət göstərmək üçün istəmək lazımdır”.
Ulu Öndər Heydər Əliyevin tələbələrin xaricdə oxuması istiqamətində əvəzolunmaz addımlar atdığını deyən S.Novruzov söyləyib ki, Azərbaycançılıq ideologiyası Ümummilli Lider tərəfindən hazırlanıb.
Millət vəkili qeyd edib ki, Ulu Öndərin hakimiyyətə gəldiyi zamanla indiki Azərbaycanı müqayisə etsək, yerlə göy qədər fərqi görə bilərik: “Prezident İlham Əliyev də Ulu Öndərin siyasi xəttini uğurla davam etdirir. Ümummilli Lider Özü də bildirirdi ki, “Mən İlham Əliyevə güvənirəm və əminəm ki, o, mənim yarımçıq qoyduğum işləri davam etdirəcək”.
Bu gün Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunduğunu xüsusi vurğulayan S.Novruzov deyib ki, qazanılan uğurlar Prezident İlham Əliyevin cəsarətli addımları nəticəsində əldə olunub: “Bu gün biz Heydər Əliyev siyasətinin hərtərəfli şəkildə və uğurla davam etdiyini görürük və buna dəstək verməliyik”.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

