"Freedom House" özünü çoxdan ifşa etmiş bir təşkilatdır
15.12.2009 [09:45]
“Freedom House” özünü çoxdan ifşa etmiş bir təşkilatdır. Ona görə də bir yığın ikiüzlü, satılmış və bununla da daha çox pul qazanmağa cəhd göstərən insanların tərtib etdiyi xəritəyə şərh vermək mənasızdır”. Bu açıqlamanı APA-ya Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov verib. Xatırladaq ki, “Freedom House” bir neçə gün əvvəl açıqladığı “Azadlıq xəritəsi - 2009” adlı hesabatında Ermənistanı “qismən azad”, Dağlıq Qarabağı isə Ermənistan və Azərbaycan arasında qeyri-müəyyən ərazi olaraq göstərib.
Elnur Aslanov qeyd edib ki, beynəlxalq hüququn təməl prinsiplərinə uyğun olaraq Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu müəyyən edə bilməyən və Azərbaycan ərazilərində etnik təmizlik aparmış təcavüzkar dövləti - Ermənistanı “qismən azad” adlandıran qurum ikili standartların klassik nümunəsidir: “Onlar Yerevanda 1 mart hadisələrindən sonra həbs edilən və aralarında 5 deputatın, 1 qəzet redaktorunun, seçkiqabağı nümayişlərə qatılan 16 iştirakçının da olduğu siyasi məhbusları görməzdən gəlir və bununla da, arzu ediləni həqiqət olaraq qəbul edirlər. Əhalisinin demək olar ki hamısını hərbi qulluqçuların təşkil etdiyi, keçirilən seçkilərin və digər demokratik institutlarının beynəlxalq ictimaiyyət tərəfindən tanınmadığı Dağlıq Qarabağı necə “qismən azad” ərazi hesab etmək olar? Nəyə görə “Freedom House” susur ki, məhz Ermənistan bir milyon azərbaycanlını öz evlərini tərk etməyə və köçkün şəkildə yaşamağa məcbur edib? Erməni milliyyətçilərinin və separatçıların Qarabağ ərazisində Azərbaycanın mədəni irsini məhv etdiyi zaman “Freedom House” harada idi? Əsir düşmüş azərbaycanlı qadın və uşaqların vəhşicəsinə işgəncələrə məruz qaldığı bir vaxtda “Freedom House” niyə yox idi? Niyə “Freedom House” bir dəfə də olsun maraqlanmayıb ki, azərbaycanlı qaçqınların şəraiti necədir? Bütün bunlardan sonra bu təşkilatın hər hansı bir ifadəsinə inanmaq olarmı? Hamıya məlumdur ki, bu təşkilatın üzərində sifariş möhürü vardır”.
Elnur Aslanovun sözlərinə görə, düzgün metodologiya olmadan, regiona səfər olmadan, real vəziyyəti öyrənmədən və, ən əsası, müqayisəli təhlil olmadan hazırlanmış bu cür xəritələrin maliyyə böhranı şəraitində hansı maraqlara xidmət etdiyi aydındır: “Bu gün “Freedom House” Dağlıq Qarabağ separatçılarına 8 milyon dollar maliyyə yardımı göndərənlərin maraqlarına xidmət edir. Onlar Dağlıq Qarabağı narkotiklərin sərbəst daşındığı, terrorçularin məskən saldığı və erməni diasporunun və digər qrupların çirkli pullarının yuyulduğu boz zona kimi görmək istəyənlərdir”.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

