İsveç qəzetində Xocalı soyqırımına həsr olunan “Mən şahidəm” məqaləsi dərc edilib
28.02.2020 [09:39]
İsveçin “Blekinge Lans Tidning” qəzetində Xocalı soyqırımına həsr olunan “Mən şahidəm” məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalə İsveçdə yaşayan azərbaycanlı bloqqer və jurnalist Vahid Qazinin xatirələri əsasında yazılıb. O, bir gecənin içində Xocalı şəhərinin yer üzündən silinməsindən, ermənilərin 613 nəfəri amansızlıqla qətlə yetirməsindən, 487 nəfərin şikəst edilməsindən, 1275 dinc sakinin - qoca, uşaq, qadının ağlasığmaz işgəncələrə məruz qalmasından bəhs edib. Bildirilib ki, bu hadisələr tarixin hansısa uzaq əsrlərində deyil, 1990-cı illərin əvvəlində baş verib, BMT-nin 50, ATƏT-in 20 yaşı olanda, iki dünya müharibəsindən sonra sivilləşən, humanistləşən dünyanın gözü qarşısında. Ruandada, Bosniyada baş verən hadisələrə siyasi qiymət verildi, bu qırğınları törədənlərə soyqırımı iddiası ilə məhkəmə quruldu, cəzalar verildi, Xocalı qətliamını törədənlərə isə yox. Əksinə, həmin vaxt separatçıların lideri olmuş Robert Köçəryan əvvəl Ermənistanda baş nazir oldu, sonra prezident seçildi. O, xarici ölkələrdə qəbul edildi, BMT kürsüsündən demokratiya, insan hüquqlarından söz açdı, Avropa Şurası Parlament Assambleyasında etdiklərindən qəhrəman kimi fəxrlə danışdı. Həmin dövrdə Qarabağdakı erməni ordusunun başında duran, bu qətliama başçılıq edən Serj Sarkisyan da əvvəl baş nazir, sonra prezident oldu. Görün o, “Qara bağ” kitabının müəllifi, britaniyalı jurnalist Tomas de Vaalla söhbətində Xocalıda dinc sakinlərə qarşı genosid cinayətinin törədilməsini necə “səmimi” şəkildə etiraf edib: “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmazlar. Biz bu təsəvvürü alt-üst etdik”.
Müəllif yazır ki, Xocalının qisası Ermənistanda başqa bir “Xocalı qırğını” törətməklə alına bilməz. Bu qırğının baiskarları beynəlxalq ədalət məhkəməsinə veriləndə və bu faciəyə görə erməni ziyalıları, sonra da bütün erməni xalqı səmimi şəkildə təəssüf və xəcalət çəkəndə (almanlar Holokosta görə xəcalət çəkdikləri kimi) məsələyə son qoyulacaq. Ədalətin bərpa olunması düşmənə nifrətdən yox, vətənə sevgidən keçir.
Xəbər lenti
Hamısına baxGündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02

