Hikmət Babaoğlu: "Yeni DOST mərkəzinin açılması gənc peşəkarların idarəetməyə cəlb olunmasıdır”
21.05.2020 [11:05]
“Bu gün dünyada baş verən sosial iqtisadi kataklizmlər kontekstində dövlətlərin sosial siyasəti və sosial təşəbbüsləri bir növ sınaq mərhələsindən keçir”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədrinin müavini Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, ayrı-ayrıı ölkələrin fərqli təcrübəsi yaranır: “Ancaq heç də bunların hamısı uğurlu təcrübə hesab edilmir. Bu baxımdan Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasət ən nümunəvi təcrübə və təşəbbüslərdən biri hesab edilə bilər. Bu siyasətin başlıca istiqamətini isə Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü “bizim siyasətimizin əsasında Azərbaycan vətəndaşının rifahı dayanır” prinsipi təşkil edir. Ona görə də Azərbaycanda əhalinin sosial-rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması istiqamətində mütəmadi olaraq işlər görülür. Nəticədə bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə etibarlı sosial müdafiə sistemi formalaşdırıb. İcra olunan sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Bu baxımdan DOST Agentliyinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Elə yeni açılan 3 saylı DOST mərkəzi də paytaxtın Nizami, Suraxanı və Sabunçu rayonlarının sakinlərinə xidmət göstərməklə vətəndaş məmnunluğunu artıracaq, sosial siyasətin həyata keçirilməsini asanlaşdıracaq, innovativ mexanizm rolunu oynayacaq. Mərkəzdə əhaliyə pensiya, sosial sığorta, sosial müavinət, övladlığa götürmə, əlillik, əmək və məşğulluq, bank, notariat, həmçinin Tibbi Sosial Ekspertiza Komissiyasının xidmətləri göstəriləcək. Burada 130 nəfərdən çox işçi və “Könüllü DOST” proqramı üzrə 50 könüllü çalışacaq. Mərkəz gün ərzində 500, il ərzində isə ümumilikdə 150 mindən artıq vətəndaş qəbul edə biləcək. Göründüyü kimi, bu mərkəzlərin sosial xidmət funksiyaları ilə yanaşı digər başqa əhəmiyyətli istiqamətləri də var ki, bunlar da özlüyündə həmin mərkəzlərin iş yeri rolunu oyanmaları, könüllülük prinsipi əsasında kadr hazırlığı funksiyasını yerinə yetirə bilməsidir”.
Millət vəkili nəzərə çatdırıb ki, kadrların əksəriyyərini gənclər təşkil edir: “Çünki gənclər yeni texnologiyaların idarəolunması peşəkarlıqlarına sahib olmaqla yanaşı həm də yeni idarəetmə təfəkkürünün daşıyıcılarıdır. Bu faktorla ölkəmizdə həyata keçirilən islahatlar kontekstində yüksək qiymətləndirlir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev məhz bu məsələlərə diqqət çəkərək bildirdi ki, bu gün bizim gənclərimiz ən yüksək meyarlara cavab verirlər - bilik, peşəkarlıq, yenilik, müasirlik baxımından. Eyni zamanda, gənclər xoşagəlməz hallara qarşı da mübarizədə bizə böyük dəstək olurlar. Bütövlükdə gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir. Ona görə onların bilikləri və eyni zamanda, vətənpərvərliyi bizim müstəqilliyimizi daim gücləndirəcək və ölkəmizin uzun illər, onilliklər bundan sonra dayanıqlı inkişafını təmin edəcək. Göründüyü kimi, yeni DOST mərkəzinin açılması təkcə sosial xidmətlər həyata keçirən qurumun açılışı deyil, eyni zamanda, ölkəmizdə həyata keçirilən islahatlar kontekstində gənc peşəkarların idarəetməyə cəlb edilməsidir. Nəzərə almaq lazımdır ki, bundan sonra da istər Bakıda, istərsə də regionlarımızda yeni belə xidmət mərkəzlərinin açılması nəzərdə tutlur ki, bu da miqyası daha da genişləndirəcək”.
Xəbər lenti
Hamısına baxGündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02

