Milli Məclis yaz və növbədənkənar sessiyalar dövründə səmərəli fəaliyyət göstərib
04.07.2020 [10:02]
Bu dövrdə ölkəmizin inkişafına xidmət edən mühüm qanunlar qəbul olunub
Məlum olduğu kimi, iyunun 30-da Milli Məclisin növbədənkənar sessiyası başa çatıb. Qeyd edək ki, VI çağırış yeni tərkibli parlament həm yaz, həm də növbədənkənar sessiyalar ərzində qarşıda duran vəzifələri layqincə yerinə yetirib. Belə ki, VI çağırış Milli Məclisin yaz sessiyasında 12 iclas keçirilib, 123 qanun və qərar, o cümlədən 2 Konstitusiya Qanunu qəbul edilib. İyunun 30-da keçirilmiş parlamentin növbədənkənar sessiyasının son iclasında isə spiker Sahibə Qafarova bildirib ki, növbədənkənar sessiya dövründə Milli Məclisin 8 iclası keçirilib, 35 qanun və qərar qəbul edilib. Sahibə Qafarova əminliklə qeyd edib ki, bu qanunvericilik aktları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən hərtərəfli islahatların, quruculuq işlərinin hüquqi bazasını daha da möhkəmləndirməyə və təkmilləşdirməyə kömək edəcək.
Məsələ ilə bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev yaz və növbədənkənar sessiyaların uğurla başa çatdığını bildirib. Sessiyalar ərzində bir çox qanun layihələrinin qəbul edildiyini deyən komitə sədri xatırladıb ki, bu dövrdə Nazirlər Kabinetinin, Ombudsmanın illik hesabatları və digər məruzələr dinlənildi. Onun sözlərinə görə, bütün bunların hər biri çox mühüm məsələlərdir. “Bu müzakirələrin ana xətti ölkənin inkişafının daha da gücləndirilməsinə hesablanıb. Digər tərəfdən, bir sıra qanunlara dəyişikliklər edildi. Dəyişikliklər sosial layihələrə də aid edildi ki, bu da həyatımızın mühüm tərkib hissəsini təşkil edir. Sessiyalar ərzində bələdiyyələrin fəaliyyəti ilə əlaqədar qanunlara da dəyişikliklər nəzərdə tutulurdu, onlar da qəbul edildi. Ən başlıcası o idi ki, ölkəmizdə koronavirusa qarşı mübarizəyə Milli Məclis də öz töhfələrini verməyə çalışır. Çünki bu yöndə təbliğatın aparılması çox önəmli idi. Bu baxımdan, sessiyalar ərzində deputatlar pandemiya ilə mübarizədə fəallıq nümayiş etdirdilər. Azərbaycanda koronavirus infeksiyasının aradan qaldırılması və insanların sağlamlığının təmin edilməsi istiqamətində parlamentin rəhbərliyi, deputatlarımız çox ciddi işlədilər və müsbət mənada təbliğat apardılar”,-deyə komitə sədri vurğulayıb.
“VI çağırış Milli Məclis fəaliyyətə başlayan zaman artıq ölkəmizdə pandemiya ilə mübarizə də başlamışdı. Ona görə biz də millət vəkilləri olaraq ölkənin bu önəmli, taleyüklü anında çalışdıq ki, qanunvericiliyimizin mövcud şəraitə uyğunlaşması üçün töhfələrimizi verək”. Bu fikirləri Milli Məclisin deputatı Nigar Arpadarai deyib.
“Milli Məclisin yaz sessiyası mənim üçün birinci sessiya idi”,-deyən Nigar Arpadarai illərdir ki, korporativ sahədə çalışdığını xatırladıb və həmin sahədən parlamentə keçidin ilk həftələrdə onun üçün yaddaqalan məqamlardan olduğunu diqqətə çatdırıb.
“Karyeramın əvvəlindən çox fəal gənc olmuşam, qeyri-hökumət təşkilatlarında, Avropa Komissiyasında çalışmışam. Bu dönəmdə Avropanın bir çox parlamentlərində, eləcə də Avropa Parlamentində deputatlarla görüşlərimiz, ünsiyyətimiz olub. Yəni qanunvericilik sahəsi mənim üçün yad deyildi. Sadəcə olaraq, sonradan fəaliyyətimi korporativ sektorda davam etdirdiyim üçün artıq yenidən qanunvericilik sahəsinə uyğunlaşmaq tələb olunurdu. Buna görə də mən Milli Məclisin rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm ki, işə başladığımız ilk gündən Milli Məclisin Sədri Sahibə xanım Qafarova elə bir şərait yaratdı ki, gənc deputatlar özlərini çox rahat hiss etsinlər. Mən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri, həmçinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin üzvüyəm. Hər iki komitənin rəhbərləri də elə şərait yaratmışdılar ki, biz uyğunlaşma prosesindən uğurla keçə bildik”,-deyən millət vəkilinin fikrincə, ümumiyyətlə, Milli Məclisdə çox inklüziv atmosfer mövcuddur.
“Dünyanın bir çox parlamentlərində çox ciddi iyerarxiya olur. Azərbaycan parlamentində də illərdir ki, təcrübəli deputatlarımız da, gənc deputatlarımız da var. Bizim parlamentimizdə inklüziv şəraitin yaradılması çox təqdirəlayiq haldır. Belə bir şəraitdə gənc deputatlar qanun yaradıcılığı ilə bağlı öz təkliflərini verə bilirlər, həm də təcrübəli deputatlar onlara dəstək verir, yol göstərirlər. Ötən 4 ay ərzində mən də çalışdım ki, millət vəkili kimi fəal olum, öz işimə çox məsuliyyətlə yanaşım. Komitə və plenar iclaslarında, eləcə də seçicilərlə ünsiyyətdə deputat kimi aktiv olmağa çalışmışam. Pandemiya ilə bağlı karantin rejiminə əməl etməklə öz işlərimizi yerinə yetirdik. Qeyd edim ki, sessiyalar ərzində bir neçə qanunla bağlı təkliflər vermişdim. Bu təkliflərdən biri də həkimlərin həyat sığortası ilə bağlı idi. Müvafiq komitə bu məsələni icraata götürdü və bu, məni gənc deputat kimi çox sevindirir. Bu baxımdan, gələcəkdə bizi daha çox işlər gözləyir. Ölkəmizin mövcud olan şəraitdən üzüağ çıxması üçün millət vəkilləri olaraq bundan sonra da əlimizdən gələni etməyə, üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq”,-deyə deputat söyləyib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

