/ / İsraildəki Azərbaycan diasporu Ermənistanın işğalçı və terrorçu siyasətinə etiraz olaraq aksiya keçirib
İsraildəki Azərbaycan diasporu Ermənistanın işğalçı və terrorçu siyasətinə etiraz olaraq aksiya keçirib
17.10.2020 [07:48]
İsrailin Petah-Tiqva şəhərindəki Azərbaycan diasporu Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı işğalçı, təcavüzkar və terrorçu siyasətinə etiraz olaraq aksiya keçirib.
Azərbaycanın Diaspor Komitəsindən AZƏRTAC-a bildiriblər ki, aksiya iştirakçıları yerli sakinlərin diqqətini Ermənistan ərazisindən Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərinin və digər yaşayış məntəqələrinin raket atəşinə tutulması nəticəsində mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasına, mülki obyektlərin dağıdılmasına cəlb edərək, bütün insani dəyərlərə zidd olan bu vəhşi, amansız terror aktlarını sərt şəkildə qınayıblar.
Ermənistanın və erməni separatçılarının hərbi təxribatlarla Cenevrə Konvensiyasının tələblərini, fundamental insan hüquqlarını, azərbaycanlıların yaşamaq haqqını kobudcasına pozduğu, faşist mahiyyətli siyasət yürütdüyü nəzərə çatdırılıb.
Aksiya iştirakçıları dünya birliyinə və beynəlxalq ictimaiyyətə ermənilərin barbar və vandalizm aktlarına laqeyd və səssiz qalmamağa çağırış ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqımıza müraciətindən, müxtəlif ölkələrin aparıcı və nüfuzlu telekanallarına verdiyi müsahibələrindən sitatlar səsləndirilib. Haqlı və ədalətli mövqeyə malik Azərbaycanı dəstəkləyən Türkiyə, İsrail, Pakistan, Ukrayna və digər ölkələrə minnətdarlıq ifadə edilib.
Azərbaycan, Türkiyə və İsrail bayraqlarının dalğalandırıldığı aksiyada "Qarabağ Azərbaycandır!", "Gəncə cəbhə bölgəsi deyil!", "Azərbaycan ədalət istəyir!", “Azərbaycan sülh istəyir”, "Biz terrora yox deyirik!", "Qarabağ haqqımızdır!", "Biz səninləyik, Azərbaycan!" və sair şüarlar səsləndirilib.
Aksiya Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə yekunlaşıb.
Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu oktyabrın 11-də gecə saat 2 radələrində Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni növbəti dəfə raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, 5-i qadın olmaqla 10 nəfər həlak olub, 10-u qadın, 9-u azyaşlı uşaq olmaqla, 34 nəfər yaralanıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

