/ / Hikmət Babaoğlu: ATƏT-in Minsk qrupunun həmsədrləri məsələyə tamamilə yeni kontekstdə yanaşmalıdırlar
Hikmət Babaoğlu: ATƏT-in Minsk qrupunun həmsədrləri məsələyə tamamilə yeni kontekstdə yanaşmalıdırlar
23.10.2020 [09:07]
“Azərbaycan 27 sentyabrdan bu günə qədər döyüş meydanında öz torpaqlarını azad etməklə bərabər, bütün diplomatik əlaqələrə də açıq olduğunu nümayiş etdirib”. Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, dövlətimiz beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsinin diplomatik müstəvidə də davam etdirilməsilə bağlı hər cür siyasi dialoqa hazır olduğunu diqqətə çatdırıb: “Çünki söhbət Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından gedir. Əslində, hazırda müşahidə etdiyimiz diplomatik trafiki Azərbaycan ordusunun döyüş meydanında əldə etdiyi strateji hərbi uğurlar təmin edib. Ona görə də diplomatik müstəvidə də yeni şərtlər yeni operativ müzakirələri aktuallaşdırıb. Bu isə rəsmi Bakıya bu vaxta qədər heç vaxt müşahidə olunmayan üstünlük yaradıb”.
“Xarici işlər nazirlərinin hazırkı mərhələdə həmsədr ölkələrdəki həmkarları ilə görüşməsi də məhz bu kontekstdə baş tutur. Ona görə də ATƏT-in Minsk qrupu həmsədrləri mövcud hərbi-siyasi reallığı obyektiv şəkildə qiymətləndirərək məsələyə tamamilə yeni kontekstdə yanaşmalıdırlar. Azərbaycanın tələbləri ondan ibarətdir ki, həmsədrlər dərhal bəyanat verib bildirməlidirlər ki, işğalçı Ermənistan ordusu qeyd-şərtsiz Azərbaycanın torpaqlarından ən qısa müddətdə çıxmalıdır və bunu konkret vaxt və qrafik çərçivəsində etməlidir”, - deyə millət vəkili əlavə edib.
Hikmət Babaoğlu vurğulayıb ki, ATƏT-in Minsk qrupunun həmsədrləri özlərinin də 1993-cü ildə səs verdikləri BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsini tələb etməlidirlər: “Bu üç həmsədr ölkə həm də BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü arasındadır və 1993-cü ildə məlum qətnamələrə səs veriblər. Biz mövcud hüquqi, hərbi-siyasi reallığa söykənərək ABŞ-dan daha obyektiv, cəsarətli və beynəlxalq hüququn həyata keçirilməsini tələb edən mövqe gözləyirik. Mən ümid edirəm ki, hazırkı mərhələdə diplomatik danışıqların mövzusu da bu istiqamətdə olacaq. Nəhayət, biz həmsədr ölkələrin obyektiv mövqelərinin və bəyanatlarının şahidi olacağıq, ya da ən azından bunu təmənna edirik”.
Xəbər lenti
Hamısına baxDünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32

