Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistan informasiya müstəvisində də terrorçu fəaliyyət həyata keçirir

Ermənistan informasiya müstəvisində də terrorçu fəaliyyət həyata keçirir

04.11.2020 [09:37]

Erməni lobbisinin hazırda obyektiv informasiya yayan media qurumlarına yönəlik təzyiq və təhdidlərinin qarşısı beynəlxalq qurumlar tərəfindən qətiyyətlə alınmalıdır
Məlum olduğu kimi, ermənilər xarici ölkələrdə Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətləri işıqlandıran, obyektiv məlumat yayan medianı hədəfə götürür, eyni zamanda, jurnalistləri ölümlə hədələyir, təhdid və təhqirlərə məruz qoyurlar. Fransanın “TF1” kanalı, ABŞ-ın “New York Times” qəzeti və digərlərinə olan hücumlar bunu bir daha sübut edir. Belə ki, Fransanın “TF1” kanalında jurnalist Lizeron Budulun Azərbaycanın Dağlıq Qarabağ regionunda döyüşlərin gedişindən bəhs edən reportajı yayımlandıqdan sonra Fransadakı erməni lobbisinin üzvləri L.Budula və kanala qarşı total hücumlar edib, jurnalisti ölümlə hədələyiblər. “New York Times” qəzetinin İstanbuldakı müxbiri Karlotta Qallın da Ermənistanın Azərbaycanın dinc əhalisini qətlə yetirməsini işıqlandırdığına görə eyni şəkildə ermənilərin mənəvi və siyasi terroruna məruz qalıb.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Aydın Hüseynov deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri yayan Fransanın “TF1” kanalı və “New York Times” qəzetinin əməkdaşlarını erməni diasporunun təhdid və təhqir etməsi ermənilərin xarici ölkələrdə həyata keçirdiyi informasiya terrorudur: “Çünki Ermənistan terroru dəstəkləyən, faşizmi özünün dövlət siyasətinin tərkib hissəsi kimi qəbul edən işğalçı, quldur dövlətdir. Bu quldur dövləti işğala həvəsləndirən, həmin terroru maliyyələşdirən də erməni diasporudur. Erməni diasporu terroru dəstəkləməklə, maliyyələşdirməklə və birbaşa o terrorda iştirak etməklə yanaşı, demokratik prinsipləri pozur və azad sözə qarşı açıq şəkildə basqılar edir”.
A.Hüseynovun sözlərinə görə, bu gün artıq bütün dünya və Avropa da görür ki, Ermənistan işğalçıdır, heç bir beynəlxalq hüquq normasına hörmətlə yanaşmır: “Ona görə də, Ermənistanın beynəlxalq hüquqa riayət etməsi üçün ona sanksiyalar tətbiq olunmalıdır. Onu həvəsləndirən mərkəzlərə əl-qol açmaması üçün qadağalar qoyulmalıdır. Beynəlxalq təşkilatlar və qurumlar Ermənistanı faşizm ideologiyasına xidmət etməkdən çəkinməyə məcbur etməlidirlər”.
Milli Məclisin üzvü Ramil Həsən isə deyib ki, ermənilər bütün dünyada Ermənistan-Azərbaycan münaqişəsi haqqında obyektiv mövqe nümayiş etdirən jurnalistləri, siyasətçiləri və ictimai fəalları hədəfə götürür: “Erməni lobbisi Ermənistanın və erməni diasporunun maraqlarına cavab verməyən media ilə yanaşı, siyasətçilərə və ictimai fəallara qarşı da aksiyalar təşkil edir, ölümlə hədələyir. Təəccüb və təəssüf doğuran odur ki, erməni lobbisinin bu hərəkətləri Qərb ölkələrində baş verir. Fransanın “TF-1” kanalına, bu günlərdə “New York Times” qəzetinin əməkdaşına qarşı edilən təzyiq və təhdidlər göz önündədir”.
“Eyni zamanda, L.Budulun hazırladığı tərəfsiz, qərəzsiz reportajın telekanalın internet resurslarından silinməsi Fransada mətbuat və söz azadlığına təminat verilmədiyini göstərir. Belə ki, “Charlie Hebdo” jurnalı ilə bağlı məsələdə söz azadlığının müdafiəsinə qalxan Fransa hökumətinin indiki məqamda müstəqil mediaya təzyiqə seyrçi qalması təəssüf doğurur. Hesab edirik ki, erməni lobbisinin bütün dünyada müstəqil medianı susdurmaq cəhdləri, bütün beynəlxalq media institutlarını narahat etməli və bu qanunsuzluğa açıq etiraz bildirilməlidir”, - deyə R.Həsən vurğulayıb.
Qaşqay

Paylaş:
Baxılıb: 443 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Gündəm

YAP xəbərləri

Analitik

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31