Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Araz Əlizadə: Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın etdi

Araz Əlizadə: Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın etdi

13.11.2020 [23:01]

“Ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün Azərbaycan Ordusunun apardığı uğurlu əks-hücum əməliyyatları düşməni diz çökdürdü. Cənab Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın etdi. Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin imzaladıqları bəyanatı, bu baxımdan, məntiqi nəticə hesab etmək olar. Belə ki, işğalçı Ermənistan müharibədə məğlub olduğunu qəbul etdi”.

Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.

Partiya sədrinin sözlərinə görə, Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti arasında imzalanan bəyanat əsasında atəşkəsin elan edilməsi və müharibənin dayandırılması işğalçı dövlətin biabırçı məğlubiyyətinin nəticəsidir: “Atəşkəsin elan olunması və müharibənin dayandırılması işğalçı Ermənistanın ordusunun tam məhv olmaqdan xilas şansı idi. Çünki əgər Vətən müharibəsi 1 həftə də davam etsəydi, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki bütün işğalçı  qüvvələr tamamilə məhv ediləcəkdi”.

A.Əlizadə deyib ki, imzalanan bəyanatda yer alan digər mühüm məqam Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təmin edilməsidir: “Bəyanatın 9-cu bəndində yer alan Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki uzun illərdir, hətta 1988-ci ildən Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında quru əlaqənin pozulması regionun iqtisadi inkişafına ciddi ziyan vururdu. İndi isə tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bu isə Naxçıvan əhalisinin gələcəyi, ümumiyyətlə, Azərbaycanın inkişafı üçün mühüm töhfə verəcək”.

Q.RAMAZANOV

Paylaş:
Baxılıb: 537 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Gündəm

YAP xəbərləri

Analitik

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31