/ / Yücel Karauz: Azərbaycan dövləti və xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlar qazanacaq
Yücel Karauz: Azərbaycan dövləti və xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlar qazanacaq
25.12.2020 [09:42]
Dövlətləri gücləndirən, inkişaf etdirən, beynəlxalq nüfuzunu artıran, təhlükəsizliyini təmin edən, xalqları rifaha qovuşduran məhz liderlərdir. Milli düşüncəli liderlər xalqın və ölkənin taleyinə bağlı bütün məsələlərdə zamanında və düzgün qərar qəbul etməyi bacarır. Prezident İlham Əliyev yüksək intellekti, liderlik keyfiyyətləri ilə seçilən, beynəlxalq prosesləri düzgün dəyərləndirə bilən prinsipial və qətiyyətli dövlət başçısıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz bildirib.
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən yüksək bacarıqla davam etdirildiyini vurğulayan Yücel Karauz dövlətimizin başçısının beynəlxalq proseslərin səmtini hər zaman düzgün dəyərləndirdiyini deyib: “Təcavüzkar Ermənistanın işğalçılıq siyasəti və onun acı nəticələri təkcə Azərbaycana qarşı deyil, Türkiyə başda olmaqla bütün türk dünyasına qarşı təhdid və təhqir idi. İlham Əliyev dövlət başçısı olduğu bütün illər ərzində bu problemi aradan qaldırmağa hazırlaşdı və qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan kimi real nəticə əldə etdi. Prezident İlham Əliyev fəaliyyətinin əsas hissəsini Azərbaycanın ərazi bütövlüyünün bərpasına həsr etmişdi”.
Qırx dörd günlük Vətən müharibəsinin hər anının Azərbaycanın hərb tarixinin qəhrəmanlıq salnaməsində ayrı bir səhifə olduğunu diqqətə çatdıran general deyib: “Prezident İlham Əliyev müharibə günlərində sübut etdi ki, o, yenilməz ordu yaratmağı bacardığı kimi, əks-hücum planlarının hazırlanması, döyüş prosesinin idarə olunması sahəsində də böyük biliyə və qətiyyətə sahibdir. Bütün bunlar Azərbaycan xalqında Ali Baş Komandana inamı artırırdı ki, bu da şanlı Qələbənin qazanılmasında ən mühüm amillər sırasındadır. Vətən müharibəsində Azərbaycan Ordusunun taktiki baxımdan bir dəfə də olsun geri çəkilməməsi dünya hərb tarixində, xüsusilə XXI əsrdə savaş meydanında böyük yenilikdir”.
Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə xalqımızın mənəvi-psixoloji əhval-ruhiyyəsinin daha da yüksəldiyini söyləyən Yücel Karauz əminliklə bildirib ki, Azərbaycan dövləti və xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlar qazanacaq, işğaldan azad olunmuş torpaqlara yeni nəfəs gələcək.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

