/ / Adil Əliyev: Prezident İlham Əliyev Şuşanı mədəniyyətimizin paytaxtı elan etməklə Qarabağa yeni nəfəs verdi
Adil Əliyev: Prezident İlham Əliyev Şuşanı mədəniyyətimizin paytaxtı elan etməklə Qarabağa yeni nəfəs verdi
08.01.2021 [09:18]
Azərbaycan Prezidenti İlham Əliyevin möhkəm iradə nəticəsində rəşadətli Ordumuz 30 illik Ermənistan təcavüzünə birdəfəlik son qoydu. Uzun illərdir erməni işğalı altında qalan əzəli torpaqlarımız düşməndən təmizləndi. İndi isə işğaldan azad edilmiş ərazilərimizə yeni nəfəs gəlməsinin vaxtıdır. Bu məqsədlə bu il dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsinə 2,2 milyard manat vəsait nəzərdə tutulub.
Təəssüflə deyə bilərik ki, Ermənistan təkcə işğalçılıq siyasəti həyata keçirməyib, eyni zamanda, işğal altında olan ərazilərimizdə vandallıq və barbarlıq edərək bütün maddi və mənəvi obyektləri dağıdıb və sıradan çıxarıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Adil Əliyev deyib.
Adil Əliyev bildirib ki, işğaldan azad edilmiş və Qarabağın incisi olan Şuşanın milli tariximizdə mühüm yeri vardır. Dövlətimizin başçısı bu şəhəri mədəniyyətimizin paytaxtı elan etməklə Şuşanın tarixi kimliyini bir daha özünə qaytardı. Şuşa şəhəri mübaliğəsiz Azərbaycanın mədəniyyət beşiyidir. Bu şəhər Azərbaycanın bir çox ziyalılarının, o cümlədən şairlərin, yazıçıların evi olub. Şuşadakı Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri və görkəmli opera müğənnisi Bülbül ev-muzeyinə ziyan dəyib, Xurşidbanu Natəvanın evi erməni təcavüzkarları tərəfindən yandırılıb. Heç şübhəsiz, Şuşa şəhərinin mədəniyyətimizin paytaxtı elan edilməsi qarşıya qoyulan hədəflərə nail olmağımızı sürətləndirəcək.
“Azərbaycan mədəniyyəti həm Şərqin qədimliyini, həm də Qərbin müasirliyini özündə ehtiva edən mədəniyyət nümunəsidir. Şuşa isə Azərbaycanın qədim tarixini özündə yaşadır. Bu şəhər milli mədəniyyətimizin mərkəzi, poeziyamızın və musiqimizin beşiyidir. Şuşada Vaqif poeziya günlərinin, “Xarı bülbül” festivalının bərpa olunması isə böyük əhəmiyyətə malikdir. Xarı bülbül Qarabağımızın rəmzi olmaqla yanaşı, qələbə ilə bitən müharibəmizin də rəmzidir. Bu cür tədbirlər bütün regionun mədəni brendinə çevrilməlidir!”, - deyən Milli Məclis sədrinin müavini qeyd edib ki, multikulturalizm siyasətinin ölkəmizdə dövlət səviyyəsində həyata keçirilməsi, tolerantlıq və birgəyaşayış nümunələrinin mövcudluğu öz uğurlu nəticəsini verdi. Vətən müharibəsi dövründə Ermənistan hökumətinin bu münaqişəni dinlərarası müharibə kimi göstərmək cəhdinə baxmayaraq, dilindən, dinindən, milliyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı yaşadığı ərazinin öz doğma torpağı olduğunu bir daha nümayiş etdirdi.
Adil Əliyev diqqətə çatdırıb ki, Ermənistan işğal altında olan məscidləri dağıdarkən, dini ziyarətgahlarda talançılıq siyasəti apararkən, onlardan tövlə kimi istifadə edərkən, bunun tam əksi olaraq ölkəmizdəki kilsələr, digər dini məbədlər qorunub, bütün dinlərin bərabər inkişafı üçün lazımi şərait yaradılıb. Təəssüflə qeyd etmək lazımdır ki, heç bir beynəlxalq təşkilat ermənilər tərəfindən dağıdılan müsəlman abidələri ilə maraqlanmadı, düşmənin dini və mənəvi dəyərlərimizə qarşı apardığı barbar və vandal siyasəti qınamadı. İşğaldan azad edilmiş ərazilərimizdə bütün dini abidələrimizin, ziyarətgahlarımızın tezliklə bərpa olunması üçün dövlətimiz tərəfindən lazımi tədbirlər həyata keçirilir.
“Artıq Qarabağımıza uzun illərdir gözlənilən yeni nəfəs gəlir. Xalqımızın qəlbində uzun illər bir yara kimi hər gün qanayan Qarabağ nisgili başa çatıb. Xalqımız öz qədim tarixinə, əzəli-əbədi torpaqlarına qovuşub. Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi, Şuşa, Kəlbəcər, Laçın və işğaldan azad olunmuş bütün torpaqlarımızda genişmiqyaslı quruculuq, abadlıq işlərinin aparılması dövlətimizin bu sahəyə böyük önəm verdiyinin bariz nümunəsidir.
Şuşamızda keçirilməsi planlaşdırılan mədəni tədbirlər artıq xəyal deyil. Xalqımızın ülvi arzularını reallaşdıran Müzəffər Ali Baş Komandana və rəşadətli Azərbaycan Ordusuna eşq olsun!”, - deyə Milli Məclis sədrinin müavini fikirlərini tamamlayıb.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

