“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 106-cı kitabı çapdan çıxıb
27.01.2021 [09:26]
Çoxcildliyin növbəti kitabına Azərbaycan Prezidentinin Vətən müharibəsi günlərində xalqa müraciətlərinin və xarici KİV-lərə müsahibələrinin mətnləri daxil edilib
Ötən il 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuz Qarabağı Ermənistanın işğalından azad etdi. Dövlətimizin başçısının 2020-ci il sentyabrın 27-dən başlayaraq xalqa müraciətləri, rəsmi “Twitter” səhifəsində paylaşımları, xarici KİV-lərə müsahibələri xalqımızın ədalətli mübarizəsi, Vətən müharibəsi və Qarabağ həqiqətləri barədə obyektiv təsəvvür yaratdı, informasiya cəbhəsində, diplomatiya müstəvisində üstünlüyümüzü təmin etdi. “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 106-cı kitabı tariximizin bu şanlı səhifələrini xronoloji ardıcıllıqla və sistemli şəkildə bir daha nəzərdən keçirmək üçün dəyərli mənbədir.
AZƏRTAC xəbər verir ki, çoxcildliyin yeni kitabındakı materiallar 2020-ci ilin sentyabr-oktyabr aylarını əhatə edir. Hələ sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının videoformatda ümumi debatlarında çıxışı zamanı Azərbaycan Prezidenti beynəlxalq birliyi Ermənistanın hərbi təxribatları haqqında məlumatlandıraraq demişdi: “Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir. Bu mənada biz bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırırıq”.
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hücumu nəticəsində mülki əhali və hərbçilər arasında itkilərin, yaralananların olması və ordumuzun əks-hücum əməliyyatına başlaması ilə əlaqədar dövlətimizin başçısı xalqa müraciət etdi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır”.
Prezidentin BMT sessiyasının ümumi debatlarında çıxışının, sentyabrın 27-də, oktyabrın 4-də və 9-da xalqa müraciətlərinin mətnləri 106-cı kitaba daxil edilib.
Nəşrdə dövlətimizin başçısının Vətən müharibəsi günlərində Türkiyənin “TRT Haber”, “CNN-Türk”, “Haber Global”, “Haber Türk”, Rusiyanın “Pervıy Kanal”, “Rosssiya-1”, RBK, “Əl-Cəzirə”, “Əl-Ərəbiyə”, “Euronews”, “CNN International”, “Sky News”, “France-24” telekanallarına geniş müsahibələri də yer alıb.
Kitabda Azərbaycan Prezidentinin Türkiyə, Ukrayna, Belarus, Almaniya, İran və digər ölkələrin rəhbərləri ilə telefon danışıqları, BMT-nin Baş katibi Antonio Quterreş ilə videokonfrans formatında görüşü, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi haqqında materiallar verilib.
Oxucular dövlətimizin başçısının Təhlükəsizlik Şurasının iclasında, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşündə çıxışlarının mətnləri, rəsmi “Twitter” səhifəsində paylaşımları ilə də bu kitabda tanış ola bilərlər.
Nəşrə Azərbaycan Prezidentinin “Kiber Kosmos buraxılışı” mövzusunda keçirilmiş virtual 71-ci beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində videomüraciətinin mətni, XXIII Avrasiya İqtisadi Zirvə toplantının iştirakçılarına məktubu və digər məktubları da daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılan 106-cı kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22

