"Qoy ömrümüz çiçək açsın!"...
07.05.2010 [10:18]
Dünən “Yeni Azərbaycan” qəzetinin təşkilatçılığı, Nəsimi rayon İcra Hakimiyyəti, “Azercell Telekom” şirkətinin dəstəyi ilə “Abşeron” Rəsm Qalereyasında “Qoy ömrümüz çiçək açsın!” adlı sərginin açılışı olub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunan sərgidə Nəsimi rayonu 268 saylı xüsusi məktəbin (əqli cəhətdən zəif inkişaf etmiş uşaqlar üçün) şagirdlərinin 60-a yaxın əl işi nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan “Abşeron” Rəsm Qalereyasının rəhbəri Eldəniz İbrahimov bildirib ki, ekspozisiyaya daxil olan maraqlı tətbiqi sənət nümunələri biokompozisiyalar, qrafika nümunələri, aplikasiya, o cümlədən, bədii tikmə, intarsiya, qarışıq texnikada hazırlanan əsərlərdən ibarətdir.
Layihənin təşəbbüskarı olan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışında diqqətə çatdırıb ki, rəhbərlik etdiyi mətbu orqan Ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində ənənəvi olaraq müxtəlif tədbirlər həyata keçirir: “Keçən il “Yeni Azərbaycan” qəzeti olaraq dama, futzal yarışmaları keçirmişik. Bu il isə voleybol üzrə KİV-lər arasında turnir təşkil etmişik. Növbəti təşəbbüslərimizdən biri də, əqli cəhətdən zəif inkişaf etmiş uşaqların yaradıcılıq qabiliyyətinin üzə çıxarılması məqsədi daşıyan əl işlərindən ibarət sərgidir. Bilirsiniz ki, Ulu öndər Heydər Əliyev cəmiyyətin bütün sahələrinə diqqət göstərib və bütün sahələrin inkişafı üçün əlindən gələni edib. Məlumdur ki, cəmiyyətin hər bir sahəsi inkişaf edə bilər. Amma əsas diqqətin yönəldilməsi lazım gələn sahələrdən biri də sosial yardıma ehtiyac duyulan sahələrdir. Bu məqsədlə də, biz məhz əqli cəhətdən zəif inkişaf etmiş uşaqları seçdik. Onların cəmiyyətə qoşulması, cəmiyyətdə baş verən hadisələrdə iştirak etmələri, onların öz potensiallarını reallaşdırmaları vacib məsələlərdən biridir. Ulu öndərin irəli sürdüyü vacib təşəbbüslərdən biri də ondan ibarət idi ki, cəmiyyətin hər bir fərdi özünü bu cəmiyyətdə normal hiss etməlidir. Hər bir fərd öz potensialını nümayiş etdirməlidir. Cəmiyyətin hər bir fərdi hiss etməlidir ki, ona Azərbaycan dövləti tərəfindən diqqət və qayğı göstərilir. Hesab edirik ki, keçirdiyimiz tədbir də məhz ayrı-ayrı fərdlərin sosial birləşməsinə və özünü təqdim etməsinə xidmət edəcək. çünki hər bir cəmiyyəti irəli götürən məhz kollektivçi meyillərdir. Nəticə etibarı ilə bu proseslərin hamısı hər bir cəmiyyətdə müəyyən dayanışmaya, doğmalaşmaya səbəb olur. Beləliklə, cəmiyyətin gücü, millətin gücü monolitləşir. Hansı ki, bu bizə mövcud beynəlxalq şəraitdə, mövcud regional şəraitdə olduqca vacibdir”.
Layihəyə dəstək verən hər kəsə təşəkkürünü bildirən H.Babaoğlu sərgilənən əl işləri arasından ən yaxşılarını müəyyən etməkdə münsiflər heyətinin seçim qarşısında qaldığını da diqqətə çatdırıb.
Daha sonra YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı çıxış edərək, nəcib işi təşkil edən və dəstək olan hər kəsə öz minnətdarlığını bildirib. O, əqli cəhətdən zəif inkişaf etmiş uşaqların istedadının üzə çıxması istiqamətində görülən işi yüksək qiymətləndirib. Daha sonra “Azercell Telekom” MMC-nin Korporativ ünsiyyət və Sosial Məsuliyyət bölümünün rəhbəri ülviyyə Həsənzadə çıxış edərək “Azercell”in sosial məsuliyyətli layihələrin təşəbbüsündə “pioner” şirkət olduğunu söyləyib: “Ən qürur duyacağımız isə uşaqlarla bağlı olan layihələrdir. ümumiyyətlə, uşaqlarla bağlı həyata keçirilən hər bir uğurlu və səmərəli iş sevindiricidir”.
Sərgidə çıxış edən 268 saylı xüsusi məktəbin direktoru Seyfəddin Mustafayev isə diqqətə çatdırıb ki, məktəb Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın himayəsi altındadır. Qeyd edək ki, qalereyada Mehriban xanım Əliyevanın məktəbdə keçirdiyi müxtəlif tədbirlər zamanı çəkilən fotolar da nümayiş etdirilir.
Tədbirdə, həmçinin, münsiflər heyəti tərəfindən müəyyən olunmuş ən yaxşı əsərlərin müəllifləri mükafatlandırılıb. “Azercell”in xüsusi mükafatı “Azərbaycan bayrağı” əsəri ilə Aynur Cahangirovaya təqdim olunub.
“Bahar qızı” əsəri ilə Xatirə Şirinova I yerə, “Qaranquş” əsəri ilə Fərid Əmrahi II yerə, “Daş ev” əsəri ilə Günay Orucova III yerə layiq görülüb. Həvəsləndirici mükafatlarla isə Dayana Mardovina və Mustafa Abdullayev təltif olunub. Tədbirə 268 saylı xüsusi məktəbin şagirdlərinin hazırladıqları rəqs nömrələri ilə yekun vurulub. Qeyd edək ki, “Qoy ömrümüz çiçək açsın!” sərgisi mayın 10-na kimi davam edəcək.
Turanə QADİRQIZI
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03

