Növbəti milli birlik nümunəsi
18.06.2021 [08:57]
Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar Şuşa Bəyannaməsinin imzalanması ilə əlaqədar yaydıqları bəyanatda Azərbaycan və Türkiyə arasında yüksək strateji müttəfiqlikdə dövlətimizin yanında olduqlarını ifadə ediblər
İyunun 15-də Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanan tarixi Bəyannamə iki ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcıdır. Bu sənəd qarşıdakı dövrdə, demək olar ki, bütün sahələrdə əməkdaşlığın və münasibətlərin ən yüksək zirvəyə daşınmasına imkan yaradır.
Qeyd edilməlidir ki, iki qardaş ölkə arasında münasibətlərin gündən-günə inkişafı, daha da möhkəmlənməsi həm də ölkə ictimaiyyəti, siyasi partiyalar tərəfindən təqdirlə qarşılanır. Elə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların Şuşa Bəyənnaməsi ilə bağlı birgə bəyanat qəbul etməsi də deyilənləri təsdiqləyir. Siyasi partiyaların bu Bəyannaməni birmənalı şəkildə dəstəkləməsi həm də milli maraqlara söykənən həmrəyliyimizin növbəti təzahürüdür.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib ki, Şuşa şəhərində iyunun 15-də imzalanan Bəyənnamə Azərbaycan-Türkiyə münasibətlərində yeni eranın başlanğıcıdır. İki qardaş ölkə arasında imzalanmış bu sənəd qarşıdakı dövrdə istər çoxşaxəli əlaqələrin daha da möhkəmləndirilməsində, istərsə də təhlükəsizlik məsələlərində əməkdaşlığın dərinləşdirilməsində mühüm rol oynayacaq. Millət vəkili vurğulayıb ki, hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsi, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsi Azərbaycanın və Türkiyənin regional və beynəlxalq rolunun və çəkisinin daha da artmasına əsaslı şərait yaradır: “Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisədir və bunu alqışlayırıq. Bu sənəd nəinki regionda, deyərdim ki, ümumən, Avrasiya məkanında yeni bir siyasi mənzərə formalaşdıracaq. Müxalifət olaraq biz bu tarixi hadisəni yüksək qiymətləndiririk. Məlum olduğu kimi, Şuşa Bəyannaməsi ilə bağlı ölkəmizin siyasi partiyalarının birgə bəyanatı imzalanıb. Həmin bəyanatda göstərildi ki, Şuşa Bəyannaməsində Azərbaycan ilə Türkiyəni birləşdirəcək Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələləri, həmçinin diaspor fəaliyyətinin əlaqələndirilməsi təşəbbüslərini, bir sözlə, nəzərdə tutulan bütün addımları dəstəkləyirik. Bu Bəyannaməni Azərbaycan ilə Türkiyə münasibətlərinin gələcək yol xəritəsi də adlandırmaq olar”.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfərinin tarixi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan ilə Türkiyə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək Bəyannamənin məhz Şuşa şəhərində imzalanmasının böyük rəmzi mənası var. A.Əlizadə bildirib ki, 15 iyunda təkcə Azərbaycan və Türkiyənin deyil, dostlarımız və düşmənlərimiz də daxil olmaqla, bütün dünyanın nəzərləri Şuşaya yönəlmişdi: “Təbii ki, bu görüşdən böyük gözləntilərimiz var idi və hesab edirəm ki, bu gözləntilər yaxşı mənada özünü doğrultdu. Şuşada imzalanmış Bəyannamə hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsi, region dövlətləri arasında bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılması, beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirilməsinin vacibliyi və bir sıra digər olduqca mühüm müddəaları özündə ehtiva edir. Müxalifət partiyası olaraq AMİP bu Bəyannaməni dəstəkləyir və bununla bağlı siyasi partiyaların birgə bəyanatına imza atmışıq”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

