/ / Fəzail Ağamalı: Mina xəritələrinin əldə edilməsi işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinin icrasını və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək
Fəzail Ağamalı: Mina xəritələrinin əldə edilməsi işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinin icrasını və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək
06.07.2021 [09:28]
“İyulun 3-də Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib. Ağdamdan sonra Füzuli və Zəngilan ərazisində basdırılmış minalara dair xəritələrin əldə edilməsi Prezident İlham Əliyevin diplomatik məharəti və Azərbaycan diplomatiyasının növbəti uğurudur”.
Bu fikirləri Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı deyib.
Fəzail Ağamalı bildirib ki, humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməniəsilli şəxsi Ermənistana təhvil verib: “Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilas edəcək və işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əsası qoyulan infrastruktur layihələrinin icrasını və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək”.
Partiya sədrinin sözlərinə görə, Ağdamdan sonra Füzuli və Zəngilan rayonları işğal dövründə ən çox minalanmış ərazilər olub: “Ağdamdan sonra ən böyük infrastruktur layihələri isə hazırda Füzulidə həyata keçirilir. Füzulidə beynəlxalq hava limanı tikilir, Şuşaya Qubadlı-Laçın istiqamətində yollar çəkilir. Bir sözlə, Füzuli strateji əhəmiyyət kəsb edir, bütün yol-nəqliyyat infrastrukturu bu ərazidən keçir. Bu baxımdan, Qarabağda aparılacaq quruculuq işlərində Füzuli rayonu xüsusi yer tutacaq. Digər tərəfdən, Zəngəzur dəhlizinin fəaliyyətə başlamasına hazırlıq üçün Füzuli və Zəngilan rayonlarında avtomobil və dəmir yolları infrastrukturu yenidən qurulmalıdır. Bunun üçün isə ərazilərin minalardan təmizlənməsi vacibdir. Bu baxımdan, mina xəritələrinin təqdim olunması bu prosesi də sürətləndirəcək. Bir daha qeyd etmək istərdim ki, Füzuli və Zəngilan ərazilərində olan mina xəritələrinin əldə edilməsi dövlətimizin növbəti diplomatik uğurudur”.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

