/ / İsrailin humanitar yardım daşıyan gəmilərə hücumu Azərbaycan ictimaiyyəti tərəfindən etirazla qarşılanır
İsrailin humanitar yardım daşıyan gəmilərə hücumu Azərbaycan ictimaiyyəti tərəfindən etirazla qarşılanır
04.06.2010 [10:05]
Mayın 31-də İsrailin Qəzza sektoruna humanitar yardım daşıyan gəmilərə hücumu insan tələfatı ilə müşayiət olundu. Gəmilərdəki silahsız insanlara qarşı İsrailin təlim görmüş və silahlanmış əsgərlərinin atəş açması, nəticədə isə onlarla insanın həyatını itirməsi bütün dünya ictimaiyyətində böyük hiddət doğurub. Bunun nəticəsidir ki, bu gün istər beynəlxalq təşkilatlar, istərsə də dövlətlər İsrailin bu addımını qınayır və məsələnin beynəlxalq hüquq normalarına uyğun olaraq araşdırılmasını tələb edir.
Baş verənlər Azərbaycan ictimaiyyəti tərəfindən də birmənalı şəkildə qınaq obyektinə çevrilib. Azərbaycan ictimaiyyətinin nümayəndələri baş verən hadisələrin benyəlxaq hüquq çərçivəsində düzgün araşdırılmasını istəyir.
Baş verən hadisələrdən həmən sonra Azərbaycan məsələ ilə bağlı öz rəsmi mövqeyini bildirib. Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov İsrail hərbçilərinin Qəzzaya humanitar yardım aparan gəmilərə hücumuna münasibət bildirərkən qeyd edib ki, baş vermiş hadisə ölkəmizi çox narahat edir. N.Məmmədovun sözlərinə görə, bu hadisədə insanların həlak olması, yaralanması pislənməlidir: “Bununla bağlı artıq müxtəlif bəyanatlar verilib. Mənə elə gəlir ki, baş vermiş hadisə ilə bağlı təhqiqat aparılmalı və bu hadisəyə ədalətli qiymət verilməlidir”.
Azərbaycanın Xarici İşlər Nazirliyinin rəsmisi Elxan Poluxov da Azərbaycanın İsrail ordusunun Türk gəmisinə hücumundan narahat olduğunu bildirib. E. Poluxov İsrail ordusunun hücumu ilə bağlı bunları deyib: “Azərbaycan tərəfi Qəzzaya yardım daşıyan gəmi karvanına İsrailin hücumundan narahatdır. Ona görə ki, humanitar aksiya ilə bağlı olan tədbir insan tələfatları ilə tamamlanıb”.
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, politoloq Aydın Mirzəzadə bildirib ki, İsrailin hərbi qüvvələrinin humanitar yardım karvanına qarşı atdığı addım həm beynəlxalq hüquq normalarına, həm də humanizm prinsiplərinə ziddir. Milli Məclis üzvü özü kifayət qədər terror təhlükəsi ilə üz-üzə qalan, soyqırımına uğrayan bir dövlət olaraq İsrailin dünyaya çox pis nümunə göstərdiyini vurğulayıb: “Azərbaycan hər zaman olduğu kimi, məsələyə beynəlxalq hüquq normaları çərçivəsindən qiymət verir. Silahsız karvana peşəkarcasına hazırlanmış hərbçilərin hücum etməsinin və 20-yə qədər vətəndaşın həyatını itirməsinin, bir xeyli insanın yaralanmasının heç bir izahı ola bilməz. İsrailin əlində həmin gəmini öz limanlarına gətirərək yoxlaması üçün böyük imkanları vardı. Təəssüf ki, bunun əvəzində biz qan tökülməsinin şahidi olduq. Bir problemin uğursuz həlli digər problemlərin ortaya çıxmasına gətirib çıxarıb. Hər iki dövlət böyük nüfuza malikdir və bu gün hər iki dövlət müharibə vəziyyətindədir, bir-birləri ilə ultimatumla danışırlar. Məsələnin beynəlxalq araşdırmaya ehtiyacı var. Azərbaycanın mövqeyi birmənalıdır, heç bir halda beynəlxalq hüquq normaları pozulmamalı, nahaq qan tökülməməlidir. Türkiyənin bir dövlət kimi hüquqlarının pozulması düzgün deyil və ölkəmiz qardaş Türkiyənin yanındadır. Məsələnin araşdırılmasının və bir daha belə addımlara yol verilməməsi üçün müvafiq addımların atılmasının tərəfdarıyıq”.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni baş verənlərin olduqca təəssüfləndirici hadisə olduğunu dedi: “Qəzza bölgəsinə yardım aparan gəmilərə İsrail silahlıları tərəfindən hücum faktı olduqca xoşagəlməz bir hadisədir. Baş verən hadisə birmənalı şəkildə insan hüquqlarının, beynəlxalq hüquq normalarının pozulmasıdır. Hadisədən həmən sonra Türkiyənin təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının iclası çağırıldı və məsələyə beynəlxalq aləmin münasibəti bildirildi. Biz də Milli QHT Forumu olaraq bu hadisəyə öz etirazımızı bildiririk. İsrailin beynəlxalq sularda silahsız gəmiyə müdaxiləsi yolverilməzdir. Bu, beynəlxalq hüquq normalarına, insanlığa, humanizmə və bəşəri ideyalara ziddir. Nəzərə alsaq ki, İsrail özü soyqırıma məruz qalmış bir dövlətdir, atılan addım qəbul edilməzdir. Fikrimcə, bu məsələ beynəlxalq hüquq çərçivəsində araşdırılmalı və günahkarlar tapılıb cəzalandırılmalıdır”.
Milli Məclisin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də baş verən hadisənin təəssüfləndirici olduğunu dilə gətirib: “Nəzərə alsaq ki, baş verənlərdə insan tələfatı yaşandı, bu, bizi olduqca narahat edir. Burada ən əsas məqam da elə insan tələfatı faktorudur ki, bu yolverilməzdir. Fikrimizcə, bu Yaxın Orta Şərqdə əldə olunan sülh prosesinin inkişafına maneədir. Beynəlxalq təşkilatlar bu istiqamətdə araşdırmalar aparmalıdır. Hər iki dövlət-həm Türkiyə, həm də İsrail bu problemin həllində maraqlı olmalı və araşdırmaların aparılmasına və sülhün əldə olunmasına çalışmalıdırlar”.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Eldar İbrahimov İsrailin Türkiyə hökumətindən və xalqından üzr istəməli olduğunu deyib: “İsrail dəymiş zərərin aradan qaldırılması üçün addımlar atmalıdır. Mən nə inanmıram, nə də istəməzdim ki, baş verənlər son nəticədə müharibə ilə sona yetsin. Hər bir halda araşdırmalar aparmalı və bölgədə sülh təmin olunmalıdır”.
Politoloq Vəfa Quluzadə humanitar yardım aparan gəmilərə silahlı hücumu xoşagəlməz hal adlandırıb və bildirib ki, bu, Yaxın Şərqdə vəziyyəti gərginləşdirə bilər: “Bu, İsrailin özünə vurduğu zərbədir. çünki İsrail yardım karvanının qarşısını silahdan istifadə etmədən də ala bilərdi. Amma silahdan istifadə olunduğu və insan tələfatı yaşandığı üçün bütün dünya buna reaksiya verdi. Hətta İsrailin dost ölkələri belə bu məsələdə onu ittiham etdilər. Bu, bir beynəlxalq insidentdir və sözsüz ki, Türkiyə-İsrail əlaqələrini uzun müddət gərginlikdə saxlayacaq. Digər tərəfdən, mən hesab edirəm ki, Türkiyənin bu addımına görə Fələstinə və Qəzzaya diqqət, dəstək artacaq. 60 ildir bu problem həll olunmur və həll olunmayan problemlərin təhlükəsi də böyük olur. Ona görə də düşünürəm ki, bu hadisə Ərəb-İsrail probleminin həllinə kömək göstərəcək. Türkiyə böyük dövlət olduğu üçün haqqın-ədalətin müdafiəsinə qalxa bilir”.
Milli Məclisin üzvü, yəhudi əsilli Yevda Abramov da baş vermiş insidentə görə İsraili qınayıb. Millət vəkili qeyd edib ki, İsraillə Türkiyə arasında baş verən son hadisələrlə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinin, Prezident Administrasiyasının mövqeyini bölüşür: “Mənim başqa mövqeyim ola bilməz. Baş verənləri mən də pisləyirəm. Ortada insan tələfatı var. İnsan tələfatına yol verəni isə hansı dövlət olmasından asılı olmayaraq, qınayıram. Fikrimcə, hər iki tərəf emosiyadan uzaq olmalıdır. Emosiyaların qızışması arzu olunmayan nəticələrə yol aça bilər. Mən bir daha bildirirəm ki, ümumiyyətlə bir insanın belə burnunun qanamasının tərəfdarı deyiləm”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu da baş verənlərə öz təəssüfünü bildirib. Onun sözlərinə görə, baş verənlərdə insan tələfatının yaşanması arzuolunmaz bir haldır: “Mən Azərbaycan hakimiyyətinin məsələ ilə bağlı mövqeyini dəstəkləyirəm. Bildirmək istəyirəm ki, hər bir halda insan tələfatı yolverilməzdir, problem beynəlxalq hüquq normaları çərçivəsində həllini tapmalıdır”.
Politoloq Elşad Mirbəşiroğlu İsrailin atdığı addımın Yaxın Şərqdə əldə olunan sülh prosesinə böyük zərbə vurduğunu bildirib. Onun sözlərinə görə, son zamanlarda sülhün təmin olunması istiqamətində aparılan danışıqların ikinci fazası başlamışdı və son onilliklərdə ilk dəfə idi ki, mövqelər bu qədər yaxınlaşmışdı: “Təbii ki, bu gün bütün dünya İsrailin atdığı addımı pisləməlidir. çünki ortada günahsız qətlə yetirilmiş insanlar və pozulmuş hüquq normaları var. Türkiyə tərəfi problemin həllini NATO çərçivəsinə daşımaq istəyir. Fikrimcə, artıq İsrailin atdığı addımlara son deməyin zamanı çatıb. İsrail tərəfi bu hadisəni törətməklə dünyada çox pis bir presedentin əsasını qoydu və biz gələcəkdə bu presedentin yaratdığı mənfi tendensiyaların şahidi ola bilərik. Humanitar yardım daşıyan gəmilərə hücum edilməsi həm insanlığa, həm də beynəlxalq hüquqa ziddir”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxSosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50

