Milli Məclisin sədri “Qarabağ Ampute Futbol Klubu”nun üzvləri ilə görüşüb
18.07.2021 [09:55]
İyulun 17-də Milli Məclisin sədri Sahibə Qafarova Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən müharibəsində sağlamlıqlarını itirmiş qazilərdən ibarət "Qarabağ Ampute Futbol Klubu"nun üzvləri ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Sahibə Qafarova qaziləri salamlayaraq torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlıqlarını itirmiş qəhrəman insanlarımızla görüşməyin qürurverici olduğunu deyib. “Siz döyüş meydanlarında göstərdiyiniz hünəri bu gün idman meydançalarında davam etdirərək doğma Qarabağımızın adını daşıyan futbol komandası kimi beynəlxalq yarışlarda uğurlar qazanırsınız. Bu, sizin hər birinizin böyük iradə sahibi olduğunuzun sübutu, xalqımızın mübariz ruhunun yenilməzliyinin təsdiqidir", - deyə Milli Məclisin sədri qeyd edib.
Sahibə Qafarova bildirib ki, 44 günlük Vətən müharibəsində xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək, 30 illik erməni işğalına son qoyub, ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Qalib Azərbaycan əsgərlərinin şücaəti sayəsində Dağlıq Qarabağ problemi artıq tarixə qovuşub. O qeyd edib: “Təəssüf ki, müharibə itkisiz olmur. Müharibədə igid övladlarımızı itirdik, hərbçilərimiz arasında xeyli yaralananlar var. Şəhidlərimizin xatirəsini ehtiramla anırıq. Yaralananlara Allahdan şəfa, qazilərimizə möhkəm cansağlığı diləyirik”.
Milli Məclisin sədri xüsusi vurğulayıb ki, heç bir xəsarət, ağrı-acı insanlarımızı ruhdan sala bilməyib. "Qarabağ Ampute Futbol Klubu" üzvlərinin göstərdiyi nümunə buna parlaq misaldır.
S.Qafarova bu dövrdə Azərbaycan parlamentinin bölgə həqiqətlərinin, erməni vəhşiliklərinin dünya ictimaiyyətinə, milli parlamentlərə, beynəlxalq təşkilatlara çatdırılması istiqamətində gördüyü işlərdən, müharibə ərəfəsində qəbul olunmuş qanun, qərar və digər hüquqi sənədlərdən danışıb.
Tədbirdə çıxış edən "Qarabağ Ampute Futbol Klubu"nun icraçı direktoru Abbas Yusifov, komandanın kapitanı Çingiz Məmmədov, baş məşqçi Ramil Həbibov, təsisçi Cəmilə Abdullayeva klubun fəaliyyəti, futbolçuların əldə etdiyi nailiyyətlər, gələcək planları barədə ətraflı məlumat veriblər.
Parlamentin sədri klub üzvlərini düşündürən məsələlərlə maraqlanıb, onlara uğurlar diləyib.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39

