/ / Azərbaycan hökuməti operativ və səmərəli fəaliyyəti ilə vətəndaşların təhlükəsizliyini təmin etdi
Azərbaycan hökuməti operativ və səmərəli fəaliyyəti ilə vətəndaşların təhlükəsizliyini təmin etdi
02.06.2010 [08:39]
Aprel ayının sonundan başlanan leysan yağışları nəticəsində Kür çayında suyun səviyyəsi artdı. Bu isə bir sıra bölgələrdə-Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Salyan, Neftçala, Zərdab rayonlarında və Şirvan şəhərində təbii fəlakətə yol açdı. Daşqın nəticəsində Kür çayının bəndləri aşdı, su bir sıra kəndlərin ərazilərinə doldu. Yaranan ağır durum ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirədə geniş müzakirə olundu. Dövlət başçısı bütün dövlət strukturlarına, aidiyyəti orqanlara problemin həlli ilə bağlı öz göstəriş və tapşırıqlarını verdi. Daha sonra fəlakət bölgəsinə baş çəkən dövlət başçısı daşqın nəticəsində evlərindən evakuasiya olunan insanlar üçün yaradılmış müvəqqəti çadır şəhərciyində oldu. Fəlakət zonasında səyyar müşavirə keçirən dövlət başçısı bir daha problemdən çıxış yolları ilə bağlı müvafiq göstərişlərini verdi.
Qeyd etmək lazımdır ki, fəlakət başlayan dövrdən, yəni, aprel ayının sonundan ölkənin bütün dövlət strukturları, aidiyyəti orqanlar artıq operativ şəkildə problemin həllinə səfərbər olublar. Məhz bunun nəticəsində də Azərbaycanda təbii fəlakət faciəyə çevrilmədi. ölkəmiz bu fəlakətlərdən minimum itki ilə çıxdı. Ən əsası isə bu daşqınlarda insan tələfatı yaşanmadı. Qeyd edək ki, son bir ay ərzində istər Avropa, istərsə də Amerika ərazilərində böyük təbii fəlakətlər müşahidə olunub. Mərkəzi Amerikaya Sakit okeandan daxil olmuş “Aqata” qasırğası 90 nəfərin həyatına son qoyub. Güclü külək tikililəri dağıdıb, elektrik və rabitə xətlərini sıradan çıxarıb. çaylar məcrasından çıxıb, bəndlərdə qəzalı vəziyyət yaranıb. Nəticədə, təxminən, 75 min insan yaşayış yerlərini itirib, kənd təsərrüfatına ciddi ziyan dəyib. Qasırğa, həmçinin, Salvador və Hondurasa da ciddi ziyan vurub. Avropada baş verən təbii fəlakət nəticəsində isə bəzi ölkələrdə kritik vəziyyət yaranıb. Polşada yağan leysan yağışları nəticəsində 20 nəfərə yaxın insan həyatını itirib. Krakov şəhəri demək olar ki, su altında qalıb. Əhali təcili olaraq şəhərdən evakuasiya edilib. Polşa ilə yanaşı, Avropanın bir çox ölkələrində, Rumıniya, Slovakiya, Macarıstan, çexiya, Bolqarıstanın da əksər ərazilərində daşqınlar olub. Slovakiyada təbii fəlakət nəticəsində 6 nəfər həyatını itirib.
Nəqliyyat Nazirliyi daşqın nəticəsində dağılan yolların bərpasını başa çatdırır
Daşqın nəticəsində ölkənin kommunikasiya xətləri, yollar da ziyan görüb. Sel və daşqın təhlükəsi aradan qalxan kimi hökumət yolların təmir və bərpası işinə start verib. Artıq Saatlı rayonunda Musalı, Nərimankənd, Dəllər, Novruzlu kəndlərindən keçən Musalı-Novruzlu avtomobil yolunda (14 km) təmir işləri aparılıb. Sabirabad və Şirvan rayonları arasında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yollunda təmir-bərpa işləri davam etdirilir. Hacıqabul rayonunda Talış su kəmərini qorumaq üçün Muğan-Talış yolunun (27 km) 6-11-ci km-də yolun kənarına bənd vurulub. Zərdab rayonu ərazisində Kür çayının sol sahilində 45 km uzunluğunda bəndvurma işləri yekunlaşıb. Bundan başqa, Hacıqabul-Qaratəpə-Bəhrəmtəpə yolunun Şirvan və Sabirabad şəhərləri arasında olan hissəsində asfalt-beton örtüyün təmiri işləri aparılıb.
Kür və Araz çaylarında suyun səviyyəsinin qalxması ilə əlaqədar bəndbərkitmə və avtomobil yollarının təmiri işlərinə ümumilikdə 486 nəfər işçi qüvvəsi, 207 ədəd avtonəqliyyat vasitəsi və 39 ədəd yol texnikası cəlb olunub.
Saatlı-Sabirabad rayonlarının birləşdiyi ərazidəki Musalı-Novruzlu kəndlərindən keçən avtomobil yoluna daş-çınqıl vurulub. Daşqın təhlükəsi aradan qalxsa da, Nəqliyyat Nazirliyi öz fəaliyyətini davam etdirir. Araz çayının yeni qolunun açılması ilə əlaqədar olaraq Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun 4-cü kilometrliyində müvafiq işlər görülür.
Fövqəladə Hallar Nazirliyi insan tələfatının olmaması üçün var gücü ilə fəaliyyət göstərdi
Yaşanan fəlakət zamanı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tam şəkildə problemin həllinə səfərbər edildilər. Bütün fəlakət zonası üzrə nazirliyin yerli qurumlarının, o cümlədən, əlavə qüvvələrin və texnikanın səyi nəticəsində daşqın təhlükəsi yaranan kəndlərin əhalisi rahat bir şəkildə evakuasiya olundu. Sabirabad rayonunda yaranan gərgin vəziyyət zamanı bir neçə kəndin əhalisi kənddən çıxarıldı və bu prosesdə FHN-in helikopterlərindən istifadə olundu. Şirvan şəhərində, o cümlədən, digər rayonlarda Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti və texnikası qrunt sularının həyətlərdən çəkilməsi işini tam şəkildə həyata keçirdi. Bundan başqa, Sabirabad rayonundan evakuasiya olunan insanlar isə Şirvan şəhərində yerləşdirildi. FHN bu insanların çadırlarda rahat yaşaması üçün bütün şəraiti yaratdı. Onlar isti yemək, paltar, yataq ləvazimatı və gündəlik lazımi vasitələrlə təchiz olunurdular.
Bununla yanaşı, Sarısu gölündə bəndin yuyulması ilə daşqın sularının ətrafa yayılması nəticəsində Sabirabad və Saatlı rayonlarının təhlükəli vəziyyətə düşmüş bəzi yaşayış məntəqələrində 250-dən artıq sakin Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edildi. Yaxınlıqdakı kəndlərdə təxliyyədən imtina edən 22 kənd sakini isə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin qayıqları və nazirliyin aviasiya dəstəsinin helikopteri vasitəsilə xilas edildi. Bundan başqa, FHN daşqın təhlükəsinin aradan qalxdığı günlərdə fəlakət zonasında qrunt sularının çəkilməsi işi ilə məşğul olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşların içməli su ilə təchizatını yüksək səviyyədə təmin edir
Yaranan çətin zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də əməkdaşları səmərəli fəaliyyət nümayiş etdiriblər. Məhz nazirliyin effektiv fəaliyyəti nəticəsində rayonlarda içməli su ilə bağlı problem aradan qaldırılıb. Hazırda bu problemin tam şəkildə aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qısa müddət ərzində İsrail istehsalı olan modul tipli sutəmizləyici qurğu gətirilərək Sabirabad rayonunun mərkəzində quraşdırılıb və əhalinin istifadəsinə verilib. Qurumun mətbuat xidmətinin rəhbəri İradə İbrahimova qəzetimizə bildirib ki, ötən ay Sabirabad rayonunun mərkəzində quraşdırılmış, sutka ərzində təmizləmə gücü 60 ton olan modul tipli sutəmizləyici qurğuya nazir Hüseynqulu Bağırov da baxış keçirib və qurğunun effektiv çalışdığı müəyyən edilib.
Hazırda istifadəyə verilmiş sutəmizləyici qurğu fasiləsiz olaraq fəaliyyət göstərir. ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su çənlərə yığılaraq rayon əhalisi tərəfindən istifadə olunur. İ.İbrahimovanın sözlərinə görə, fəlakət zonasında yerləşən digər rayonların da içməli su ilə təchiz olunması nəzarət altındadır: “Uşaq baxçalarına, məktəblərə, düşərgələrə su maşınlarla daşınır. Sabirabad şəhərinin müxtəlif yerlərində iki ədəd modul tipli sutəmizləyici qurğu quraşdırılıb. İçməli suya əlavə tələbatın olduğu müəyyən edilərsə, ETSN tərəfindən əlavə qurğular quraşdırılacaq. ümumiyyətlə, təmizlənən suyun həcmi sutkada 500 tona çatdırıla bilər”.
Hər birinin gündəlik təmizləmə gücü 60 ton olan 2 sutəmizləyici qurğulardan hazırda əhali gen-bol istifadə edir və ərazidən daxil olan məlumatlara görə, əhali içməli sudan razıdır.
Səhiyyə Nazirliyinin səyyar briqadaları hələ də fəlakət bölgəsində fəaliyyət göstərir
Fəlakət dövründə gərgin işi ilə yadda qalan və bu gün də öz işini elə həmin vəziyyətdə davam etdirən dövlət strukturlarından biri də Səhiyyə Nazirliyidir. Nəzərə alsaq ki, daşqından sonra artıq isti günlər başlayıb, buna görə də, bir sıra xəstəliklərin yayılmasının qarşısının alınması istiqamətində profilaktik tədbirlərin görülməsi labüddür. Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev təbii fəlakət bölgəsindəki vəziyyəti şərh edərkən bildirib ki, fəlakət bölgəsində əhalinin sanitar-epidemioloji vəziyyəti nəzarətdədir. Orada narahatlığa səbəb olacaq heç bir problem yoxdur, hər hansı xəstəlik yayılmayıb. Nazir bir neçə gün əvvəl Kürdəki daşqınlardan əziyyət çəkən bölgələrdə səfərdə olduğunu, insanlara göstərilən tibbi xidmətin vəziyyəti ilə maraqlandığını deyib. Onun sözlərinə görə, təbii fəlakət bölgəsində evakuasiya edilmiş əhaliyə lazım olan bütün tibbi xidmətlər yüksək səviyyədə həyata keçirilir.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun sanitariya-gigiyena məsələləri üzrə müavini Vaqif Abdullayev nazirin fikrini təsdiq edərək bildirib ki, istər insanların sağlamlığı, istərsə də onların səhhəti ilə bağlı ehtimal edilən hər hansı təhlükəyə qarşı tam hazırlıqlı olan mütəxəssislər epidemioloji vəziyyətə nəzarət edir.
Daşqın nəticəsində kəndlərindən evakuasiya olunaraq Şirvan ərazisində yerləşdirilən insanların da sağlamlığının qorunması istiqamətində bütün addımlar atılır. Sabirabad, Salyan, İmişli, Saatlı, Neftçala, Hacıqabul və hətta son hadisələrin qeydə alındığı Qax rayonunda mütəxəssislərin sərbəst fəaliyyəti üçün hər cür imkan yaradılıb. Onlar lazım ola biləcək dava-dərmanla tam təchiz ediliblər.
Fəlakət zonasında hadisələrlə əlaqəli hər hansı yoluxucu xəstəlik faktı da qeydə alınmayıb. V.Abdullayevin sözlərinə görə, bu amilin qarşısını alacaq profilaktik tədbirlər də görülür: “Suyun çəkildiyi, quru ərazilərdə dezinfeksiya işi aparılır. Suyu hələ çəkilməmiş ərazilərdə isə görüləcək işlərin planı tutulub. Məsələn, müəyyən etmişik ki, Sabirabadda 1.800 min kvadratmetr ərazidə dezinfeksiya işləri aparılmalıdır. Bütün rayonlar üzrə belə ərazilər hesablanaraq tədbirlər planı tutulub”.
V.Abdullayevin fikrincə, onların işi bundan sonra başlayacaq. Mərkəzi rayon xəstəxanalarının briqadaları ev-ev gəzərək tibbi-müalicə işini həyata keçirirlər. Səhiyyə Nazirliyinin səyyar briqadaları da ərazidə işini davam etdirir. Hələlik Qaxda səyyar briqadanın olmadığını vurğulayan V.Abdullayev təchizatda problem yaranmadığını deyib. Tibbi briqadalar ilan zəhərinə qarşı zərdabdan tutmuş, dezinfeksiya üçün geyimə qədər hər cür ləvazimatla təchiz olunub: “Nə baş verməsindən asılı olmayaraq, briqadalarımız insanlara yardım edə bilər. çadır şəhərciyi ərazisində hər cür həşəratlara qarşı dezinfeksiyaedici maddələrdən istifadə olunub. İşimiz qrunt suları basmış ərazilərdə xüsusilə çoxdur”.
V.Abdullayev su mənbələrinə də tam nəzarət olunduğunu, mütəmadi suyun laborator analizlərinin aparıldığını söyləyib. Əhali arasında da təbliğat aparılır ki, qaynanmamış sudan istifadə etməsinlər.
Ruhiyyə DAŞSALAHLI,
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

