Ermənistandakı gərginlik daxili narazılıqların daha da artmasına rəvac verir
19.08.2021 [09:51]
Növbədənkənar parlament seçkilərindən qalib çıxan Paşinyan hakimiyyəti tərəfindən yeni hökumətin formalaşdırılması prosesi davam etsə də, Ermənistanda daxili siyasi gərginlik hökm sürməkdədir. Erməni mediası yazır ki, parlamentdəki siyasi qarşıdurma, jurnalistlərə təzyiqlərlə yanaşı, hakimiyyətin müxalifət təmsilçilərinə qarşı repressiya və təqibləri də genişlənir. Baş nazir Nikol Paşinyanın göstərişi ilə onun əleyhdarlarının cəzalandırılması prosesinin davam etməsi isə daxildəki narazılıqları daha da artır.
Qeyd edək ki, hakimiyyətdən narazılıq yerli idarəetmə orqanlarındakı qanunsuzluq və korrupsiya əməllərinə görə də artmaqdadır. “Joğovurd” qəzeti yazır ki, baş nazirin vaxtilə ən yaxın silahdaşı olmuş, keçmiş aktyor, Yerevan şəhərinin bələdiyyə başçısı Hayk Marutyan bu günlərdə imzaladığı qərarla Ara Ağayanı Yaşıllaşdırma və ətraf mühitin mühafizəsi idarəsinin direktoru vəzifəsindən azad edərək onun yerinə qurumun inkişaf üzrə direktor müavini Kristina Vardanyanı təyin edib. Qəzet yazır ki, əslində, H.Marutyan qanunu pozub, çünki Vardanyan həm də şəhər bələdiyyəsinin üzvüdür və Marutyana tabe olan strukturda vəzifə almaq hüququ yoxdur: “H.Marutyan uzun müddətdir nəyin bahasına olursa olsun K.Vardanyanı hansısa yüksək vəzifəyə təyin etməyə çalışır. Çünki K.Vardanyan H.Marutyanın həyat yoldaşının yaxın rəfiqəsidir”.
Nəşrin yazdığına görə, bu faktlar onu göstərir ki, Yerevan bələdiyyəsinin başçısı həm də korrupsiyaya yol verib.
Bu arada, siyasi səhnədən uzaqlaşdığı barədə xəbərlər yayılan “Çiçəklənən Ermənistan” partiyasının sədri Qagik Çarukyanın baş nazir Nikol Paşinyanla görüşməsi cəmiyyətdə bəzi suallar doğurub. “ArmLur.am” öz mənbələrinə istinadən xəbər verir ki, bu günlərdə partiya lideri ilə baş nazirin hökumət binasında baş tutan görüşü təxminən bir saat yarım davam edib. Ancaq nə hakim dairələrdən, nə də “Çiçəklənən Ermənistan” partiyasından Paşinyanla Çarukyanın hansı mövzu ilə bağlı görüşdüyü barədə məlumat almaq mümkün olmayıb. Qeyd edək ki, son Paşinyan-Çarukyan görüşü iyulun 8-də növbədənkənar parlament seçkilərindən sonra baş nazirin parlamentdənkənar qüvvələrlə məsləhətləşmələri çərçivəsində baş tutmuşdu.
Yeri gəlmişkən, N.Paşinyan siyasi rəqiblərinə və əleyhdarlarına qarşı repressiyaları davam etdirir. Belə ki, Ermənistan İstintaq komitəsinin mətbuat katibi Vardan Tatevosyan “Aysor.am”a bildirib ki, Gorus bələdiyyə sədrinin müavinləri İrina Yolyan və Menua Hovsepyan İstintaq komitəsinin Xüsusi işlərin istintaqı baş idarəsində araşdırılan cinayət işi çərçivəsində saxlanılıblar: “Onlar cinayət məcəlləsinin 179-cu maddəsinin 3-cü hissəsinin 1-ci bəndində (mənimsəmə və ya talançılıq), 149-cu maddəsinin 2-ci hissənin 1 və 2 -ci bəndlərində (seçki hüquqlarının həyata keçirilməsinə, seçki komissiyalarının işinə və ya səlahiyyətlərinin həyata keçirilməsinə mane olmaq) nəzərdə tutulmuş cinayətləri törətməkdə şübhəli bilinirlər. Bu arada, “Azadlıq” radiosunun yaydığı məlumata görə, bələdiyyə sədrinin müavinlərindən başqa, Gorus bələdiyyəsinin iki əməkdaşı da saxlanılıb. Xatırladaq ki, 30 yaşlı Gorus bələdiyyə başçısı Aruş Aruşanyan da həbsdədir. Medianın yazdığına görə, onların hamısı müxalif “Ermənistan” bloku lehinə təbliğat apardıqlarına görə həbs olunublar.
Göründüyü kimi, Paşinyan hakimiyyəti tərəfindən repressiyaların davam etdirilməsi nəticəsində məğlub Ermənistanda daxili vəziyyət gərgin olaraq qalır.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

