Üçtərəfli bəyanatın Ermənistan problemi...
15.09.2021 [13:03]
Yaxud məğlub ölkə hələ də nəyə isə ümid edir?
2020-ci ilin 10 noyabrında Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən üçtərəfli bəyanatın imzalanması ilə 30 ilə yaxın müddətdə davam edən Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu. Vurğulamaq lazımdır ki, bəyanata əsasən sənədi imzalayan dövlətlər üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, bu bəyanatdan irəli gələn vəzifələri icra etməli idi. Ötən 9 ayda baş verənlərə nəzər saldıqda isə bəyanatın bəndlərinə nə dərəcədə əməl olunması sual doğurur. Belə ki, Azərbaycan üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Bunun qarşılığında isə Ermənistan hələ də sərhəd bölgələrində müəyyən təxribatlara yol verir, Zəngəzur dəhlizinin reallaşması ilə bağlı addım atmır və s. Hətta bununla bağlı Azərbaycan Respublikasının Xarici işlər və Müdafiə Nazirliyi də bir sıra bəyanatlar verib. Ekspertlərin fikrincə, bütün bunlar 10 noyabr Bəyanatının tam yerinə yetirilməməsinin təsdiqidir.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu bildirib ki, son 9 ayda 10 noyabr Bəyanatını imzalayan tərəflərdən yalnız Azərbaycan üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirib. Onun sözlərinə görə, sülhməramlıların Azərbaycan ərazisində təlim keçməsi və ya öz səlahiyyətlərinə uyğun olmayaraq sosial obyektlərin tikintisi ilə məşğul olmaları buna misaldır. E.Şahinoğlu bildirib ki, Ermənistan dövləti də üzərinə düşən vəzifələri yerinə yetirmir və bölgədə sülhün, təhlükəsizliyin təminatına mane olur: “Laçın dəhlizindən müəmmalı yüklər keçir, o cümlədən separatçılar bölgədə tam tərk-silah olunmayıblar. Son təxribatlar da göz önündədir. Hətta başqa dövlətlərdən də həmin ərazilərə yüklərin daşınması ilə bağlı informasiyalar yayılır. Fikrimcə, Laçın dəhlizinə nəzarət gücləndirilməli, daşınan məhsulların icazəsinin Azərbaycandan alınması təmin edilməlidir. Proqnozlaşdırılan hər hansı bir təxribatın baş verməməsi üçün önləm tədbirləri görülməlidir. Biz hər zaman deyirik ki, Azərbaycan qanunlarını qəbul edən ermənilər Qarabağda rahat şəkildə yaşaya bilərlər”.
E.Şahinoğlu bildirib ki, 10 noyabrdan ötən dövrdə Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərlər edir, həmin regionlarda abadlıq-quruculuq işləri aparılır. “Fikrimcə, qarşıdakı dörd ildə bu quruculuq işlərini daha da sürətləndirərək orada ən azı 800 min insanımızı yerləşdirməliyik. Bu, həm separatizm meyillərinə qapılanlara, həm də onlara dəstək olmağa çalışanlara güclü psixoloji təzyiq vasitəsi olacaq. Azərbaycanın Ermənistan qarşısındakı tələbləri olduqca sadədir. Biz sülh sazişinin imzalanmasını, Zəngəzur dəhlizinin açılmasını, Azərbaycan ilə Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsini tələb edirik. Amma Ermənistan bu məsələlərdən yayınır. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, sərhədlərin müəyyənləşdirilməsi həm də Qarabağın Azərbaycan torpağı kimi tanınmasıdır. Onlar bunu qəsdən yubadırlar”, - deyən E.Şahinoğlu onu da əlavə edib ki, biz bunun üçün də mütləq addımlar atmalıyıq. Onun sözlərinə görə, Prezident İlham Əliyev də bildirib ki, ermənilər istəsələr də, istəməsələr də Zəngəzur dəhlizi açılacaq. Biz artıq gözləmə mövqeyində dayana bilmərik.
Politoloq Yeganə Hacıyeva da 10 noyabr razılaşması ilə bağlı Ermənistanın və Rusiya sülhməramlılarının sözügedən bəyanatın bəndlərinə tam əməl etmədiyini diqqətə çatdırıb. Y.Hacıyeva qeyd edib ki, Ermənistan Rusiya və Azərbaycanla bağladığı 10 noyabr razılaşmasındakı regional kommunikasiyaların işini bərpa etmək üçün addımlar atmaq təşəbbüsü göstərməli və bu yöndə ilk addımı isə sərhədlərin müəyyən edilməsi, demarkasiya və delimitasiya məsələlərinin həyata keçirilməsi olmalıdır: “Fikrimcə, Ermənistan regional kommunikasiyaların açılması ilə bağlı addımlar atmalıdır. Təəssüf ki, hələlik bu addımları görmürük. Azərbaycan öz haqlı tələblərini və iradlarını çatdırıb, öz mövqeyini qətiyyətlə ifadə edib”.
Y.Hacıyeva onu da vurğulayıb ki, Ermənistanın ötən ay ərzində Naxçıvan, Kəlbəcər, Qarabağın daxilində Ağdam, Xocalı istiqamətində atəşkəsi pozması da 10 noyabr Bəyanatına əməl olunmadığını ortaya qoyur. “Nəzərdə tutulan kommunikasiyalarla bağlı məsələlərə gəlincə, Ermənistan kommunikasiyaların açılmasını və ondan yararlanmasını istəyir. Amma buna Qarabağdakı hərbi qruplaşmaların mövcudluğu əsasında maraqlı olduğunu göstərir. Ermənistan Qarabağdan hərbi qruplaşmalarını çəkmədən siyasi proseslərdə iştiraka davam etmək istəyir ki, bu da mümkün deyil”, - deyən Y.Hacıyeva əlavə edib ki, 10 noyabr razılaşması birtərəfli qaydada davam edə bilməz və razılaşma bütünlüklə təhlükəsizlik, siyasi və iqtisadi baxımdan paralel həyata keçirilməlidir. 10 noyabr Bəyannaməsinin icrası ilə Azərbaycan özü məşğul olur və olmalıdır. Politoloqun fikrincə, Ermənistanın qeyri-konstruktiv yanaşması həm də bir sıra kənar regional güclər tərəfindən dəstəklənir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

