/ / Fəaliyyətimizin ən başlıca qayəsi ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır
Fəaliyyətimizin ən başlıca qayəsi ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır
07.07.2010 [09:42]
Bu günlərdə Naxçıvan Muxtar Respublikası daha bir beynəlxalq tədbirə evsahiblik etdi.”Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” İctimai Birliyi (ATXƏM), eləcə də, Türkiyə Qastroentoloji Dərnəyi və Türkiyə Qastroentoloji Vəqfinin birgə təşkilatçılığı ilə iyunun 28-30-u tarixlərində Muxtar Respublikada akademik tibb toplantısı və tarix konqresi keçirildi. Konfransın əhəmiyyəti haqqında qəzetimizə danışan “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” İctimai Birliyinin sədri İlham İsmayılov dedi ki, rəhbərlik etdiyi qurum Türkiyə Qastroentoloji Dərnəyi, eyni zamanda, Türkiyə Qastroentoloji Vəqfilə birlikdə Türk dünyasının həkim və alimlərini bir araya gətirən bir sıra beynəlxalq tədbirlər həyata keçirib: “Bu, 50 illik fəaliyyəti olan bir qeyri-hökumət təşkilatıdır. Onlar dünyanın bir sıra ölkələrində bu tipli konqreslər keçirirlər. çox sevindirici haldır ki, adı çəkilən təşkilatlar Azərbaycanda keçirdikləri tədbirləri ATXƏM-lə bərabər reallaşdırırlar. Belə tədbirlərdən biri iyunun 28-30-u tarixlərində Naxçıvan Muxtar Respublikasında təşkil olundu. Bundan əvvəl isə anoloji tədbirlər 2008-ci ildə Gəncə və Bakı şəhərlərində təşkil edilmişdi. “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” İctimai Birliyi və Türkiyə Qastroentoloji Dərnəyi, eləcə də, Ankarada fəaliyyət göstərən Türkiyə Qastroentoloji Vəqfinin birgə planlaşdırdığı layihə əsasında Naxçıvanda iki böyük toplantı baş tutdu. İyunun 28-də Azərbaycan və Türkiyə həkimləri arasında əlaqələrin qurulması məqsədilə tibb toplantısı, sonra isə tarix konqresi oldu. Tibb toplantısında Türkiyədən 45 nəfərə yaxın mütəxəssis iştirak edirdi ki, onlardan 20 nəfərə yaxını professor, tibb sahəsində kifayət qədər tanınmış doktorlar idi. Türkiyədən gələn nümayəndə heyətinin tərkibinə qardaş ölkənin ən aparıcı tibb müəssisələrinin cərrahları, İstanbuldakı Memorial Xəstəxananın tibb mütəxəssisləri daxil idi. Toplantıda iştirak etmək üçün Bakıdan Muxtar Respublikaya səfər etmiş tibb mütəxəssisləri ilə türkiyəli həkimlər arasında elmi mübadilə aparıldı”.
İlham İsmayılov söylədi ki, tibb toplantısına kifayət qədər ziyalıların qatılmasından istifadə edilərək tarix konqresinin keçirilməsi qərara alındı: “Tarix konqresinin əsas əhəmiyyəti bu gün blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının vəziyyətini anlatmaq, o cümlədən, Dağlıq Qarabağ və onun ətrafında olan ərazilərin ermənilər tərəfindən işğal edilməsi problemini dünya ictimaiyyətinə çatdırılmasını təmin etmək, diqqəti bu istiqamətə cəlb etmək idi. Konqresdə çıxış edərkən, dedim ki, siz Naxçıvana Sədərək gömrük postunu keçərək avtomobillə səfər etmisiniz. Ancaq biz ayrılmaz hissəmiz olan Naxçıvana blokada şəraitində olduğu üçün təyyarə ilə gəlmişik. çünki, Naxçıvana quru yolu yoxdur. Ona görə də, məcburuq ki, Naxçıvana ya başqa dövlətin ərazisindən, konkret olaraq İran İslam Respublikasından keçməklə, ya da təyyarə ilə gələk. Təbii ki, bu problemlər sırasında ən başlıcası Dağlıq Qarabağ problemidir. Konqresdə çıxışım zamanı da bunu qeyd etdim. Bildirdim ki, biz türk dünyasının problemlərinin birgə həllinə nail olmaq istəyiriksə, ilk növbədə Dağlıq Qarabağ probleminin həllinə çalışmalıyıq. Əgər Dağlıq Qarabağ probleminin həllinə nail olsaq, digər problemlərin həllinə bizdə inam yaranacaq. Türkiyədən konqresə qatılan nümayəndələr də bu fikri yüksək qiymətləndirdilər”.
“Fəaliyyətimizin ən başlıca qayəsi ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır”, - deyən İlham İsmayılov vurğulayıb ki, ATXƏM bundan sonra da bu ümummilli işdə səylə çalışacaq.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

