ABŞ - Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub
07.07.2010 [09:44]
ABŞ-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub. Son bir neçə ay ərzində müxtəlif səbəblərdən dolayı ikitərəfli əlaqələrdə yaranmış problemlər demək olar ki, həllini tapıb. Xüsusən, bu ilin mart ayında ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr üzrə komitəsində uydurma “erməni soyqırımı” ilə bağlı qətnamənin qəbul olunmasından sonra Vaşinqtonun ölkəmizə qarşı sərgilədiyi mövqe və İrəvanın maraqlarına xidmət edən bir sıra qərarlara imza atması, Türkiyənin Ermənistanla sərhədləri açması yönündə rəsmi Ankaraya təzyiqlər etməsi ABŞ-la Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlığın ruhuna və məntiqinə uyğun gəlmirdi. Amma iyulun 4-də Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonun ölkəmizə səfəri və səfər çərçivəsində səsləndirilmiş bəyanatlar da təsdiq edir ki, artıq tərəflər arasında mövcud olan fikir ayrılıqları tam aradan qaldırılıb.
Doğrudur, bu səfərə qədər Vaşinqtonu təmsil edən müxtəlif səviyyəli rəsmilərin ölkəmizə səfərləri reallaşmışdı və bu səfərlər zamanı ikitərəfli əlaqələrdə ortaya çıxan bəzi problemlər geniş şəkildə müzakirə olunmuşdu. Amma tərəflər Hillari Klintonun səfərinə daha böyük əhəmiyyət verirdilər. Azərbaycan Prezidenti İlham Əliyev də dövlət katibini qəbul edərkən ölkəmizin bu səfərə verdiyi önəmi ifadə edib. “Biz sizin səfərinizə böyük əhəmiyyət veririk. Əminəm ki, səfəriniz tərəfdaşlığımızı daha da gücləndirəcəkdir”, deyən Azərbaycan Prezidenti bir daha bəyan edib ki, iki ölkə arasında müxtəlif sahələri əhatə edən uğurlu əməkdaşlığımızın böyük tarixi var. Uzun illər ərzində formalaşdırılmış bu münasibətlər artıq konkret, praktik nəticələrə gətirib çıxarır. Bu gün ABŞ Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, tərəflər arasında bir çox istiqamətləri əhatə edən yüksək münasibətlər mövcuddur.
Xanım Klinton isə Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətləri yüksək dəyərləndirərək deyib ki, iqtisadi və sosial inkişaf üçün möhkəm bünövrənin qurulmasında ölkəmiz son 20 il ərzində çox çalışıb: “Mən əlaqələrimizə çox sadiqəm. Son 18 ay ərzində aramızda mütəmadi və məzmunlu söhbətlərimiz olub. Qeyd etdiyiniz məsələlər bizim üçün vacibdir”.
Bölgədə azad əməkdaşlıq məkanının yaranması üçün tarazlaşdırılmış siyasət yürüdən ölkəmizin regionda liderliyini qəbul edən Vaşinqton yaxşı anlayır ki, regional sabitlik üçün Azərbaycanın potensialından bəhrələnmək lazımdır. Buna ölkəmizin mövcud iqtisadi potensialı, geosiyasi mövqeyi və siyasi qətiyyəti zəmanət verməkdədir. Bu potensialı layiqincə qiymətləndirən Vaşinqton ölkəmizlə müxtəlif sahələrdə, o cümlədən, enerji layihələrinin reallaşdırılmasında fəal əməkdaşlıq edir. Sirr deyil ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşan böyük enerji layihələrinə Birləşmiş Ştatların verdiyi dəstək son məqamda həlledici təsirə malik olub. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrinin reallaşmasında Amerikanın dəstəyi xüsusi rol oynayıb. Superdövlətin bu siyasəti davam etdirməsi bu gün digər regional layihələrin reallaşması üçün əlverişli zəmin yaradıb. Transxəzər və NABUCCO layihələrinə Amerikanın marağının artması bu tranzit marşrutlarının çəkilişinə ən böyük dəstək kimi səciyyələndirilə bilər. Rəsmi Vaşinqton da dəfələrlə ən yüksək səviyyədə ölkəmizin beynəlxalq enerji təhlükəsizliyinin təmin olunması yönündəki səylərini yüksək qiymətləndirərək Azərbaycanın dünya bazarlarında mühüm və etibarlı enerji təchizatçısı kimi qəbul olunduğunu bəyan edib. Xanım Klintonun da bəyan etdiyi kimi, öz enerji resurslarının davamlı işlənilməsində Azərbaycanın əzmli olduğunu nəzərə alaraq Birləşmiş Ştatlar ölkəmizin güclü tərəfdaşı olmağa davam edəcək.
ümumiyyətlə, ABŞ coğrafi nöqteyi-nəzərdən Azərbaycanın ən uzaq tərəfdaşlarından olsa da ölkələr arasında sıx ticarət əlaqələrinin mövcudluğu münasibətlərin yüksək olmasının göstəricisi sayıla bilər. Hər iki ölkənin əməkdaşlığın bütün sahələrində birgə mövqe nümayiş etdirməsi və əlaqələrin gələcək inkişafı üçün baza yaradan siyasi qərarlar qəbul etməsi Azərbaycan-ABŞ tərəfdaşlığının uzunmüddətli və davamlı olacağını şərtləndirir.
ABŞ-ın Azərbaycanla münasibətlərə verdiyi önəm bu ölkənin Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində oynadığı roldan da aydın sezilir. Superdövlət bu problemin tənzimlənməsində həmişə aktiv iştirakı ilə seçilir və rəsmi Vaşinqton mövqeyini bəyan edərkən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, həmçinin, sərhədlərin dəyişilməsinin qeyri-mümkünlüyünü vurğulayır. Birləşmiş Ştatlar münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Cənab Prezident İlham Əliyev də ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi dəstəyi yüksək qiymətləndirərək vurğulayıb ki, Vaşinqton bizimlə və digər ölkələrlə yaxından çalışır.
Xanım Klinton isə öz növbəsində qeyd edib ki, ABŞ münaqişənin ölkələrin ərazi bütövlüyü çərçivəsində və sülh yolu ilə həllini istəyir. çünki baş verə biləcək müharibə regional təhlükəsizliyə zərbə ola bilər. Xəzərin enerji resurslarının, xüsusilə də Türkmənistan və Qazaxıstan neftinin Avropaya çıxışına istifadə ola biləcək ən yaxşı tranzit məkanı Azərbaycan olduğundan ABŞ bölgədə müharibənin baş verməsini istəmir. ümumiyyətlə, Amerika Azərbaycanın sülhpərvər mövqeyini alqışlayaraq ölkəmizin dünyada sabitliyin və təhlükəsizliyin təmin olunmasında fəallığını həmişə bəyanatlarında xüsusi qiymətləndirir. ABŞ Azərbaycanın Avropa İttifaqına və dünya iqtisadiyatına inteqrasiyasında xüsusi dəstəyi ilə seçilir və bu sahədə ölkəmizə texniki yardım proqramlarını davam etdirməkdədir. ölkəmizin Dünya Ticarət Təşkilatına üzv olması istiqamətində aparılan təşəbbüslərdə də bu ölkənin aktivliyini hiss etmək mümkündür. Göstərilən bütün bu cəhdlər isə yalnız bir məqsədə - dünyanın əsas güc mərkəzlərindən biri olan ABŞ-la regionun əsas güc mərkəzi olan Azərbaycan arasında əlaqələrin daha yüksək səviyyədə və hər iki tərəfin maraqları çərçivəsində inkişafını təmin etməyə xidmət edir.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

