Demokratiya qrant almaq üçün asayişi pozmaq cəhdidir?
17.12.2021 [10:17]
Nurlan QƏLƏNDƏRLİ
Siyasətçilərin dilindən düşməyən, siyasi bəyanatların mətnində isə daim bu və ya digər formada yer alan ən populyar sözlərdən biri “demokratiya”dır desək, yanılmarıq. Hətta özünü “siyasətçi” adlandırıb bəzi dəyərləri istismar, şəxsi maraqlarını isə təmin etməklə - qrant yeməklə, qonorar həzm etməklə məşğul olanlar da “demokratiya şeiri”ni əzbərləyiblər. Onlar bu “şeir”in dillər əzbərinə çevrilmiş ən populist misralarını, beytlərini, bəndlərini yaddaşlarına həkk edərək meydanlarda xorla ifadə edirlər. Ölkəmizdə siyasəti - siyasi fəaliyyəti virtual və real meydanlarda hay-küy salmaq kimi dərk edənlərin özlərini “demokratik düşərgə təmsilçiləri” adlandırmalarına da rast gəlirik. Qəribə, gülünc və paradoksaldır. Məgər qanunlara tabe olmayanda - ictimai asayişi pozanda, “söz azadlığı var” deyib antikonstitusion bəyanat səsləndirəndə, zərərli çağırışlar edəndə, təhqiramiz söz söyləyəndə “demokratik” olurlar? Və ya müxalifət necə demokratik ola bilər? O, iqtidar deyil, yaxud ölkəni idarə etmir axı. Zaman-zaman seçkilərə qatılan, amma sosial dəstəyi olmadığına görə heç bir uğur qazanmayan ən yaxşı halda “məğlub düşərgə”adlandırıla bilər.
Məqsəd nədir?
Son günlər Azərbaycanda bəzi pərakəndə və marginal “virtual siyasət qəhrəmanları” yenidən xorlaşaraq “demokratiya mahnısı” səsləndirməyə başlayıblar. Məsələn, “Saleh Rüstəmliyə azadlıq” şüarı ilə icazəsiz aksiya təşkil etməyə çalışan “küçə demokratları”nın məqsədi haqq-hüquq falan müdafiə etmək deyil. Onları belə siyasi şoulara vadar edən məhz havada pul qoxusunun olmasıdır. Üstəlik, küçədə “siyasi teatr tamaşası”na məhz Azərbaycan cəmiyyəti üçün önəmli məqamlarda çıxırlar. Məsələn, sifarişlə hərəkət etdiyi şübhə doğurmayan bir qrup “qanunpərəst vətənpərvər” Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya düşməsi nəticəsində həlak olanların dəfn mərasimi günündə qanunsuz aksiya keçirdi. Bir müddət sonra - Brüsseldə postmüharibə dövrünün reallıqları və regional proseslərlə əlaqədar, həmçinin ölkəmizdə “Media haqqında” Qanunun qəbulu ilə bağlı faydalı müzakirələrin aparıldığı ərəfədə Fəvvarələr meydanında qanunsuz aksiyanın təşkilinə cəhd göstərilməsi də bu baxımdan xüsusi qeyd edilməlidir. Məqsəd həm ictimai rəyi yanıltmaq - süni gündəm formalaşdırmaq, həm də “demokratiya ixracı” ilə məşğul olanların sifarişlərini yerinə yetirərək qrant yeməkdir. Deməli, sifariş verənlərin və icraçıların nəzərində “demokratiya” qrant almaq üçün asayişi pozmaq cəhdidir.
Siyasi korrupsionerlər və qrantyeyənlər iş başında...
Şübhəsiz ki, bu hadisə və tendensiyalar müxtəlif ölkələrdə müşahidə edilir. O ölkələrdə ki, onlar öz siyasətlərini “demokratiya sammiti”nin təşkilatçılarına tabe olaraq - itaət edərək həyata keçirmirlər, başqa sözlə, müstəqil strateji kursa malikdirlər. Ona görə də bu dövlətlər okeanın o və bu tayından ayrılmış yarım milyon dollar və avro müqabilində asayişin pozulması cəhdlərinin hədəfinə çevrilir. Yeri gəlmişkən, hazırda bəzi Qərb dövlətlərinin yetkililəri, “insan hüquqlarının müdafiəçisi” profili daşıyan təşkilatlar elə siyasi (hüquqi deyil) bəyanatlarla çıxış edirlər ki, sanki, təmsil etdikləri ölkələr və ya təşkilatlar siyasi-ideoloji müstəvidə “beynəlxalq xeyriyyə qurumu”dur və bütün strateji maraqlarını bir kənara atıb, milli dövlətləri “demokratikləşdirmək”lə məşğuldur. Görünür, “demokratikləşdirmə” dedikdə geosiyasi baxımdan tabe və istismar etmək nəzərdə tutulur. Bu meyara əsaslanan təsnifat - bölgü isə sadədir: hansı ölkə həmin dövlətlərə tabe olmursa, “antidemokratik” damğası yeyir. Hansı dövlət tamamilə hegemon güc mərkəzlərinin istismarındadırsa, “yarımdemokratik”dir. “Demokratik” olan isə özləridir(!). Budur onların subyektiv və selektiv “demokratiya” anlayışı, yaxud geosiyasi demokratiyası...
Beləliklə, “demokratiya” naminə sammitlər təşkil olunması, pullar ayrılması, bu səpkidə siyasi lirika və poetika nümunələri ortaya qoyulması təsadüfi xarakter daşımır. Xarici siyasi korrupsionerlər və onların ayrı-ayrı ölkələrdə əlaltısına çevrilmiş qrantyeyənlər iş başındadırlar.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

