Ermənistanda siyasi qarşıdurma nə ilə nəticələnəcək?
30.12.2021 [10:23]
Erməni baş nazirin “Qarabağ Azərbaycandır” fikrini təsdiqləməsi revanşistləri hərəkətə gətirib
Pərviz Sadayoğlu
Ermənistanda daxili vəziyyət yenidən gərginləşib. Azərbaycan dövlətinin qazandığı hərbi qələbəni sonuncu Soçi və Brüssel görüşlərində siyasi müstəvidə daha da möhkəmləndirdiyini görən Ermənistan cəmiyyəti Paşinyanın əleyhinə fikirlər səsləndirməkdədir. Bununla yanaşı, erməni baş nazirin son mətbuat konfransında çıxışı zamanı Qarabağın Azərbaycan torpağı olmasını təsdiqləməsi revanşizm arzusunda olanları da hərəkətə gətirib. Məsələn, müxalif mövqeli “5165” Hərəkatı baş nazir Nikol Paşinyanın və komandasının xalqın maraqlarını təmsil etmədiyini, onların hakimiyyətinin Ermənistan dövlətçiliyinin dağılmasına gətirib çıxardığını düşünür. Bununla bağlı bəyanat yayan hərəkat Paşinyanın Qarabağın Azərbaycan ərazisi olduğunu və illərdir ki, aparılan danışıqlar prosesində bunun təsdiqləndiyini qeyd etməsini “xəyanət” kimi dəyərləndirib. Onların fikrincə, bu addım “Qarabağ hərəkatının mənasını heçə endirir”, “Qarabağın silahsızlaşdırılmasının əsasını qoyur”. Hərəkat Paşinyanın açıqlamalarının və davranışlarının erməni xalqını Qarabağ itkisinə hazırladığını iddia edir.
Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət kursu Qarabağla bağlı həqiqətlərin Ermənistana diktə olunması ilə yanaşı, yaranan iqtisadi reallıqların da qəbul edilməsini şərtləndirir. Belə ki, Zəngəzur dəhlizi ilə bağlı yaranan müsbət situasiya da Ermənistanda böyük “faciə” kimi qarşılanmaqdadır. Hətta Ermənistan Azadlıq Hərəkatının üzvü Nairi Ohikyan bir az daha irəli gedərək Azərbaycanla demarkasiya və delimitasiya haqqında sənədin imzalanmasına icazə verilməməli, rəsmi Bakının dəhliz istəyinin təmin edilməməli olduğunu iddia edib. Onun fikrincə, bu addım Ermənistanın suverenliyini itirməsi ilə nəticələnəcək.
“Şərəfim Var” fraksiyasının rəhbəri Artur Vanetsyan isə bildirib ki, Paşinyan Azərbaycanın maraqları ilə birləşib. Onun sözlərinə görə, Paşinyan və komandası Ermənistan dövlətçiliyinin əsaslarını sarsıdıblar: “Hər gün, hər saat bizim gələcəyimizi, övladlarımızın gələcəyini məhv etməkdə davam edirlər. Bu gün onların bəyanatlarına və hərəkətlərinə görə “Artsax”ın hüququ sual altındadır. Əminəm ki, zaman keçdikcə Ermənistanın mövcud olmaq hüququ da məhv ediləcək”.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Ermənistan hakimiyyəti, baş nazir Paşinyan son dövrlərdə əsl həqiqətləri dilə gətirir. Bu isə Ermənistanda illərdir ki, məqsədli şəkildə yaradılmış mifləri dağıdır. Millət vəkilinin fikrincə, Ermənistan hakimiyyəti regionda yaranan reallıqları görür. Soçi və Brüssel görüşlərinin nəticələri də bunu təsdiqləyir: “Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı təmasların artırılması, o cümlədən Zəngəzur dəhlizinin açılması ilə bağlı danışıqlar bir daha onu göstərir ki, Azərbaycanın haqlı mövqeyi beynəlxalq miqyasda dəstəklənir. Belə olan halda, Ermənistanın yeganə çıxış yolu üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdir. Paşinyanın verdiyi açıqlamalar da əsl reallığı əks etdirməkdədir. Erməni baş nazir dolayısı ilə ölkəsinin başqa yolunun olmadığını izah etməyə çalışır. Yenidən revanşizm arzusunda olanlar isə, əslində, Ermənistanın bir dövlət kimi məhvini arzulayanlardır. Görünür, onlar 44 günlük müharibədən və müharibədən sonrakı proseslərdən düzgün nəticə çıxara bilməyiblər”.
Millət vəkilinin fikrincə, Azərbaycan hər zaman beynəlxalq hüququn normalarından və ədalət prinsipindən çıxış edir. Digər tərəfdən, Azərbaycan dövləti yaranan yeni əməkdaşlıq platformalarında Ermənistanın iştirakının da təmin olunmasına müsbət yanaşır. Belə olan halda, Ermənistan ictimaiyyətinin narazılığı anlaşılan deyil. “Artıq münaqişə tarixə qovuşub. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Ermənistan cəmiyyəti dərk etməlidir ki, qaraguruhun əsassız iddiaları, revanşizm xəstəliyi onları daha böyük bəlalara düçar edə bilər. Azərbaycanın bu ölkə üçün yaratdığı fürsəti əldən verməməlidirlər. Onsuz da Ermənistan dövləti sərhədlərin müəyyənləşdirilməsi və kommunikasiyaların açılması prosesini həyata keçirəcək. Bunun daha tez bir zamanda reallaşması isə onların xeyrinədir”, - deyə A.Badamov əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51

