Türk Dövlətləri Təşkilatı fövqəladə toplantı keçirəcək
08.01.2022 [00:27]
Qazaxıstandakı vəziyyət təşkilatın diqqət mərkəzindədir
Nardar BAYRAMLI
Qazaxıstanda baş verən proseslər Türk Dünyasının birliyi üçün arzuolunan hal deyil. Türk dövlətləri bu ölkədə yaşanan gərginliyi narahatlıqla izləyirlər. Türk Dövlətləri Təşkilatı (TDT) da Qazaxıstanda baş vermiş hadisələrlə bağlı bəyanat yayıb. Bəyanatda Qazaxıstanda sülh və sabitliyə verilən önəm vurğulanır, təşkilatın aparıcı ölkələrindən biri olan rəsmi Nur-Sultanla həmrəylik ifadə edilib. “Biz qardaş qazax xalqının sağlam düşüncəsinə və normal həyata qayıtmaq istəyinə inanırıq. Qazaxıstan rəsmilərinin gərginliyi dinc şəkildə azaltmaq, nizam və sabitliyi bərpa etmək iqtidarında olduğuna əminik. Qazaxıstan hökumətinə və xalqına ehtiyac duyduqları dəstəyi verməyə hazırıq”, - deyə bəyanatda qeyd edilib. Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub. Prezident Rəcəb Tayyib Ərdoğan Qazaxıstanda yeni hökumətin tez bir zamanda qurulmasını və gərginliyin qısa zamanda bitməsini arzuladığını bildirib. Prezident Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının sədri kimi quruma üzv olan ölkələrin liderləri ilə də Qazaxıstandakı vəziyyət ətrafında müzakirələr aparıb. “Anadolu” Agentliyi isə Qazaxıstandakı vəziyyətlə əlaqədar yanvarın 11-də Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirlərinin Fövqəladə Toplantısının keçiriləcəyi barədə məlumat yayıb.
Ümumiyyətlə, türk dövlətləri Qazaxıstanda vəziyyətin sabitləşməsi üçün hansı töhfələr verə bilər? TDT-nin təşəbbüslərinin real nəticəsi ola bilərmi? Mövzu ilə bağlı qəzetimizə açıqlama verən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın TDT-nin sədri kimi təşkilata üzv ölkələrin başçıları ilə telefonla danışması Qazaxıstan ssenarisinin bütün coğrafiyada təkrarlanmaması və ən azından, Türkiyənin bu respublikaların yanında olduğu mesajının verilməsi baxımından önəmlidir. Onun sözlərinə görə, Qazaxıstanda baş verənlər rəsmi Nur-Sultanın, eləcə də Mərkəzi Asiyada digər ölkələrin Türk Dövlətləri Təşkilatında inteqrasiyasını çətinləşdirə bilər: “Rəsmi Ankara bu mənfi perspektivi önləmək, prosesdən daha az ziyanla çıxmaq istəyir. İstisna deyil ki, Qazaxıstanda hadisələrin səngiməsindən sonra Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə də bu məsələləri müzakirə etsin. Türkiyə Prezidenti bununla türk dövlətlərinə tək olmadıqları mesajını verməyə çalışacaq. Post-Nazarbayev dövrü çətin olsa da, Qazaxıstanın uzaqlaşması perspektivinə qarşı addımlar atılmalıdır”.
Həmsöhbətimiz Türk Dövlətləri Təşkilatı xarici işlər nazirlərinin Qazaxıstana görə təcili toplanmasının əhəmiyyətini də vurğulayıb: “Türk Dövlətləti Təşkilatı gecikmədən öz mövqeyini qəti şəkildə bildirməlidir. Yəni göstərilməlidir ki, türk birliyi mövcuddur və Qazaxıstan yalnız deyil. Risklər fonunda Türk Dövlətləri Təşkilatının təkcə hadisələrlə bağlı yox, həm də üzv ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı məsələsinə münasibət bildirməsi daha yaxşı olardı. Çünki müəyyən xarici qüvvələrin həm Qazaxıstan, həm də postsovet məkanındakı digər türkdilli ölkələrin suverenliyinə müdaxilə etmək istəyi aydın görünür. Bütün hallarda, Qazaxıstandakı proseslər Türk birliyinin güclənməsinə müəyyən qədər təsir göstərsə də, bunun qısa müddətdə aradan qaldırılması üçün addımlar atılmalıdır. Bütün dünya görməlidir ki, türk dövlətlərinin birliyi qaçılmaz prosesdir”.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

