Qarabağdakı Rusiya sülhməramlılarının komandanı niyə dəyişdirildi?
12.01.2022 [10:05]
Rusiyanın Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinə yeni komandan təyin olunub. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu vəzifəni general-mayor Andrey Volkov icra edəcək.
Komandanın dəyişdirilməsi planlaşdırılmış rotasiya çərçivəsində həyata keçirilir, işlərin qəbulu və təhvil verilməsi proseduruna başlanılıb. General-mayor A.Volkov Qarabağdakı sülhməramlılara general-leytenant Rüstəm Muradovun rəhbərlik etdiyi vaxtlarda - 2020-ci ilin noyabrından 2021-ci ilin may ayına kimi kontingentin komandir müavini olub. Hazırda Volkov Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin qoşun hissəsinin rəisidir.
Xatırladaq ki, 2021-ci ilin sentyabrından bəri Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı vəzifəsini general-leytenant Gennadi Anaşkin tuturdu. Bəs sülhməqamlı qüvvələrin komandanının dəyişməsinin mövcud vəziyyətə hansısa təsiri ola bilərmi? Məsələ ilə bağlı politoloq Yalçın Hacızadə qəzetimizə açıqlamasında bildirib ki, Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının imzaladığı ?çtərəfli Bəyanata əsasən Rusiya sülhməramlı qüvvələri müvəqqəti olaraq torpaqlarımızda yerləşdirildi. Həmin bəyanatın imzalanmasından 15 aya yaxın vaxt keçsə də, sülhməramlıların bir neçə komandanı dəyişilib. Verilən məlumata görə bunlar rotasiya qaydasında həyata keçirilsə də hesab edirəm ki, bur?da başqa faktorlar da var. Politoloqun sözlərinə görə, üçtərəfli Bəyanata əsasən Rusiya sülhməramlıları müvəqqəti yerləşdiyi ərazidə sülhü təmin etməli, ərazidə yerləşmiş erməni silahlı qüvvələrini çıxartmalı, Laçın koridorunda nəzarət buraxılış fəaliyyətini təmin etməlidirlər: “Amma təəssüflər olsun ki, biz bunların şahidi olmadıq. Keçən bu müddət ərzində dəfələrlə erməni silahlı qüvvələri tərəfindən atəşkəs pozulub, Azərbaycan ərazilərinə silahlı basqın edilib, hərbi qüvvələrimiz şəhid edilib, hüquqi torpaqlarımıza Azərbaycanın razılığı olmadan erməni və digər ölkələrin rəsmi şəxsləri buraxılıb. Hətta bir neçə gün bundan əvvəl Rusiya rəsmisi qanunsuz olaraq sülhməramlıların müvəqqəti yerləşdiyi ərazimizə səfər etdiyini gördük. Azərbaycan Prezidenti İlham Əliyev də rəsmi şəkildə bununla bağlı Rusiyaya etirazını bildirmişdir. Sülhməramlıların rəhbərinin son dəyişikliyini mən daha çox bununla əlaqələndirirəm”.
Həmsöhbətimiz hesab edir ki, təyin olunan yeni komandan Rusiya ilə əldə olunmuş razılığa uyğun fəaliyyət göstərməli, müvəqqəti yerləşdikləri ərazidən Azərbaycan Silahlı Qüvvələrinin atəşə tutulmasının, həmin ərazilərə qanunsuz səfərlərin qarşısını almalı, erməni silahlı qüvvələri ərazidən çıxarılmalıdır: “Bununla bağlı heç bir bəhanə qəbul edilə bilməz. Çünki sülhməramlılar öz ölkələrinin prezidenti səviyyəsində qəbul edilmiş razılaşmanın şərtlərini yerinə yetirməyə məcburdurlar və Azərbaycan dövləti onların razılaşmadan kənar fəaliyyətlərini qəbul etməyəcəklərini bilməlidirlər”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

