Xüsusi nümayəndələrin Moskva görüşü baş tutdu
15.01.2022 [00:10]
Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdırmı?
Nardar BAYRAMLI
Xəbər verildiyi kimi, yanvarın 14-də Türkiyə və Ermənistanın münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan arasında Rusiyanın paytaxtı Moskvada ilk görüş keçirilib. Görüş bir saat yarım davam edib. Türkiyənin Xarici İşlər Nazirliyi rəsmi məlumat yayaraq bəyan edib ki, xüsusi nümayəndələrin müsbət və konstruktiv atmosferdə gerçəkləşən ilk görüşündə Türkiyə və Ermənistan arasında dialoq yolu ilə davam etdiriləcək normallaşma prosesinə yönəlik fikir mübadiləsi aparılıb. “Tərəflər müzakirələri ilkin şərtlər olmadan davam etdirməyə razılaşıblar. İkinci görüşün yeri və tarixi diplomatik kanallar vasitəsilə müəyyənləşdiriləcək”,-deyə məlumatda qeyd olunur. Ermənistanın Xarici İşlər Nazirliyi də xüsusi nümayəndələrin Moskva görüşü ilə bağlı oxşar məlumat yayıb.
İlk görüşün konstruktiv məcrada keçməsi perspektiv üçün nə vəd edir? Ermənistan regionda sülh və təhlükəsizliyin təmin olunması təşəbbüslərinə adekvat siyasət yürüdəcəkmi? Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Azərbaycanın 44 günlük müharibədə zəfər qazanması regionda yeni reallıqlar yaratdı. Onun sözlərinə görə, Ermənistan da müəyyən dərəcədə bu reallıqları dərk edir, həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərini yaxşılaşdırmaq istəyini ortaya qoyur: “Türkiyə-Ermənistan münasibətlərinin soyuq və gərgin olmasının bir sıra səbəbləri var. Ən əsası Ermənistanın Osmanlı İmperiyasında “erməni soyrqırımı” ilə bağlı iddiaları idi ki, əslində belə bir şey olmayıb, ermənilər, sadəcə olaraq bunu iddia edərək Türkiyədən təzminat istəyirlər. Həmçinin Ermənistan tərəfi Qars müqaviləsini tanımır və 44 günlük zəfər müharibəsinə qədər də Azərbaycan torpaqlarını işğal altında saxlayırdı. Bu səbəbdən Türkiyə Ermənistanla sərhədlərini bağlamışdı, konkret şərtləri var idi, bunlar yerinə yetirilməyənə qədər onlarla hər hansısa münasibətlərin qurulmayacağını söyləyirdi. Bu gün yeni reallıqlar fonunda qeyri-şərtsiz hər iki tərəf nümayəndələr təyin edib və keçirilən görüş kontekstində də münasibətləri yaxşılaşdırmaq üçün ümidlər böyükdür. Xüsusilə də, İstanbul və İrəvan arasında fevralın 2-də ilkin aviauçuşun reallaşdırılması fikrimcə, bunun üçün əla fürsətdir. Ermənistanın artıq Türkiyəyə qarşı hansısa iddialarla çıxış etməsi və tələb etməsi real görünmür. Çünki bu ölkə elə bir vəziyyətdə də deyil”.
Millət vəkili qeyd edib ki, artıq Ermənistan Türkiyə ilə münasibətlərini yaxşılaşdırmaq, sərhədləri açmaq, ticarət əlaqələrini reallaşdırmaq istəyir: “Bu baxımdan da, hansısa bir şərt ortaya qoyulmayacaq. Ancaq erməni tərəfi onu da bilir ki, Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün hansı addımları atmalıdır. Bu, ilk növbədə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, Ermənistanın həm Türkiyə, həm də Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır. Hesab edirəm ki, Ermənistan buna məcbur olacaq. Həmçinin bilirik ki, Ermənistan region üçün önəmli olan Zəngəzur dəhlizinin açılması prosesini müəyyən dərəcədə ləngidir. Türkiyə bu dəhlizin açılmasının qısa müddətdə baş tutmasının tərəfdarıdır və Ermənistana dəfələrlə çağırışlar edib. Qardaş ölkədə çoxlu sayda Ermənistan vətəndaşları qeyri-leqal formada yaşayıb işləyirlər. Yəni minlərlə erməni ailəsi Türkiyənin hesabına dolanırlar. Göründüyü kimi, Ermənistanın sosial-iqtisadi inkişafı üçün Türkiyəyə böyük ehtiyacı var. Əgər erməni tərəfi regionun gələcək inkişafı naminə Türkiyə və Azərbaycanın təşəbbüslərinə qoşularsa, qonşu ölkə kimi üzərinə düşən öhdəlikləri yerinə yetirərsə sərhədlərin açılması gerçəkləşək. Bütün bunlara xüsusi nümayəndələrin növbəti görüşlərində aydınlıq gələcək”.
Xəbər lenti
Hamısına baxSosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33

