Nüvə müharibəsi olarsa...
02.03.2022 [10:33]
Bu kütləvi qırğın silahından istifadə böyük fəlakətlərə yol aça bilər
Rusiya ilə Ukrayna arasında baş verən hərbi toqquşmalar bəşəriyyət üçün ən böyük təhdidlərdən birini - nüvə silahından istifadə təhlükəsini aktuallaşdırdı. Bir müddət öncə, Rusiya prezidenti V.Putinin ölkəsinin “nüvə dövləti” olmasını xatırlatması ilə başlanan “nüvə ritorikası” ABŞ üçün gözlənilməz deyilmiş. Sanki bu təhdidi gözləyirmiş kimi ABŞ dövlət başçısı C.Bayden də “buna hazırıq” cavabını səsləndirdi. Nəticə isə, acınacaqlı və fəlakətli ola bilər.
Pərviz Sadayoğlu
Sonuncu dəfə ötən əsrin birinci yarısında gündoğar Yaponiyada istifadə olunan və kütləvi qırğın silahı statusu almış nüvə silahının müasir dövrümüzdə istifadəsi nə qədər realdır? Ümumiyyətlə, nüvə silahından istifadənin mexanizmi necədir? Hər bir ölkə ən xırda insidentdə belə “nüvə təhdidi” səsləndirə və ya ondan istifadəyə əl ata bilərmi?
Bununla bağlı fikirlərini qəzetimizə bölüşən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Rusiya və ABŞ dünyanın iki aparıcı nüvə dövləti sayılır. Hazırda Rusiyanın 7500, ABŞ-ın isə 3 mindən çox nüvə başlıqlı raketi mövcuddur. Bu qədər nüvə başlıqlı raket isə dünyanın sonu deməkdir. Ü.Cəfərov bildirib ki, Avropa ölkələrinin də bəziləri nüvə silahına sahibdirlər. Amma onların sayı elə də çox deyil. Bir sözlə, Qərb dünyasının ümumilikdə “nüvə ehtiyatı” Rusiyadan azdır: “Bu raketlərin hər hansı bir əraziyə atılması isə böyükmiqyaslı dağıntılara, xeyli insan tələfatına səbəb ola bilər. İndiki halda Rusiyanın heç bir zərurət olmadan nüvə silahından istifadə ilə bağlı bəyanatı bütün dünyanı narahat edir. Nəzərə alınmalıdır ki, hərbi əməliyyatlar Ukrayna ərazisində aparılır, Rusiya əraziləri üçün hər hansı bir təhdid və ya təhlükə mövcud deyil. Fikrimcə, hətta Rusiya prezidenti belə bir qərar verəcəksə, hərbçilər onu yerinə yetirməyəcəklər”.
Hərbi ekspertin sözlərinə görə, nüvə silahının işə salınması bir neçə mərhələdən ibarətdir. Bunun üçün prezident və ya ali baş komandan müdafiə nazirinə göstəriş verməli, müdafiə naziri isə həmin göstərişi Komanda İdarəetmə Məntəqəsinə (KİM) çatdırmalıdır. “KİM isə həmin əmri və hədəfləri dəqiqləşdirir. Daha sonra raketlər hazır vəziyyətə gətirilir. Nüvə silahı əmr verilən anda atıla bilməz, bunun üçün zaman lazımdır. Ən azından dəqiqləşdirmək və hədəfi müəyyənləşdirmək üçün zaman gərəkir” - deyən Ü.Cəfərov onu da əlavə edib ki, nüvə raketləri müxtəlif mənzilli məsafələrə bölünür. Məsələn, əgər Rusiya ABŞ-ı “atomla” vurmaq istəsə bunun üçün Sakit və ya Şimal Buzlu Okeanın müvafiq akvatoriyalarında saxladığı sualtı qayıqlardakı nüvə silahından istifadə etməlidir. ABŞ-ın da Moskvaya müvafiq məsafədə nüvə raketlərinin olması istisna edilmir. Ü.Cəfərovun sözlərinə görə, böyük dövlətlərin dənizlərdə, okeanlarda saxladığı sualtı qayıqlar məhz bu məqsədlərə xidmət edir: “Rusiyanın bu addımı ata biləcəyini istisna edirəm. Nüvə başlıqlı raketlərin işlədilməsi Ukraynadan əlavə Krıma, Belarusa, elə Rusiyanın özünə böyük ziyan gətirəcək”.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

