Regionun açarı kimin əlindədir?
12.03.2022 [00:01]
Bakı ilə Ankara bölgədə yeni nizam yaradır
Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazanmaqla bütöv bir regionu - Cənubi Qafqazı sülh, sabitlik və əməkdaşlıq məkanına çevirmək istiqamətində dayanıqlı zəmin - əlverişli şərait formalaşdırdı. Artıq regionda postmüharibə mərhələsidir və yeni geostrateji reallıqların müəllifi Bakıdır. Azərbaycan sülh müqaviləsinin imzalanması, kommunikasiyaların bərpası, Türkiyə ilə ortaq təşəbbüs əsasında “3+3” formatında yeni əməkdaşlıq platformasının yaradılması kimi istiqamətlərdə fəallıq nümayiş etdirməklə regionda yeni düzən - nizam formalaşdırır. Üstəlik, bu geosiyasi fəaliyyət təkcə Cənubi Qafqaz ölkələri deyil, bir çox dövlətlər, o cümlədən güc mərkəzləri üçün strateji maraqları təmin etmək baxımından cəlbedici və faydalıdır.
Nurlan QƏLƏNDƏRLİ
Məsələ ondadır ki, Azərbaycan müharibənin bitməsi - yeni mərhələnin başlanması reallığını qəbul etdirib, yeni strateji yanaşmaların ortaya qoyulmasını zərurətə çevirib. Yeni əməkdaşlıq mühiti həm region dövlətləri, həm də bölgədənkənar qüvvələr üçün strateji şans - tarixi fürsətdir. Əsas məsələ postkonflikt dövründə regionun geostrateji dizaynında fəal iştirak etmək və ya prosesə dəstək verməkdir. Elə bu gün istər Qərb dövlətləri, istər Rusiya və digər bir sıra güc mərkəzləri, istərsə də Avropa İttifaqı kimi qurumlar tərəfindən sərgilənən mövqe deməyə əsas verir ki, yeni reallıqlar fonunda bölgəyə maraq və diqqət artır. Bu gün Cənubi Qafqazın beynəlxalq ictimaiyyətin geosiyasi diqqət mərkəzində olması, güc mərkəzlərinin bölgədə cərəyan edən proseslərdə fəal iştirak istəyi bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturasının formalaşmasında yer almaq niyyəti ilə əlaqədardır. Hər halda, mövcud reallıqlar fonunda və yeni geostrateji şəraitdə belə bir seçim geosiyasi mərkəzlər üçün siyasi prestij və əlavə iqtisadi imkanlar gətirər. Xüsusilə də nəzərə almaq gərəkdir ki, bir-biri ilə rəqabət və mübarizə şəraitində olan qüvvələr yeni mərhələdə yaranmış situasiyadan geoiqtisadi imkanlarını genişləndirmək üçün istifadə etmək niyyətindədirlər.
Paralel olaraq Bakı ilə Ankaranın birgə təşəbbüsləri - fəallığı bölgədə gərginliyin öz yerini anlaşma və uzlaşmaya verməsinə zəmin formalaşdırıb. Sirr deyil ki, regionda qlobal əhəmiyyətli yeni geostrateji konfiqurasiyanın formalaşmasında Azərbaycan-Türkiyə müttəfiqliyi aparıcı amil kimi çıxış edir. Vacib məqamlardan biri budur ki, iki dost, qardaş və strateji tərəfdaş ölkənin geosiyasi iradəsi nəticəsində kommunikasiya xətlərinin bərpası, yeni nəqliyyat dəhlizinin yaradılması mühüm siyasi və iqtisadi dividendlər, yaxşı perspektivlər vəd edir. Zəngəzur dəhlizinin yaradılması isə Avrasiyada yeni çoxvektorlu işbirliyinin əsasının qoyulmasıdır. Asiyadan Avropaya doğru uzanan geniş coğrafiyada bir çox dövlət bu geostrateji proyektin reallaşmasında maraqlıdır.
Azərbaycan ilə Türkiyə, eyni zamanda, regional təhlükəsizlik mühitini yenidən dizayn edirlər. İki ölkə arasında Şuşa Bəyannaməsinin imzalanmasını da bu səpkidə xüsusi vurğulamaq gərəkdir. Şübhəsiz ki, Bəyannamə regionun yeni geostrateji reallıqlarını təsdiqləyən sənəd, eləcə də qardaş ölkələrin strateji tərəfdaşlığının zirvəsidir. Şuşa Bəyannaməsi müstəsna tarixi, mənəvi, siyasi önəmi ilə yanaşı, mühüm hərbi-strateji əhəmiyyət daşıyır. Sənəddə müharibədən sonrakı mərhələdə Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi-nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılmasının zəruriliyi əksini tapıb. Önəmli detallardan biri Şuşa Bəyannaməsinin imzalanması ilə hər iki ölkənin yeni hərbi-siyasi təhlükəsizlik çətiri formalaşdırması - yeni milli və regional təhlükəsizlik mexanizmi yaratmasıdır.
Beləliklə, regionun açarı Bakı ilə Ankaranın əlindədir. Bu iki güc mərkəzinin ortaq yanaşması - birgə təşəbbüsləri geosiyasi fəallığın artmasını, bölgənin işbirliyi və inteqrasiya məkanına çevrilməsini şərtləndirir. Bir sözlə, Azərbaycan ilə Türkiyə yeni regional nizam yaradır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39

