Kim kimdir?
29.03.2022 [10:37]
Yaxud müharibənin bitməsi kimlərə sərf etmir?
Nardar BAYRAMLI
Artıq bir aydan çoxdur ki, Rusiya-Ukrayna müharibəsi davam edir. Bəzi xarici ekspertlər müharibənin qısa müddətdə başa çatacağını proqnozlaşdırsalar da, mövcud vəziyyət əksini göstərir. Müharibənin dayandırılması üçün edilən cəhdlər də hələ ki, heç bir nəticə verməyib. Bəs müharibənin davam etməsi kimlərin marağındadır?
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, bu müharibə bir sıra məsələləri aydınlaşdırır. Onun sözlərinə görə, hazırki durum günü-gündən “Qərbə güvənmək olar?” sualının aktuallığını daha da artırır: “Ukrayna Qərbə inteqrasiyaya üstünlük verən dövlətdir. Bu ölkədə son 8 ildə baş verənlər də bu istəklə bağlıdır. Həmin müddət ərzində Rusiya Krımı ilhaq etdi, eləcə də Donbas və Luqansk separatçılarının elan etdiyi müstəqilliyi tanıyıb. Fevralın 24-dən isə Rusiya Ukraynanın müəyyən hissəsini ələ keçirib. Ukrayna dövlətinin indiyədək atdığı addımlar qarşılığında Qərb bloku Rusiyanın hərbi əməliyyatlarına adekvat cavab verə bilibmi? Başqa sözlə, Qərb bütövlükdə Rusiyaya qarşı sanksiyalar tətbiq edib, Kremli tənqid edən bəyanatlar verməklə kifayətlənir. Müharibə isə daha da şiddətlənir və döyüşlərin dayanması üçün nikbinlik yoxdur. NATO-ya üzv dövlətlər Ukraynaya həm humanitar, həm də silah yardımı göstərir: “Alyansa daxil olan bir sıra ölkələr Ukraynaya hərbi dəstəyini artırır, bu ölkəyə müasir silahlar verir. Buraya hava hücumundan müdafiə sistemləri, tank əleyhinə silahlar da daxildir. O cümlədən, Ukrayna ilə sərhəd ərazilərdə NATO-nun hərbi qüvvələrinin sayı artırılır. Doğrudur, NATO açıq şəkildə müharibəyə qoşulmayıb, amma üzv dövlətlər Ukrayna ilə ikitərəfli əməkdaşlıq çərçivəsində hərbi dəstək göstərirlər. Bu günlərdə yenə də ABŞ Ukraynaya daha 100 milyon dollar dəyərində hərbi yardım göstərmək haqqında qərar verdi. NATO təşkilat olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini, işğalı pislədiyini birmənalı şəkildə bəyan edib. Alyansa üzv olan bir sıra ölkələrdə hərbi qüvvələr yerləşdirilib. ABŞ Rumıniyaya bölmələr yerləşdirib, Almaniya Litvaya əlavə qüvvələr göndərib, Böyük Britaniya isə Estoniyadakı hərbi mövcudluğunu xeyli artırıb. Amma Ukrayna hakimiyyəti göstərilən hərbi yadımın kifayət etmədiyini bildirir. Prezident Zelenski NATO-nu Ukrayna hava məkanını bağlamağa, hərbi təyyarələr və digər dəstək verməyə çağırır. Amma bu dəstək göstərilmir. Görünən odur ki, kimlərəsə bu müharibənin bitməsi sərf etmir. Burada ABŞ öndə gedir. Amerika Rusiyanı dünyada özünə başlıca rəqiblərdən biri kimi görür və Ukrayna problemindən istifadə edərək Rusiyanı çökdürməyə çalışır. Artıq sanksiyalar Rusiya iqtisadiyyatına ciddi təsir etməkdədir. Müharibənin uzanması Rusiyanın hərbi cəhətdən də itkilərini artırır. Müharibənin dayanmaması ilə bağlı ABŞ-ın mövqeyinə Avropadakı tərəfdaşları da dəstək verir. Amma Böyük Britaniya bu prosesdə fərqli görünür”.
A.Nərimanlı qeyd edib ki, bu müharibənin bitməsi üçün ən çox səy göstərən ölkələr Azərbaycan və Türkiyədir: “Müharibənin ilk günlərindən iki qardaş ölkə tərəflər arasında razılığın əldə olunması üçün böyük səylər göstərir. Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə bir neçə dəfə telefonla danışıb, o cümlədən diplomatlarımız çərçivəsində də fəal təmaslar olub. Biz müharibədən əziyyət çəkmiş ölkəyik, ona görə də onun ağrılı nəticələrini yaxşı bilirik. Bu səbəbdən də, müharibənin tezliklə bitməsini arzulayırıq. Eyni zamanda, qardaş Türkiyə dövləti də çox böyük işlər aparır. Həm Prezident Rəcəb Tayyib Ərdoğan, həm də Mövlud Çavuşoğlu ukraynalı və rusiyalı həmkarları ilə fəal təmasdadırlar. Antalya Diplomatiya Forumu çərçivəsində Ukrayna və Rusiya xarici işlər nazirlərinin görüşünün təşkil edilməsi Türkiyənin uğuru idi. Türkiyə və Rusiya prezidentlərinin əldə etdiyi razılaşmaya görə, Ukrayna və Rusiya nümayəndə heyətlərinin növbəti görüşü İstanbulda keçirilir. Bütün bunlar həqiqətən sülhün əldə olunması üçün real addımlardır”.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

