Ukraynada Moskva Patriarxlığı qadağan edilir...
31.03.2022 [10:04]
Nicat
Xalq deputatları Ali Radada “Moskva Patriarxlığının Ukrayna ərazisində qadağan edilməsi haqqında” qanun layihəsini qeydə alıblar. Qanun layihəsində “Moskva Patriarxlığının - Rus Pravoslav Kilsəsinin və Rus Pravoslav Kilsəsinin tərkibinə daxil olan dini təşkilatların, o cümlədən Ukrayna Pravoslav Kilsəsinin fəaliyyətinin” qadağan edilməsi təklif edilir. Moskva Patriarxlığının mülkiyyətində və ya istifadəsində olan Kiyev-Peçersk Lavra Müqəddəs Yataqxanası, Müqəddəs Yataqxana Poçayev Lavrası, Müqəddəs Yataqxana Svyatoqorsk Lavra və digər dövlət əhəmiyyətli memarlıq abidələri dövlətin mülkiyyətinə keçir və istifadə haqqında müqavilələr (qərarlar) ləğv edilir”, - deyilir.
Sənəddə qeyd edilir ki, istisnasız olaraq qadağan olunmuş kilsələrin bütün kilsə mülkiyyəti bu qanunun qüvvəyə mindiyi tarixdən 48 saat ərzində inventarlaşdırılır və milliləşdirilir. “Moskva Patriarxlığının dini icmaları, monastrları və dini təhsil müəssisələri bu qanunun qüvvəyə mindiyi gündən 14 gün ərzində “Vicdan azadlığı və dini qurumlar haqqında” Ukrayna Qanununa uyğun olaraq tabeliklərini dəyişə bilərlər”, - deyə qanun layihəsində bildirilir.
Bəs Ukrayna qanunvericiliyi, daha dəqiq desək, konstitusiyası belə bir addım atmağa imkan verirmi? Çünki Ukrayna dünyəvi dövlətdir, dinin dövlətdən ayrı olduğu qeyd olunur. Belə olan halda, dövlət bu məsələni tənzimləyə bilərmi?
Ukrayna Konstitusiyasının II (İnsanın və vətəndaşın hüquq, azadlıq və vəzifələri) - bölməsinin 35-ci maddəsində bildirilir ki, hər kəsin fikir və din azadlığı hüququ var. Bu hüquqa maneəsiz olaraq istənilən dinə etiqad etmək və ya heç kimə etiqad etməmək azadlığı daxildir. “Ukraynada kilsə və dini qurumlar dövlətdən, məktəblər isə kilsədən ayrılıb. Heç bir din dövlət tərəfindən məcburi sayıla bilməz”.
Din dövlət tərəfindən məcburi sayılmasa da, Moskva Patriarxlığının Ukrayna ərazisində qadağan edilməsi ilə bağlı addım atılması müəyyən müzakirələrə yol açıb. Bəzi şərhçilər bunu dövlətin dini məsələyə qarışması kimi qiymətləndirirlər. Ekspertlər isə bəhs olunan addımı etiqad azadlığının pozulması kimi dəyərləndirsələr də, əslində, məsələnin siyasi mahiyyət daşıdığını bildirirlər. Vurğulanır ki, Ukrayna ilə Rusiya arasında müharibə tərəflərin bir-biri ilə əlaqədar müxtəlif addımlar atmasını şərtləndirir. Moskva Patriarxlığının ölkə ərazisində qadağan edilməsi isə dini motivli, din-dövlət münasibətləri çərçivəsində olan məsələ deyil. Bu, daha çox təhlükəsizlik məsələsidir. Çünki Kiyev ehtiyat edir ki, Moskva din amilindən, patriarxlığın imkanlarından istifadə edərək ölkə daxilində müəyyən ssenarilər gerçəkləşdirə bilər. O səbəbdən belə bir profilaktik addım atılır. Rusiya bu tədbirə necə cavab verəcək?
Mövzunu davam etdirəcəyik
Xəbər lenti
Hamısına baxAnalitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51

