Türkiyə ilə rəqabət, yoxsa Amerika əleyhinə demarş?
06.04.2022 [10:23]
Ərəb Liqası Rusiya və Ukrayna arasında vasitəçi olmaq istəyir
Əlcəzair, Misir, İordaniya, İraq, BƏƏ və Sudanın xarici işlər nazirləri və Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibinin daxil olduğu ərəb nümayəndə heyəti bu yaxınlarda Moskvada səfərdə olub. Misirin xarici işlər naziri Sameh Şükri rusiyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında ƏDL ölkələrinin Rusiya və Ukrayna arasında sülh danışıqlarında vasitəçilik etməyə hazır olduqlarını bildirib.
Nazir qeyd edib ki, Ərəb Liqası müharibə zonasında humanitar vəziyyətin pisləşməsindən, eləcə də vəziyyətin bütün dünyada iqtisadiyyatın bütün sahələrinə, o cümlədən enerji və ərzaq təhlükəsizliyinə mənfi təsirindən narahatdır.
Taleh AĞAVERDİYEV
Hələ səfərdən əvvəl “Əl-Ərəbiyyə” telekanalı Misirin ərəb ölkələri ilə birlikdə Rusiya və Ukrayna nümayəndə heyətlərini qəbul etmək fürsəti axtardığını bildirmişdi. Qeyd edilirdi ki, Moskvadan sonra ərəb nümayəndə heyəti Ukrayna tərəfi ilə görüşmək üçün Varşavaya gedəcək.
İlk baxışdan bu təklif təəccüblü deyil, münaqişə başlayandan bəri bir sıra ölkələr Rusiya və Ukrayna arasında sülh danışıqlarında vasitəçi olmağı təklif ediblər. Bu cür təşəbbüslər humanist olmasa belə, ən azı materialist məqsədlər güdür. Ancaq Türkiyənin artıq vasitəçilik funksiyasına kifayət qədər uğurla başlaması fonunda belə bir təklifin irəli sürülməsi müəyyən fikirlər doğurur.
Bir tərəfdən burada uzun müddət davam edən qarşıdurmanın əks-sədasını görmək olar. Son vaxtlara qədər Türkiyənin ərəb dünyası ilə çətin münasibətləri olub ki, bu da həm müəyyən tarixi səbəblərlə, həm də Yaxın Şərqdə siyasi maraqların toqquşması ilə əsaslandırılır. Türkiyə ilə Ərəb Liqası arasında münasibətlər son on ildə xüsusilə gərgin olub, çünki ölkələr regional münaqişələrin əks tərəflərində yer alırdılar. ƏDL-ın bəzi üzvləri həm də Türkiyənin ərəb ölkələrində artan populyarlığından narahatdırlar.
Ötən ilin sonunda Türkiyənin ərəb ölkələri ilə münasibətlərində istiləşmə müşahidə olundu. Əbu-Dabinin vəliəhd şahzadəsi və BƏƏ-nin faktiki hökmdarı Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Ankaraya səfərindən sonra Yaxın Şərqin iki əsas oyunçusunun ölkələrinin arasında təxminən 10 il davam edən soyuq müharibəyə rəsmən son qoyulduğu hesab edilir. Lakin bu o demək deyil ki, Türkiyə ilə ərəb ölkələri arasında gərginlik və rəqabət tamamilə səngiyib. Üstəlik, bu ilin martında İsrail prezidentinin 2008-ci ildən bəri ilk dəfə Türkiyəyə səfəri baş tutub ki, bu da uzun illər davam edən durğunluqdan sonra ikitərəfli münasibətlərin istiləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ərəb Liqasının İsraillə münasibətləri isə, yumşaq desək, o qədər də yaxşı deyil.
Digər tərəfdən, Rusiyaya qarşı sanksiyaların tətbiqindən sonra enerji bazarında mövcud vəziyyəti nəzərə alaraq, Fars körfəzi ölkələrinin rolu xeyli artıb. OPEK-in genişlənməsi və Rusiyanın ona qoşulmasından sonra “qara qızıl” hasilatının artım dinamikası xaotikliyi dayandırdı və bu, qiymətlərin artmasına səbəb oldu. Bu, ABŞ-a sərf etmir, çünki özlərini məhdudlaşdırmağa adət etməyən amerikalılar son vaxtlar kəskin bahalaşan qiymətləri sabitləşdirə bilməyən hökumətə qarşı açıq şəkildə etiraz edirlər. Prezident Co Bayden avtomobil yanacağının daxili qiymətlərinin sabitləşdirilməsinin vacibliyini yaxşı anlayır və neft hasilatını artırmaq üçün ərəb ölkələrinə təzyiq göstərməyə çalışır. Lakin indi OPEC+-da tamamilə fərqli qaydalar formalaşıb və Fars körfəzi dövlətlərinin əvvəlki itaətkar liderləri indi Baydenin “tələblərinə” məhəl qoymur və onun telefon zənglərinə cavab vermirlər. Ona görə də həm ərəb nümayəndə heyətinin Moskvaya səfəri, həm də bu təşəbbüs ABŞ-a qarşı növbəti demarş növü kimi qiymətləndirilə bilər. Qeyd edək ki, hazırda Rusiyaya qarşı sanksiyalara ƏDL-in heç bir dövləti qoşulmayıb.
Buna baxmayaraq, Rusiyanın bir vasitəçi kimi Türkiyədən kifayət qədər razı olduğu açıq-aydın görünür. Rusiya tərəfi dəfələrlə qeyd edib ki, İstanbul görüşü zamanı Ukrayna ilə danışıqlarda mühüm irəliləyiş əldə etmək mümkün olub, Türkiyənin və müstəqil siyasət aparmağa qadir olan azsaylı siyasətçilərdən biri kimi, Ərdoğanın özünün də rolunu vurğulayıb. Putinin isə ərəb nümayəndə heyəti ilə əlaqə saxlamaqdan imtina etməsi və görüşlərin yalnız XİN xətti ilə keçirilməsi faktı isə bir daha göstərir ki, Rusiya Ərəb Liqasının vasitəçiliyində maraqlı deyil.
Xəbər lenti
Hamısına baxİdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32

