Əli Kərimli və İsa Qəmbər vətəndaşları kütləvi iğtişaşlara və itaətsizliyə çağırır
14.10.2010 [09:28]
ötən sayılarımızda 7 noyabrda keçiriləcək parlament seçkilərində iştirak edən AXCP və Müsavat partiyalarının və onların funksionerlərinin qeyri-qanuni əməlləri barədə geniş məlumatlar vermişdik. Onların imzatoplama kampaniyasında yol verdikləri saxtakarlıqlar, rəqiblərinə qarşı qara piar kampaniyası aparmaları, fəaliyyətlərindəki qeyri-qanuni əməllər özlərinə yaxın dairələr tərəfindən də ifşa olunmaqdadır. Bununla bağlı, konkret faktlar isə kifayət qədər çoxdur. Bu isə onu göstərir ki, bu partiyalar normal mübarizə müstəvisində, hüquqi çərçivədə mübarizə aparmaq iqtidarında deyillər. öz gücsüzlüklərini pərdələmək üçün isə günahı özlərində, seçki texnologiyalarının və taktikalarının zəifliyində deyil, başqa yerlərdə axtarırlar. ölkəmizdə mövcud olan siyasi sabitliyi pozmağa yönəlmiş cəhdlər və bundan da Azərbaycana qarşı olan beynəlxalq qüvvələr qarşısında dividentlər qazanmaq müxalifətin müraciət etdiyi üsullardandır.
ümumiyyətlə, ötən dövrlərdə, xüsusən, seçkilər ərəfəsində müxalifətin siyasi sabitliyi, vətəndaşların rahatlığını pozmağa yönəlmiş addımlarının şahidi olmuşuq. Onlar yenə də bu yöndə çağırışları gündəmə gətirməkdədirlər. AXCP və Müsavat rəhbərlərinin keçirdikləri sonuncu mətbuat konfransında səsləndirdikləri fikirlər də bunu göstərir. Onlar dövlətin qayda-qanunlarına məhəl qoymayaraq, vətəndaşları kütləvi itaətsizliyə və dövlətə qarşı çıxmağa səsləyiblər: “Mənə elə gəlir ki, 17 oktyabr aksiyası mütləq keçiriləcək. Hakimiyyətin mənfi cavab verməyə heç bir əsası yoxdur. Amma bizdən deməkdir. Əgər 17 oktyabr mitinqi də yasaqlansa, biz öz konstitusion hüquqlarımızdan istifadə edərək kütləvi tədbirləri şəhərin mərkəzi yerlərində keçirəcəyik”.
Məlum olduğu kimi, Bakı şəhər İcra Hakimiyyəti və digər əlaqədar strukturlar Azərbaycan Respublikası “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna müvafiq olaraq, kütləvi tədbirlərin (mitinq və piketlərin, bayram şənliklərinin) keçirilməsi üçün uyğun olan əraziləri müəyyənləşdirib. Seçki öncəsində də istənilən siyasi qüvvə müvafiq icra orqanlarına müraciət edərək bu ərazilərdə tədbir keçirə bilərlər və buna heç bir məhdudiyyət qoyulmur. Siyasi mənsubiyyətindən asılı olmayaraq, istənilən təşkilata dövlət bu hüququ tanıyıb və təmin edib. Amma müxalifət partiyaları icra strukturlarının və qanunun icazə verdiyi əraziləri qəbul etməyərək, daha çox insanların sıx məskunlaşdığı, dövlət müəssisə və idarələrinin yerləşdiyi, nəqliyyatın daha sıx olduğu ərazilərdə mitinq keçirmək iddiasından geri çəkilmirlər. Təbii ki, hakimiyyət nümayəndələrinin və ya dövlət strukturlarının qanuni tələblərinə riayət etməyərək vətəndaşları kütləvi iğtişaşlara çağırmaq qanun pozuntusudur və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (CM) bununla bağlı konkret maddələr öz təsbitini tapıb. Yəni, əgər onlar dövlət tərəfindən müəyyənləşdirilmiş ərazilər istisna olmaqla, digər yerlərdə qanunsuz piket, mitinq və ya bu qəbildən olan başqa aksiyalar keçirməyə cəhd edəcəklərsə, konkret cinayət əməlinə görə məsuliyyət daşıyacaqlar.
Məsələn, CM-nin 220-ci maddəsinin 2-ci bəndində göstərilir ki, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə, vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə-məcəllədə nəzərdə tutulmuş müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin məcəllənin 233-cü maddəsində isə qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə konkret cinayət məsuliyyəti daşımaq deməkdir.
Göründüyü kimi, adıçəkilən müxalifət liderləri növbəti dəfə Azərbaycan Respublikasının qanunlarına riayət etmədiklərini sübuta yetirirlər. Lakin hüquqi, demokratik dövlət olan Azərbaycan Respublikasında qanunun aliliyi prinsipinin hökm sürdüyünü, kimliyindən asılı olmayaraq, hər kəsin qanun qarşısında bərarbər olduğunu, törədilən cinayət əməlinə görə də, hər kəsin qanun qarşısında cavab verəcəyini unudurlar. Bu şəxslər İsa Qəmbər və Əli Kərimli belə olsa...
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22

