Ermənistanın Azərbaycanın işğal olunmuş bölgələrində məskunlaşma cəhdləri siyasi məqsəd daşıyır
14.10.2010 [09:30]
“Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan müxtəlif qanunsuz hərəkətlərə yol verir. Ermənilər tarixi abidələri dağıdır, ətraf mühiti çirkləndirir, ekoloji sistemi pozur və qanunsuz məskunlaşma yaratmağa cəhd göstərirlər. Bütün bunlar beynəlxalq huquq və prinsiplərə ziddir”. Bu fikirləri yap.org.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə bu və digər infrastrukturun yaradılması, xüsusilə yaşayış məskənlərinin salınmasına cəhd göstərilməsi bütövlükdə beynəlxalq hüquqa ziddir. çünki bu ərazilərlə əlaqədar danışıqlar prosesi gedir. Eyni zamanda, Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması ilə bağlı BMT, ATƏT səviyyəsində sənədlər qəbul edilib. M.Qurbanlının fikrincə, belə bir şəraitdə Ermənistan hansısa məskən salırsa, bu, bütün hallarda danışıqlar prosesinin əleyhinə yönələn hərəkətdir. Azərbaycan tərəfi bunu qətiyyətlə pisləyir.
YAP İcra katibinin müavini qeyd edib ki, Ermənistanın özündə əhali xaricə mühacirət edir və kütləvi surətdə köçmələrin qarşısını rəhbərlik ala bilmir. Belə olan şəraitdə Azərbaycanın işğal olunmuş bölgələrində məskunlaşma cəhdləri siyasi məqsəd daşıyır. “Bununla da, ermənilərin bu ərazilərdə dayanacağı və qaytarmayacağı haqda illuziya yaratmaq istəyirlər. Faktiki Ermənistanın özündə əhali o qədər azdır ki, dövlət rəhbərliyi öz ərazisində məskunlaşdırma həyata keçirə bilmir. Belə olan halda, Ermənistanın gəlib bu torpaqlarda evlər tikməyə cəhd göstərməsini yalnız siyasi məqsəd daşıdığını söyləmək mümkündür. Bununla da dünyaya göstərmək istəyirlər ki, burada yaşayan var” - deyə o, bildirib.
M.Qurbanlının sözlərinə görə, qiymətləndirmə missiyasının deyəcəyi faktlar ATƏT çərçivəsində müzakirəyə çıxarıldıqda Azərbaycan tərəfinin deməyə kifayət qədər sözü olacaq. ölkəmiz diplomatik yöndə üstünlüyünü bir daha nümayiş etdirəcək.
“Bu gün elmi-texniki tərəqqinin inkişaf etdiyi bir dövrdə, səmadan istənilən obyekti çəkmək imkanı olduğu bir şəraitdə ermənilər həmin bölgələrdəki qanunsuz fəaliyyətlərini gizlədə bilməyəcək. Azərbaycanın əlində geniş faktlar var. Faktaraşdırıcı missiya yalnız bir dövlətin nümayəndəsindən ibarət deyil. Azərbaycan bu missiyanın obyektiv olmasına çalışacaq. Hazırlanan hesabatda faktlar ortada olarkən erməni tərəfi bununla özünə bəraət qazandıra bilməyəcək. çünki bu ərazilər işğal altındadır. Onların məskunlaşdırma hərəkəti münaqişənin həllinə qarşı çıxmaq, sülh danışıqlarına qarşı çıxmaqdır. Azərbaycan tərəfi bu faktları ortaya qoyaraq beynəlxalq hüquqa zidd olduğunu bir daha bəyan edəcək” - deyə YAP İcra katibinin müavini vurğulayıb.
Xəbər lenti
Hamısına baxGündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52

