Heydər Əliyev yolu müstəqilliyimizin təminatıdır
10.05.2022 [10:45]
Bu gün reallıq bundan ibarətdir ki, dahi Heydər Əliyev faktoru təkcə XX əsr Azərbaycanının deyil, XXI əsr Azərbaycanının da gerçək simasını və inkişaf perspektivlərini müəyyənləşdirir. Bu böyük şəxsiyyətin Azərbaycan naminə gördüyü işlər ölkəmizin milli sərhədlərini aşaraq bütövlükdə regionun və dünya sivilizasiyasının da tərəqqisinə xidmət edir. Təsadüfi deyil ki, məşhur dövlət və ictimai xadimlər Ulu Öndərimizi XX əsr dünya siyasi fikir tarixinin canlı əfsanəsi adlandırırdılar. Xalqımızın böyük oğlu dünyanın ən nüfuzlu mükafatlarına, fəxri ad və titullara layiq görülmüşdür. Onun öz sağlığında layiq görüldüyü ən yüksək mükafat isə Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmasıdır.
Ulu öndər Heydər Əliyevin yolu dünən və bu gün olduğu kimi, gələcəkdə də dövlətçiliyimizin və müstəqilliyimizin təminatıdır.
Vasif Talıbov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri,
YAP İdarə Heyətinin üzvü
Heydər Əliyev ideyaları yaşayır
Ümummilli lider Heydər Əliyev Azərbaycanın demokratik tərəqqisi üçün zəruri inkişaf strategiyasını irəli sürmüş, bu kursun alternativsizliyini real addımlar və əməli nəticələrlə sübut etməklə bərabər, banisi olduğu qüdrətli dövlətçilik irsinin əbədiyaşarlığını təmin etməyə nail olan əlahiddə liderlərdən idi. Ona görə də, dövlət müstəqilliyimizin qarantı kimi öz xalqı qarşısında tarixi və misilsiz fəaliyyətin müəllifi olan Ulu Öndərin anadan olduğu 10 may tarixi Azərbaycan xalqının və bütövlükdə bütün dünya azərbaycanlılarının hər il dərin ehtiram və hörmətlə qeyd etdikləri əlamətdar gündür.
Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri Heydər Əliyev ideyalarına söykənən siyasi kursun yeni keyfiyyətdə və yeni çağırışlar fonunda davamının nəticəsi kimi dəyərləndirilməlidir. Bu gün hər bir azərbaycanlı dərk edir ki, Heydər Əliyev ideyaları yaşayır və nailiyyətlərimizin əsasında dayanır.
Bahar Muradova,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP
İdarə Heyətinin üzvü
Heydər Əliyev siyasətinin alternativi yoxdur
Ulu öndər Heydər Əliyev keçmişə istinad edərək bu günümüzü necə qurmağı və gələcəyimiz üçün hansı işlər görülməsinin nümunəsini bizə göstərdi. Hesab edirəm ki, bu, hər bir millətin inkişafında əsas şərtlərdən biridir.
Ulu Öndərimiz xalqımızın çətin anlarında xilaskarlıq missiyasını yerinə yetirərək Azərbaycanı inkişaf yoluna çıxarıb. Azərbaycan ötən illər ərzində ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası nəticəsində böyük inkişaf yolu keçib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu gün Prezidentimiz İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, müasirləşən dövlətinə çevrilib. Ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu tək Azərbaycan vətəndaşları yox, bütün dünya təsdiq edir.
Eldar İbrahimov
Milli Məclisin İntizam komissiyasının sədri,
YAP İdarə Heyətinin üzvü
Heydər Əliyevin qurucusu olduğu Azərbaycanı qorumalıyıq
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq dövr dövlətçiliyimizin və xalqımızın intibahında tarixi bir mərhələ təşkil edir. Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsi, çiçəklənmə, milli oyanışın formalaşması dövrü oldu. 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmizi məhv olmaq təhlükəsindən qurtardı. Ümummilli lider Heydər Əliyevin müasir və müstəqil Azərbaycana rəhbərliyinin əsas nəticəsi ondan ibarətdir ki, dağılmaq ərəfəsində olan ölkəmiz dinamik inkişaf edən bir ölkəyə çevrilib. Bu heç də asan başa gəlməyib. Azərbaycanı inkişaf yoluna yönəltmək üçün böyük zəhmət sərf olunub. Odur ki, biz Heydər Əliyevin qurucusu olduğu bugünkü Azərbaycanı daim qorumalıyıq.
Ulu öndər Heydər Əliyevin irsi zəngin xəzinədir və bu irs dərindən öyrənilməlidir. Bu gün Prezident İlham Əliyev Heydər Əliyevin ideyalarını uğurla həyata keçirir.
Arif Rəhimzadə
YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü
Ümummilli Liderin böyüklüyünü getdikcə daha çox hiss edirik
Ulu öndər Heydər Əliyev hər bir azərbaycanlı üçün unudulmaz insan, böyük şəxsiyyətdir. Müasir Azərbaycanın hər bir uğuru Ulu Öndərimizin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi vaxt respublikamız inkişaf yoluna qədəm qoydu. Bütün sahələrdə dirçəliş hiss olunurdu.
Ulu Öndər ikinci dəfə hakimiyyətə gələndə isə Azərbaycanı parçalanmaqdan, vətəndaş müharibəsindən qurtardı və ölkəmizi doğru istiqamətə yönəldərək inkişafımız üçün yol açdı. Bütün sahələrdə olduğu kimi elm və təhsil sahəsində də yeni mərhələyə qədəm qoyduq. Azərbaycan dili dərsliklərinin hazırlanmasına xüsusi diqqət yetirilirdi. Tariximiz yenidən və olduğu kimi yazıldı. Onu da deyim ki, Heydər Əliyev haqqında bu günə qədər çox sözlər deyilib, filmlər çəkilib, kitablar yazılıb, lakin hesab edirəm ki, Ulu Öndərin hərtərəfli tədqiqatı hələ başa çatmayıb. Belə bir deyim var, dağdan uzaqlaşdıqca onun böyüklüyünü daha yaxşı hiss edirsən. Bu mənada, biz Heydər Əliyevdən zaman etibarilə uzaq düşdükcə, onun böyüklüyünü daha çox hiss edirik. Onun xidmətləri heç vaxt unudulmayacaq.
Misir Mərdanov
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, YAP Veteranlar
Şurasının üzvü
Ulu Öndər xalqımızın yaddaşında əbədi yaşayacaq
Heydər Əliyev hələ sovetlər dönəmində respublikamıza rəhbərlik edərkən neqativ hallara qarşı qətiyyətli mübarizə aparıb. Yaradıcı insan kimi məni Heydər Əliyev şəxsiyyətində ən çox cəlb edən xüsusiyyət onun malik olduğu cəsarət, fədakarlıq, qətiyyət, humanizm, mərhəmət, əsl vətəndaş mövqeyi, azərbaycançılıq hissləridir. Heydər Əliyev xalqımızın yaddaşında əbədi yaşayacaq.
Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışını həmin illərdə ölkədə baş verən xaos, qarışıqlıq zəruri etmişdi. Çünki ondan başqa heç kəsin gedən prosesləri dayandırmaq gücü yox idi. Uzun illər Azərbaycana rəhbərlik etmiş, siyasi dairələrdə böyük nüfuza sahib olan bu şəxsiyyətdən başqa heç kim o çətin işi bacara bilməzdi. Heydər Əliyevin qayıdışına qədər hakimiyyətdə olmuş Vəzirov, Mütəllibov, siyasi təcrübəsi olmadan hakimiyyəti ələ almış AXC Azərbaycanı uçurumun kənarına gətirmişdilər. Heydər Əliyev Azərbaycanı odun-alovun içərisindən çıxarmaqla qalmadı, dirçəltdi, gücləndirdi, yeni Azərbaycanın bünövrəsini qoydu.
Heydər Əliyev xalqımızın yaddaşında əbədi yaşayacaq.
Xeyrəddin Qoca
YAP Veteranlar Şurasının üzvü
Həyatını xalqının inkişafına həsr etmiş lider
Hər bir xalqın tarixində əvəzolunmaz rol oynayan, öz xalqı üçün xilaskarlıq missiyası həyata keçirən tarixi şəxsiyyətlər var. Azərbaycan xalqının tarixində məhz belə şəxsiyyət ümummilli liderimiz Heydər Əliyevdir. Heydər Əliyev həyatını öz doğma xalqının inkişaf və tərəqqisinə həsr etmiş, xalqını üzləşdiyi çətinliklərdən xilas etmiş liderdir.
Əminliklə söyləmək olar ki, müasir Azərbaycanın keçdiyi yol bilavasitə ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Heydər Əliyev sovetlər dönəmində inkişafdan geridə qalan respublikamızı tərəqqi yoluna çıxardı. 1993-cü ildə hakimiyyətə qayıtması ilə, o, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi, müstəqilliyimizin dönməzliyini təmin etdi. Ona görə də, Azərbaycan xalqı olaraq Ulu Öndərimizi xilaskarımız adlandırırıq.
2003-cü ildən etibarən isə Azərbaycanda Heydər Əliyev siyasəti uğurla davam edir. Prezident İlham Əliyev Heydər Əliyev yoluna sadiqlik göstərərək Azərbaycanı uğurla inkişaf etdirir.
Sudeif İmamverdiyev
YAP Veteranlar Şurasının üzvü
Heydər Əliyevin adı Azərbaycan dövlətinin rəmzidir
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin adı xalqımızın yaddaşına əbədi həkk olunub. Ömrünü Azərbaycan xalqının firavan həyatına, dövlətimizin möhkəmlənməsinə həsr edən Ümummilli Liderimiz öz fəaliyyəti, tariximiz və dövlətçiliyimiz qarşısındakı titanik xidmətləri ilə görkəmli dövlət xadimi, dahi şəxsiyyət, vətənini, xalqını sevən əsl vətəndaş olduğunu sübuta yetirib.
Ümummilli lider Heydər Əliyev qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb və burulğanlı proseslərin içərisindən uğurla çıxararaq müstəqil respublikamıza həm bölgədə, həm də dünyada layiqli yer və böyük nüfuz qazandırıb. Ulu öndərimiz Heydər Əliyevin adı bu gün sözün həqiqi mənasında, Azərbaycan dövlətinin rəmzi kimi səslənir.
Musa Quliyev,
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü
Ulu Öndər müstəqilliyimizi əbədi və dönməz etdi
Müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. 1990-cı illərin əvvəllərində Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə bir mürəkkəb dövrdə Ümummilli Liderimiz bütün çətinliklərə rəğmən heç bir təhlükədən çəkinməyərək xalqımızı xilas etdi. Millətin lideri belə olmalıdır. O, Azərbaycan xalqının lideri kimi bütün dünyaya iradəsini, qətiyyətini nümayiş etdirdi. Heydər Əliyev müasir müstəqil dövlətimizi gərgin zəhməti və fədakar fəaliyyəti ilə yaratdı, onun müstəqilliyini əbədi və dönməz etdi.
Bu gün ölkəmizin həyatında elə bir sahə yoxdur ki, orada Heydər Əliyevin izləri, parlaq əməlləri görünməsin. Ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də özündən sonra Azərbaycanı inkişaf etdirəcək uğurlu lideri yetişdirmək olub. Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli inkişaf dövrü kimi daxil olub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı xalqımıza unudulmaz zəfər bəxş etdi, bu zəfər Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə həkk olundu.
Musa Musayev
YAP Təftiş komissiyasının üzvü
Azərbaycan xalqı öz qəlbində Heydər Əliyevin abidəsini əbədi olaraq ucaldıb
Bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu və inkişafı liderlik amili ilə birbaşa bağlıdır. İnkaredilməz reallıqdır ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider Heydər Əliyev olub. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir. Bu dahi şəxsiyyət xalqımızı bütün təhlükələrdən xilas etməklə yanaşı, həm də müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifidir.
Məhz bugünkü Azərbaycan Heydər Əliyevin ideyaları əsasında inkişaf edib, güclənib və qüdrətli dövlətə çevrilib. Bu səbəbdən də Azərbaycan xalqı öz qəlbində Heydər Əliyevin abidəsini əbədi olaraq ucaldıb!
Sevinc Hüseynova, YAP Təftiş komissiyasının sədri, Milli Məclisin deputatı
Heydər Əliyev erası inkişaf, sabitlik və müstəqillik dövrüdür
Azərbaycan xalqı hər zaman ulu öndər Heydər Əliyevin əziz xatirəsini minnətdarlıqla və böyük ehtiramla yad edir. Azərbaycanın iqtisadi, mədəni, siyasi, sosial həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin imzası olmasın. Heydər Əliyev erası Azərbaycanda inkişaf, sabitlik və müstəqillik dövrüdür.
İllər keçdikcə Ümummilli Liderimizin gördüyü işlərin böyüklüyü, möhtəşəmliyi daha aydın görünür, daha yaxşı dərk edilir.
Hikmət Məmmədov
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü
Ulu Öndər həyatını doğma xalqına həsr edib
Ulu öndər Heydər Əliyev həyatını, varlığını doğma xalqına həsr edib. Dünya siyasətində böyük şəxsiyyətlər çoxdur. Ən böyük şəxsiyyət özündən çox mənsub olduğu xalqı düşünən, onun varlığının qorunması yolunda həyatını verən insandır. Ulu öndərimiz Azərbaycan xalqının yolunda, dövlətimizin inkişafı üçün var gücü ilə çalışan, öz həyatını belə verməyə hazır olan dahi şəxsiyyət idi. O, öz fəaliyyəti dövründə Azərbaycan dövlətinin yaşaması, inkişafı üçün gərəkli olan bütün işləri gördü, xaosun qarşısını aldı, dövləti inkişaf yoluna çıxardı.
Bu gün Ulu Öndərimizi xatırlayanda gözümüzün önündə canlanan ilk tablo da müstəqil Azərbaycandır. Azərbaycanın müasir tarixində ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərinin ictimai-siyasi mahiyyəti hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacaq. Yüz illər ötsə də, Heydər Əliyev nuru daim Azərbaycana işıq saçacaq.
Şahlar Əsgərov
YAP Veteranlar Şurasının üzvü
Heydər Əliyev irsi zəngin xəzinədir
Müasir Azərbaycanın tarixi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev bütün həyatını Azərbaycana və Azərbaycan xalqına həsr edib. Bugünkü müstəqil Azərbaycan da məhz Heydər Əliyevin nurlu, parlaq zəkasının bəhrəsidir. Heydər Əliyev irsi elə bir zəngin xəzinədir ki, bu irsin hər zaman öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.
Biz fəxr edirik ki, öz ərazi bütövlüyünü bərpa etmiş müstəqil, güclü Azərbaycan Respublikasının vətəndaşlarıyıq. İnanırıq ki, tarixi zəfər qazanan Azərbaycan Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlə?ə, zəfərlərə imza atacaq, müstəqil dövlətimiz daha da güclənəcək!
Elman Məmmədov
Milli Məclisin deputatı, YAP Veteranlar Şurasının üzvü
Ümummilli Lider daim gənclərin himayədarı olub
Azərbaycanda dövlət gənclər siyasətinin əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasətin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdən ibarətdir. Ulu Öndərimiz hər zaman Azərbaycan gənclərinə xüsusi diqqət və qayğı ilə yanaşmış, onların qarşısında “Gənclərin ən ümdə vəzifəsi müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır” vəzifəsini qoymuşdu.
Ümummilli Lider Heydər Əliyev daim gənclərin himayədarı olub, yeni nəslə qayğı ilə yanaşıb. Onun müəyyənləşdirdiyi siyasət bu gün də Azərbaycan gəncliyinin inkişafında mühüm rol oynayır.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
16 May 12:09

Xəbər lenti
16 May 12:01

Xəbər lenti
16 May 11:54

Xəbər lenti
16 May 11:41

Gündəm
16 May 11:28

Xarici siyasət
16 May 11:24

Xəbər lenti
16 May 10:58

Dünya
16 May 10:21

Prezident bu gün
16 May 10:15

Xəbər lenti
16 May 09:55

Xəbər lenti
16 May 09:46

Xəbər lenti
16 May 09:20

Xəbər lenti
16 May 08:59

Dünya
15 May 19:43

Xəbər lenti
15 May 19:21

Xəbər lenti
15 May 16:43

Dünya
15 May 15:02

İdman
15 May 15:00

Xəbər lenti
15 May 12:48

Dünya
15 May 11:18

İdman
15 May 10:55

Xəbər lenti
15 May 10:54

Mədəniyyət
15 May 10:08

Gündəm
14 May 20:29

Xəbər lenti
14 May 19:03

Gündəm
14 May 18:30

Gündəm
14 May 17:12

Xəbər lenti
14 May 16:21

Gündəm
14 May 16:17

Xəbər lenti
14 May 15:36

Xəbər lenti
14 May 15:35

Daxili siyasət
14 May 14:59

Gündəm
14 May 14:54

Dünya
14 May 14:49

Mədəniyyət
14 May 14:12

Xəbər lenti
14 May 13:34

Siyasət
14 May 13:31
Ədəbiyyat
14 May 13:15

Mədəniyyət
14 May 13:09

Xəbər lenti
14 May 12:59

Xəbər lenti
14 May 12:30

Xəbər lenti
14 May 12:25

Analitik
14 May 12:16

Xəbər lenti
14 May 12:07

Siyasət
14 May 12:05

Siyasət
14 May 12:02

Analitik
14 May 11:45

Siyasət
14 May 11:30

MEDİA
14 May 11:17

İqtisadiyyat
14 May 10:50

İqtisadiyyat
14 May 10:30

İqtisadiyyat
14 May 10:20

Prezident bu gün
14 May 10:00

Xəbər lenti
14 May 09:36

Gündəm
14 May 09:32

Siyasət
14 May 09:28

Siyasət
13 May 21:19

Xəbər lenti
13 May 18:53

Xəbər lenti
13 May 17:46

Xəbər lenti
13 May 17:05

Xəbər lenti
13 May 16:48

Xəbər lenti
13 May 16:45

Xəbər lenti
13 May 15:38

Xəbər lenti
13 May 15:34

Xəbər lenti
13 May 15:32

Xəbər lenti
13 May 15:28

Xəbər lenti
13 May 15:10

Xəbər lenti
13 May 14:31

Xəbər lenti
13 May 13:29

Xəbər lenti
13 May 13:21
