Naxçıvan Muxtar Respublikasında seçicilər öz iradəsini sərbəst ifadə etdilər
08.11.2010 [09:46]
Qeyd edək ki, həmin dairədə 37 seçki məntəqəsi yaradılıb. Bu məntəqələrdə 42633 nəfər seçicinin səs verəcəyi dəqiqləşdirilib ki, onların 2242-si qadın, 20391-i kişidir, 1133 nəfəri isə ilk dəfə səs verənlərdir. Seçkilərin gedişini izləmək üçün Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə təşkil olunmuş 4-33 saylı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 32-5 saylı məntəqəyə yollandıq. Məntəqədə hər şey Azərbaycan Respublikası Seçki Məcəlləsinin və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun tələblərinə uyğun təşkil edilmişdi. ümumiyyətlə, burada vətəndaşların öz iradələrini azad şəkildə, heç bir maneə olmadan ifadə etmələrinə tam şərait yaradılmışdı. Məntəqədə seçki komissiyası sədri, katib və üzvləri, habelə seçkini izləyən beynəlxalq və yerli müşahidəçilər üçün yerlər müəyyənləşdirilmiş, stol və stullar qoyulmuşdu. Lövhədə seçicilərin yaşadıqları ünvanlar üzrə siyahı vurulub və hər bir seçici öz adının seçki siyahısında olub-olmadığını dəqiqləşdirə bilirdi. Məntəqədə yaranmış növbə seçici fəallığından xəbər verirdi. Hər kəs vətəndaşlıq borcunu yerinə yetirmək, ölkənin, xalqın ən layiqli övladlarına səs vermək istəyirdi. Səsverməyə gəlmiş 71 yaşlı Faiq Mirişli öz təəssüratlarını bizimlə belə bölüşdü: “Mən heç zaman seçkilərdən qalmamışam. Bu gün də seçkilərdə iştirak etməyə çalışıram. Bu dəfə də ilk dəfə səs verən adamlardan biri mən olmuşam. Yaxşı bilirəm ki, biz hamımız böyük inamla balalarmızın, nəvələrimizin xoşbəxt gələcəyi naminə layiqli namizədlərimizə səs veririk”.
Söhbətimizə qoşulan ziyalı Zəfər İsmayılov isə belə dedi: “Mən hamı kimi öz seçimimi etdim. Heç bir maneəyə rast gəlmədim. Bu dəfə də seçkinin azad və şəffaf keçirildiyinin şahidi oldum. İnanıram ki, ölkəmizin sabahı etibar olunan deputatlar onlara göstərilən etimadı layiqincə doğruldacaqlar”.
Digər həmsöhbətim tarix müəllimi Məlahət Axundova isə belə dedi: “çoxlu seçkilərdə iştirak etmişəm. Bəyəndiyim namizədə səs vermişəm. Bilirəm ki, seçdiyim insan millətimin, dövlətimin xoş sabahı, firavan gələcəyi üçün çalışan, xalqımızı dünyada layiqincə təmsil edən şəxs olmalıdır. Başlıcası isə odur ki, səsvermə zamanı heç kəsə təzyiq yoxdur, hamı sərbəstdir, istədiyi namizəzdə səs verir”.
öz iradələrini sərbəst ifadə etmə
ləri çöhrələrindən bilinən digər seçicilərlə söhbətdə məlum oldu ki, vətəndaşlar onlar üçün yaradılan şəraiti bir həqiqətlə bağlayırlar ki, bu gün ölkəmizdə dövlətçiliyin inkişafı üçün qanunlar qəbul etməyə layiq gələcəyimizə cavabdehlik hissləri daşıyan parlament formalaşdırmaq ən vacib və həyati məsələdir. Ona görə də seçkilərdə ən yüksək obyektiv və düzgün seçim gərəkdir.
İlk dəfə səsverən gənclərin həyacanını da başa düşmək çətin deyildi. Söhbət etdiyim gənclərdən biri-Naxçıvan Dövlət Universitietinin II kurs tələbəsi Şəfəq Salahlı bunu belə ifadə etdi: “Bu gün çox həyacanlıyam. çünki ilk dəfədir seçkilərdə iştirak edirəm. İstədiyim namizədə səs verdim. Ədalətli seçkidə ilk dəfə iştirakım yaddaşımda uzun illər yaşayacaqdır”.
Digər məntəqələrdə də olduq. Bu məntəqələrdə də parlament seçkilərinin ədalətli, normal keçməsi üçün lazımi şərait yaradılmışdı. Bu məntəqələrdə də Azərbaycan Milli Məclisinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin demokratik, şəffaf, aydın keçdiyinin, qanun pozuntusuna yol verilmədiyinin şahidi olduq.
Seçkiləri izləyən bir neçə beynəlxalq müşahidəçi ilə də görüşdük. Onlar da olduqları məntəqələrdə heç bir qanun pozuntusuna rast gəlmədiklərini, Muxtar Respublika sakinlərinin fəallıq nümayiş etdirdiklərini dedilər. Bildirdilər ki, müşahidəçilərə hər cür şərait yaradılıb. İnsanlar səhər tezdən kütləvi halda məntəqələrə gəlirlər. Seçicilər, seçki prosesi, həm də namizədlər haqqında daha çox məlumatlandırılıb. Bunu səsvermənin gedişində müşahidə etdik. Səsvermə çox sakit şəkildə keçir. Muxtar Respublikada seçki mühitinin şəfafflığı üçün siyasi iradə və qətiyyət göstərilib.
ümumiyyətlə, Muxtar Respublika sakinləri onlar üçün yaradılan şəraitdən istifadə edərək üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirdilər.
Sara ƏZİMOVA
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17

