Aİ konsensusa gəldi
01.06.2022 [10:18]
Taleh AĞAVERDİYEV
Biraylıq gərgin müzakirələrdən sonra Aİ ölkələrinin liderləri bazar ertəsi axşam saatlarında Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Qeyd edək ki, bu sanksiyalar paketi Avropa birliyi üçün əsl sınaq oldu. Altıncı paket mayın əvvəlində elan edildi və onun qəbulu mayın 9-na planlaşdırıldı. Buraya Rusiya neftinin idxalına tədricən embarqo, Sberbank-a qarşı sanksiyalar, ixrac nəzarətinin gücləndirilməsi (lakin avtomobillər və dərmanlar üçün istisna edilib), həmçinin dəniz naviqasiyası sahəsində yeni məhdudlaşdırıcı tədbirlər nəzərdə tutulub. Lakin lap əvvəldən Aİ-yə üzv dövlətlər arasında ziddiyyətlər yaranıb. Nəticədə, artıq mayın 10-da Rusiya neftinin üçüncü ölkələrə dəniz daşınmasına qoyulan qadağanın paketdən çıxarıldığı açıqlandı. Bu, Yunanıstan və Maltanın sərt mövqeyi ilə bağlı idi. Bu iki ölkənin payına Aİ-nin tanker donanmasının yarıdan çoxu düşür və qeyd olunan qadağa onların iqtisadiyyatları üçün ciddi fəsadlara gətirib çıxara bilərdi.
Lakin yeni anti-Rusiya sanksiyalarının müzakirəsində əsas maneə neft embarqosu oldu. Bu tədbir ölkənin istehlak etdiyi neftin 65 faizini Rusiyadan idxal edən Macarıstanın altıncı sanksiyalar paketinin qəbulunu dəstəkləməməsinə səbəb olub. Macarıstanla yanaşı, onun kimi dənizə çıxışı olmayan və boru kəmərləri vasitəsilə tədarük edilən Rusiya neftindən çox asılı olan Slovakiya və Çexiya da neft embarqosuna qarşı çıxdı. Bu ölkələrin mövqeyini nəzərə alan Avropa Komissiyası Macarıstan və Slovakiyaya neft embarqosunun - 2024-cü ilin sonuna, Çexiyaya isə həmin ilin ortalarına qədər təxirə salınmasını təklif edib. Bundan sonra Bolqarıstan da yeni sanksiyalar paketini dəstəkləməyəcəyi ilə hədələyərək, iki il möhlət istəyib. Lakin Macarıstanı bu variant qane etmədi. Və yalnız mayın 30-da baş nazir Viktor Orban bildirib ki, ölkənin enerji təchizatının təhlükəsizliyi üçün həll yolları olarsa, Macarıstan altıncı sanksiyalar paketini dəstəkləməyə hazırdır.
Bəs, Aİ ölkələrinin liderləri sonda hansı kompromislərə (güzəştlərə) getdilər və yeni sanksiyalar paketi hansı məhdudiyyətləri ehtiva edəcək?
Avropa Şurasının sədri Şarl Mişel özünün Twitter səhifəsində qeyd etdiyi kimi, altıncı sanksiya paketi Rusiya neftinin həcminin 2/3 hissəsinin idxalına embarqonu nəzərdə tutur. Hələlik qadağa yalnız dəniz yolu ilə çatdırılan neft tədarüklərinə şamil olunacaq: Aİ Macarıstan, Çexiya və Slovakiyanın asılı olduğu “Drujba” neft kəməri ilə idxalı saxlamaq qərarına gəlib.
Altıncı sanksiyalar paketinin təşəbbüskarı, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Almaniya və Polşanın bu ilin sonuna qədər boru kəmərləri vasitəsilə öz idxalını könüllü olaraq kəsəcəklərinə görə neft sanksiyalarının əhatə dairəsinin daha da geniş olacağını söylədi. Onun sözlərinə görə, Aİ ilin sonuna qədər Rusiyadan neft idxalının 90%-dən imtina etməyə ümid edir. “ “Drujbanın” əhatə etdiyi təxminən 10-11% qalıb” - deyə fon der Lyayen bildirib. Onun sözlərinə görə Avropa Şurası bu istisnanı “mümkün qədər tez zamanda yenidən nəzərdən keçirəcək”.
Bolqarıstan üçün də istisna edilib. Baş nazir Kiril Petkov bildirdi ki, ölkəyə 2024-cü ilin sonuna qədər Rusiyadan neft tədarükünə qoyulan embarqodan müvəqqəti möhlət veriləcək. Nəticədə, Bolqarıstan hələlik Rusiya neftini dəniz terminalı vasitəsilə almağa davam edəcək yeganə ölkə olaraq qalacaq. Baş nazirin sözlərinə görə, bu, “Lukoyl”un Bolqarıstan neft emalı zavodunun əsasən Rusiya nefti ilə işləməsi və “işini tez bir zamanda yenidən qura bilməməsi” ilə bağlıdır.
Rusiya neft və neft məhsullarının 60%-ni Avropaya satır. Bloomberg hesab edir ki, təkcə dəniz daşımalarına qadağa (bu, Rusiya neft ixracının 75 faizini təşkil edir) Rusiyaya ildə təxminən 10 milyard dollar ixrac gəlirinə başa gələ bilər. “Drujba” neft kəmərinin şimal qolundan Polşa və Almaniyaya tədarükün qadağan edilməsi daha 12 milyard dollar itkiyə səbəb ola bilər. Eyni zamanda, Rusiya Macarıstana, Çexiyaya və Slovakiyaya neft ixracından ildə 6 milyard dollara qədər gəlir əldə etməyə davam edəcək. Bu səbəbdən Rusiya tədarükçüləri yanacağı Asiyaya ciddi endirimlə satmağa məcbur olacaqlar ki, bu da əlavə itkilərə səbəb olacaq.
Buna baxmayaraq, Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov neft embarqosu ilə bağlı qərara reaksiya verərək bildirib ki, Rusiya öz nefti üçün Aİ-ni əvəz edəcək başqa idxalçıları tapacaq. O, həmçinin avropalıların Rusiya yanacağından imtina etməsi ilə bağlı razılaşdığı müddətləri tənqid edib və Rusiyanın avropalıların istəklərini yerinə yetirə və neft tədarükünü “dostluq jesti olaraq” daha tez kəsə biləcəyinə işarə edib.
Lakin Rusiya çətin ki, bu addımı atsın. Neftin ixracı Rusiya üçün valyuta əldə etməsi mühüm vasitədir. Sanksiyalara görə, ölkənin valyuta ehtiyatının demək olar ki, yarısının dondurulduğu, Rusiya banklarının qiymətli metal ehtiyatlarını əhəmiyyətli dərəcədə azaldığı, Ukraynada müharibə davam etdiyi və Qərb dövlətləri hər ay Rusiyanı defolt elan etməyə yaxınlaşdırdığı bir şəraitdə, çətin ki, Rusiya tərəfi əhəmiyyətli xarici valyuta axını mənbəyindən vaxtından əvvəl imtina etsin.
Aİ liderləri həm də Rusiyanın ən böyük bankı olan Sberbank-ın SWIFT banklararası ödəniş sistemindən ayrılması və daha üç Rusiya dövlət mediasının onların ərazisində fəaliyyətinin qadağan edilməsi barədə razılığa gəliblər. Sberbank, öz növbəsində, SWIFT-dən ayrılmağın ciddi təsir etməyəcəyini bildirdi, çünki “ən ağır sanksiyalar artıq tətbiq edilib”, daxili əməliyyatlar isə SWIFT-dən asılı deyil və bank tərəfindən standart rejimdə həyata keçiriləcək.
Bundan əlavə, Rusiya gəmilərinin Avropa şirkətləri tərəfindən sığortalanması və təkrar sığortalanması, Rusiya şirkətlərinə bir sıra biznes xidmətlərinin göstərilməsi qadağası nəzərdə tutulub. Eyni zamanda, Bloomberg mənbələrinin məlumatına görə, Rusiyaya qarşı yeni məhdudiyyətlər paketindən ruslar üçün Avropada daşınmaz əmlakın alınmasına qadağa da çıxarılıb. Onların sözlərinə görə, Kiprin təzyiqi ilə bu tədbirdən imtina edilib.
Qeyd edək ki, söhbət hələ siyasi razılaşmalardan gedir. Formal olaraq altıncı sanksiyalar paketi hələ təsdiqlənməyib və qüvvəyə minməyib. Bununla belə, altıncı paketin müzakirəsinin gedişi Aİ-nin Rusiya əleyhinə sanksiyaların tətbiqi məsələsində limitə yaxınlaşdığını açıq şəkildə göstərir. Səbəbsiz deyil ki, Avstriya kansleri Karl Nehammer Aİ-nin növbədənkənar sammitinin ikinci günü başlamazdan əvvəl qaz idxalına qadağanın Aİ-nin Rusiyaya qarşı növbəti sanksiyalar paketinin bir hissəsi olmayacağını bildirib.
Ölkələr üçün razılığa gəlmək getdikcə çətinləşir. Aİ-nin bir hissəsi Rusiyanı zəiflətmək məqsədilə öz iqtisadiyyatları üçün itkilərə baxmayaraq sona kimi getməyə hazırdırsa, digər hissəsi milli maraqları və öz mənfəətini qurban verməyə hazır deyil.
Xəbər lenti
Hamısına bax
İdman
07 İyul 23:38

YAP xəbərləri
07 İyul 23:17

YAP xəbərləri
07 İyul 22:48

İqtisadiyyat
07 İyul 22:34

YAP xəbərləri
07 İyul 22:19

YAP xəbərləri
07 İyul 21:56

YAP xəbərləri
07 İyul 21:24

Dünya
07 İyul 21:13

YAP xəbərləri
07 İyul 20:45

Dünya
07 İyul 20:37

YAP xəbərləri
07 İyul 20:13
YAP xəbərləri
07 İyul 19:42

İdman
07 İyul 19:32

YAP xəbərləri
07 İyul 19:10

YAP xəbərləri
07 İyul 18:50

YAP xəbərləri
07 İyul 18:29

Dünya
07 İyul 18:12

YAP xəbərləri
07 İyul 17:47

YAP xəbərləri
07 İyul 17:45

Dünya
07 İyul 17:26

YAP xəbərləri
07 İyul 17:08

YAP xəbərləri
07 İyul 16:49

YAP xəbərləri
07 İyul 16:47

Siyasət
07 İyul 16:35
YAP xəbərləri
07 İyul 16:26

Elm
07 İyul 16:21

YAP xəbərləri
07 İyul 15:44

Dünya
07 İyul 15:18

YAP xəbərləri
07 İyul 15:16

Elm
07 İyul 14:58

Sosial
07 İyul 14:57

Sosial
07 İyul 14:56

Siyasət
07 İyul 14:45

Sosial
07 İyul 14:44

Dünya
07 İyul 14:13

Dünya
07 İyul 14:05

Dünya
07 İyul 13:21

Dünya
07 İyul 13:00

Elm
07 İyul 12:57

Dünya
07 İyul 12:55

Elm
07 İyul 12:04

Gündəm
07 İyul 11:29

Siyasət
07 İyul 10:49

Hadisə
07 İyul 10:40

Hadisə
07 İyul 10:39

İqtisadiyyat
07 İyul 10:39

İqtisadiyyat
07 İyul 10:39

Dünya
07 İyul 10:25

Dünya
07 İyul 10:13

Mədəniyyət
07 İyul 09:48

Dünya
07 İyul 09:21

Dünya
07 İyul 09:17

Dünya
07 İyul 08:50

Dünya
07 İyul 08:35

Dünya
07 İyul 08:19

Hadisə
07 İyul 07:57

Dünya
06 İyul 23:19

Siyasət
06 İyul 22:45

Siyasət
06 İyul 22:45

Siyasət
06 İyul 22:44

Xəbər lenti
06 İyul 22:27

Hərbi
06 İyul 21:56

Dünya
06 İyul 21:32

Siyasət
06 İyul 20:50

Hadisə
06 İyul 19:29

Xəbər lenti
06 İyul 18:45

Sosial
06 İyul 17:15

Dünya
06 İyul 16:39

Xəbər lenti
06 İyul 15:33

Sosial
06 İyul 15:23
