“3+3” formatı səmərəli işbirliyi platformasına çevrilə bilər
10.06.2022 [10:03]
Əsas məsələ tərəflərin geosiyasi iradə nümayiş etdirməsidir
Nurlan QƏLƏNDƏRLİ
Ankarada diplomatik təmaslar çərçivəsində - Türkiyə və Rusiyanın xarici işlər nazirləriinin görüşü zamanı “3+3” (“altılıq”) formatında əməkdaşlıq platformasının perspektivləri müzakirə edildi. Görüş barədə danışan Mövlud Çavuşoğlu bildirdi ki, “Qafqazda “3+3” formatını, həmçinin Azərbaycan və Ermənistan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasını müzakirə etdik”. Sergey Lavrov isə bu formatda növbəti görüşün yaxın zamanda keçiriləcəyini söylədi: “Biz birinci görüşü Moskvada keçirdik. Gürcüstanlı həmkarlarımız iştirak etməsə də, biz vurğulayırıq ki, onları görməyə həmişə şadıq. Növbəti görüş hazırlanır, hesab edirəm ki, ən yaxın zamanda onun keçirilməsi barədə məlumat verəcəyik”.
Azərbaycan və Türkiyənin birgə təşəbbüsü olan “altılıq” formatında işbirliyi platforması uzun müddətdir ki, müzakirə olunur. Hətta bununla əlaqədar müəyyən təmaslar - danışıqlar və görüşlər olub. Platforma çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İran və Ermənistan arasında iqtisadi, kommunikasiya əlaqələrinin qurulması nəzərdə tutulur ki, bu da bütövlükdə regionun mənzərəsini əhəmiyyətli dərəcədə dəyişə bilər. Gürcüstan istisna olmaqla digər dövlətlər ötən dövr ərzində “3+3” formatında əməkdaşlıq platformasını dəstəklədiklərini bəyan ediblər. Təşəbbüsün reallığa çevrilməsi üçün praktiki addımlar atılıb. Ötən il dekabrın 10-da Moskvada xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən iclasda işbirliyinin inkişaf perspektivləri müzakirə edilib. Regional platformanın işini onun bütün iştirakçılarının maraqlarına cavab verən praktiki məsələlərə yönəltmək razılaşdırılıb. Bunlara etimadın artırılması, ticarət-iqtisadi, nəqliyyat, mədəni və humanitar sahələrdə qarşılıqlı fəaliyyət, ümumi təhdidlərə qarşı mübarizə tədbirləri daxildir. Lakin...
Rusiya-Ukrayna müharibəsi situasiyanın müəyyən qədər dəyişməsinə, prosesdə ləngiməyə səbəb olub. Geosiyasi zəlzələ effekti yaradan bu qarşıdurma nəticəsində qütbləşmənin yaranmasının bəzi tərəflərin eyni platformada əməkdaşlıq imkanlarını zəiflətdiyi bildirilir. Amma son açıqlamalar məsələnin hələ də aktual olduğunu, əməkdaşlıq imkanlarının müzakirə ediləcəyini göstərir. Çünki “3+3” formatında yeni əməkdaşlıq platforması bütün tərəflər üçün siyasi və iqtisadi mənfəət vəd edir.
“Altılıq” platforması siyasi-diplomatik ve geostrateji təhlükəsizlik baxımından əhəmiyyətli olmaqla yanaşı, mühüm iqtisadi-ticari önəmə də malikdir. Məlumata əsasən, “3+3” formatında ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır. Bu, ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın 5-ci ən böyük iqtisadiyyatı deməkdir. Deməli, iqtisadi potensial qarşılıqlı-faydalı əməkdaşlığa geniş imkanlar yaradır. Xüsusilə də, sərmayə qoyuluşu, sənaye, aqrar və xidmət sektorunda işbirliyi imkanları genişdir. Gələcəkdə birgə tərəfdaşlıq çərçivəsində qarşılıqlı investisiya qoyuluşunun artması, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması məsələləri də aktualdır. Digər tərəfdən, “altılıq” ölkələrinin demoqrafik (toplam 300 milyon nəfərdən çox əhali) potensialı da iqtisadi-ticari münasibətlərin uğurlu inkişafına real zəmin yaradır. Cənubi Qafqaz ölkələri yeni satış bazarlarına çıxış imkanları əldə edir ki, bu da əmtəə dövriyyəsinin artması, sosial-iqtisadi inkişaf deməkdir.
Əlbəttə, yeni reallıqlar fonunda “3+3” formatında əməkdaşlıq mexanizmi real və perspektivli görünür. Benilüks və Skandinaviya, bir sıra Latın Amerikası və Cənub-Şərqi Asiya ölkələrinin regional əməkdaşlıq platformaları çərçivəsində indiyə qədər səmərəli işbirliyi nümunələri yaratması reallıqdır. “Altılıq” təşəbbüsü də real siyasi-iqtisadi platformaya çevrilə bilər. Əsas məsələ tərəflərin geosiyasi iradə nümayiş etdirməsidir. Hər halda, zaman göstərəcək.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

