“Artsax” qalıqları Parisdə...
23.06.2022 [10:24]
Fransa niyə qondarma quruma qucaq açır?
Nicat Dilqəmli
Tarixin bütün dövrlərində Ermənistan hər zaman özünə himayədar axtarışında olub. Bu, onların siyasətinin ana xəttidir. Heç şübhəsiz, bir çox qabaqcıl dünya ölkələri Ermənistanın məkrli məqsədlərini başa düşür və buna görə də işğalçı dövləti özündən uzaqlaşdırır. İllərdir “böyük Ermənistan” xülyası ilə yaşayan mənfur düşmənin planları 44 günlük Vətən müharibəsinin parlaq nəticəsi ilə yerlə bir oldu. İndi Ermənistan dövləti başa düşür ki, bu illər ərzində xalqa danışdığı yalanların hesabatını vermək vaxtı gəlib çatıb. Eyni zamanda, Azərbaycanın regionda yaratdığı yeni reallıqları qəbul etmək bir o qədər asan olmasa da, buna məcburdur.
Ümumiyyətlə, dövlət sözünün Ermənistanla yanaşı işlədilməsi bir o qədər doğru deyil. Çünki müstəqil bir dövlətin daxili işinə heç bir qüvvə qarışa bilməz. Ermənistanın əsas ipləri isə həmişə havadarlarının əlində olub. Əvvəllər arxalandığı yerlərin güclü olduğunu düşündüklərinə görə onlar xəyallara dalıb gerçəkliyi unutmuşdular.
Azərbaycanın təklifləri ilə razılaşıb şad-xürrəm yaşamaq əvəzinə Ermənistan hələ də kimlərdənsə nələrsə umur, bütün qapıları döyür. Özlərinə yeni havadarlar tapmaq niyyəti ilə xaricə üz tuturlar. Yeri gəlmişkən, bu günlərdə “artsax parlamenti”nin “rəhbəri” Artur Tovmasyanın Parisdə peyda olması da bu məqsədə xidmət edir. O, bu ölkədə qeyri-qanuni fəaliyyətinə şərait yaradılmış qondarma qurumun “daimi nümayəndəsi” Hovhannes Gevorgyanla görüşüb. Məlumata görə, görüşdə 2020-ci ildə 44 günlük müharibə zamanı bəzi fransız siyasətçiləri tərəfindən göstərilən yardım və bunun davam etdirilməsinin zəruriliyi müzakirə edilib.
Bu kimi “səfərlərin” Bakıda etirazlar doğurmasına baxmayaraq, Paris iddia edir ki, həmin şəxslərin səfəri fərdi xarakter daşıyır və Fransa hökumətinin bu səfərin təşkilində heç bir iştirakı olmur. Lakin belə bir formal izahat Fransanın niyyətini və siyasətini təmizə çıxarmaq üçün kifayət deyil. Çünki müharibədən sonra da qondarma rejimin nümayəndəliyinin Fransada “fəaliyyətini” davam etdirməsi regionda sülhə xidmət etmədiyi aydındır.
“Əfsuslar olsun ki, bu, Fransanın uzunmüddətli maraqlarına cavab vermir, regiondakı proseslərdə bu ölkənin iştirakını şübhə altında salır, eyni zamanda, Azərbaycan-Fransa münasibətlərinə mənfi təsir edir”.
Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında siyasi şərhçi İlqar Vəlizadə səsləndirib. Politoloq deyir ki, oradakı erməni diasporası Fransa siyasətində təsirli rola malikdir: “Fransa hökuməti bir çox hallarda Azərbaycanla və regionla bağlı olaylarda erməni diasporasının fikirləri ilə hesablaşır, onların sözü önəm daşıyır. Çünki hər seçki prosesində Erməni diasporasının aktivliyi bəzi siyasətçilərin qalib gəlməsinə imkanlar yaradır”.
İ.Vəlizadə bildirib ki, bu kimi hallara son qoyulmayınca heç bir təhlükəsizlik məsələsindən danışmaq düzgün sayılmaz: “Bu hal bir daha onu göstərir ki, separatçılara sərt münasibət aşılanmalıdır. Beynəlxalq hüquq normalarında bununla bağlı müvafiq bəndlər var, həmin qaydalar işləməlidir. Belə hallara son qoyulmalıdır. Çünki belə olduğu halda heç bir təhlükəsizlikdən, o cümlədən Avropa miqyaslı təhlükəsizlikdən danışmaq mümkün deyil”.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

