Ermənistanda boğulan demokratiya...
30.06.2022 [10:22]
KİV-lər Paşinyanı boykot edir
Nicat PAŞA
Ermənistanda istər sosial, istərsə də iqtisadi vəziyyətin ağırlaşması fonunda müşahidə olunan proseslərdən biri də bu ölkədə insan hüquqlarının, söz və fikir azadlığının boğulması, bu sahədə vəziyyətinin daha da pisləşməsi, ümumilikdə isə demokratik dəyərlərin məhv olması, yaxud məhv edilməsidir. Özü də dövlətin birinci şəxsi - Paşinyan tərəfindən. Görünən budur ki, Paşinyan artıq erməni xalqına hesabat vermək vaxtının yetişdiyini bildiyi üçün indi də məsələni kökündən həll etmək istəyir. Əgər Ermənistanın Baş naziri əvvəllər hansısa əlaqəsiz sözlər və sistemsiz danışığı ilə vəziyyətdən çıxmağa, keçirdiyi hiss və həyəcandan əlindəki qələmi qıra-qıra özünü sakitləşdirməyə çalışırdısa, indi onu da etmək istəmir. Çünki indi Paşinyanın bir yolu (ya da yerinə yetirməli olduğu tapşırığı) var - susmaq...
Xeyli vaxtdır ki, Ermənistanın mətbuatı bu barədə geniş şəkildə informasiyalar tirajlayır. Məqsəd isə sadə erməniləri ölkədə gedən ictimai-siyasi vəziyyət ilə tanış etmək, Paşinyanı “düz yola” gətirməkdir. Nəyin düz, nəyin isə səhv olduğunu dövlətlərinin başında dayanan şəxsə başa salmaqdan təngə gələn erməni jurnalistlər indi də çıxış yolunu Baş naziri boykot etməkdə görürlər.
Baş nazir srağagün sayca dördüncü mətbuat konfransını keçirib. Jurnalistlər üçün nəzərdə tutulan bu konfransın hansı şərtlər altında keçirildiyinə nəzər yetirdikdə konfransın mətbuatla yaxından-uzaqdan heç bir əlaqəsinin olmadığı aydın olur. Belə ki, ötən gün Ermənistanda 30-dan artıq tanınmış kütləvi informasiya vasitəsi Baş nazir Nikol Paşinyanın onlayn mətbuat konfranslarını pisləyən bəyanatla çıxış edib.
“Baş nazirin ofisi mediadan və qeyri-hökumət təşkilatlarından suallarını əvvəlcədən göndərmələrini xahiş edir, bundan sonra suallar qruplaşdırılır, bəzən redaktə edilir və şərhçi onları canlı oxuyur. Bu formatda olan media nəinki birbaşa sual vermək, həm də cavablara reaksiya vermək imkanından məhrumdur. Çox vaxt sualın məzmunu əslində təhrif olunur və ya sualın bəzi nüansları azaldılır, bəzən isə göndərilən suallar ümumiyyətlə səslənmir. Nəticədə, ictimaiyyətin düzgün məlumat almaq imkanları mahiyyətcə məhdudlaşır. Hesab edirik ki, dövlət başçısının media ilə bu formatda ünsiyyəti ayrı-seçkilik xarakteri daşıyır, səmərəsizdir və demokratiyanın əsas prinsipləri - şəffaflıq və hesabatlılığa ziddir. Buna görə də biz baş nazir Paşinyanı media ilə sərbəst ünsiyyət praktikasına qayıtmağa çağırırıq, xüsusən də koronavirus pandemiyasının səbəb olduğu əvvəllər mövcud məhdudiyyətlər artıq aktual deyil”, - media qurumlarının bəyanatında deyilir.
İrəvan Mətbuat Klubunun prezidenti Boris Navasardyanın fikrincə, üzbəüz mətbuat konfransından yayınmağın səbəblərindən biri digər məsələlərlə yanaşı, medianın hər şeyi siyasi aksiyaya çevirmək cəhdləridir. Buna baxmayaraq, o, Paşinyanın tətbiq etdiyi bu praktikanı problemli hesab edir və daha demokratik formata qayıtmağa çağırır: “Əsasən, deyəsən, baş nazir daha çox ehtiyac duyduğu mövzulara diqqət yetirib. Mətbuat konfransı təklif edir ki, ictimaiyyətin media vasitəsilə səsləndirdiyi məsələlərdə müzakirə, aydınlıq və şərh obyekti olmalıdır”.
Qeyd edilən məqamlardan bir çox ciddi məsələ öz təsdiqini tapır. Onlardan birincisi budur ki, Ermənistan və demokratiya sözləri bir-birindən çox-çox uzaqlarda dayanıb. Bundan başqa, dünya ölkələrinin günbəgün inkişaf etdiyi vaxtda Ermənistan hər gün geriyə doğru daha bir addım atır.
Xəbər lenti
Hamısına baxSosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36

