Növbəti erməni saxtakarlığına sərt, tutarlı və fundamental cavab
03.12.2010 [10:13]
aydınlıq gətirməsi baxımından xüsusi əhəmiyyətə malikdir
Oktyabrın 16-da Ermənistan prezidenti Serj Sarkisyanın Gorusda diaspordan olan jurnalistlər qarşısında verdiyi bəyanatlar, xüsusən də erməni tarixi ilə bağlı uydurmaları hələ uzun müddət dünya elm ictimaiyyəti tərəfindən tənqidə məruz qalacaq, yalan və saxtakarlığın misilsiz nümunəsi kimi vurğulanacaq.
Söz yox ki, bəşəriyyət tarixində görünməmiş bu saxtakarlıq cəhdinə ilk növbədə, Azərbaycanın elm xadiminin münasibət bildirməsi tamamilə gözlənilən idi və belə də olub. Hadisədən cəmi 17 gün sonra tanınmış filosof alim, akademik, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Ermənistan prezidenti tərəfindən irəli sürülmüş “yeni kəşflər”in ifşasına, bu dövlətin başçısının əllaməlik cəhdlərinə mötəbər tarixi faktlara əsaslanan “Gorus-2010: absurd teatrı mövsümü” məqaləsi ilə tutarlı cavab verib.
Həmin məqalə bu günlərdə “Şərq-Qərb” nəşriyyatı tərəfindən əlavə materiallar da daxil edilməklə kitab şəklində çapdan çıxıb. Kifayət qədər zəngin tarixi və faktoloji mənbələrə istinad olunması, Azərbaycanın qədim və müasir dövrünün xəritələrinin verilməsi kitabın elmi dəyərini artırmaqla bərabər, oxucular üçün etibarlı mənbə rolunu oynayır.
Akademik Ramiz Mehdiyevin bu qiymətli kitabı təkcə növbəti erməni riyakarlığına cavab vermək baxımından deyil, çoxsaylı tarixi faktları özündə əks etdirməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələrinin təhlili, son 200 ildə regionda baş verən ictimai-siyasi proseslərə aydınlıq gətirməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Bu kitab dünyanın müxtəlif regionlarında yaşayan siyasətşünaslar, qafqazşünaslar, xüsusən konfliktoloqlar üçün mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, tarix elminin atası sayılan Herodot və coğrafiyaşünas Strabondan üzü bəri çoxsaylı elmi mənbələrə istinadən yazılmış bu əsər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün ATƏT-in Minsk qrupunda təmsil olunmuş vasitəçilərin münaqişənin mahiyyəti ilə daha yaxından tanış olmaları baxımından da kifayət qədər əhəmiyyətlidir.
Akademik Ramiz Mehdiyev kitabda çox düzgün olaraq qeyd edir ki, prezidentliyinin legitimliyi hətta erməni cəmiyyətinin özü tərəfindən də şübhə altına alınan Serj Sarkisyan coşaraq, Gorus teatrının səhnəsindən erməni cəmiyyətinin layiq olduğu siyasi liderin obrazından daha çox özünün şəxsi daxili mədəniyyətinin və savadının səviyyəsini əks etdirən bir sıra kəskin bəyanatlar verməyi özünə rəva bilib.
Akademik Ramiz Mehdiyev haqlı olaraq Serj Sarkisyanın bu riyakar iddiaları ilə bəşəriyyətə II Dünya müharibəsi kimi bəla gətirmiş üçüncü Reyx liderlərinin almanların ali irq olması iddiası arasında bənzəyiş görür, paralellər apararaq yazır: “Yetmiş il bundan əvvəl alman alimləri və üçüncü Reyxin liderləri ari irqin müstəsnalığı barədə buna oxşar “qiymətli direktivlər” vermişdilər. Bir millətin başqalarından üstünlüyü, birinin qədim və təmizqanlı, digərlərinin gəlmə və qarışıq olması barədə söhbətlərin nə ilə nəticələnməsi hamıya yaxşı məlumdur. Təəssüf ki, öz xalqını təxminən eyni fəlakətli istiqamətə sürükləyən bugünkü Ermənistanın rəhbərləri yaxın tarixdən ibrət dərsi almamışlar”.
Məqalədə Ermənistan həqiqətlərini daha dəqiq əks etdirən çoxsaylı faktlar verilib. Məsələn, münaqişə başlanan illərdə Ermənistanda, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və Cavaxkda (Gürcüstan) yaşayan ermənilərin sayı ümumilikdə 3,7 milyon nəfər idi. Bu gün isə həmin ərazilərdə 2,2-2,3 milyon erməni yaşayır, yəni bu ərazilərdə ermənilərin sayı 40 faiz azalıb. BMT İnkişaf Proqramının himayəsi altında dərc edilən İnsan Potensialının İnkişafı Haqqında Məruzədə göstərilir ki, hər il 23 mindən 27 minə qədər adam Ermənistanı tərk edir. Monoetnik dövlət quran ermənilər özləri belə Ermənistanın vəziyyətinin puç olduğunu görür, Serj Sarkisyanın rəhbərlik etdiyi qaniçən rejimdən qaçırlar.
Akademik çox haqlı olaraq yazır ki, bütün bu illər ərzində Ermənistanda hələ də başa düşməyiblər ki, Ermənistan qonşu dövlətə qarşı təcavüz törətməklə, onun ərazisini işğal etməklə, etnik təmizləmələr aparmaqla, şəhərləri və kəndləri vəhşicəsinə dağıtmaqla əslində qalib gəlməyib, məğlub olub! O, yaranmış bu qədər fürsəti əldən verməklə sülhü uduzub. Bunu başa düşmək üçün bugünkü Azərbaycanı Ermənistanla müqayisə etmək, illər keçdikcə daha da çoxalacaq fərqi qiymətləndirmək kifayətdir. Ermənistan diplomatiya sahəsində tam məğlubiyyətə doğru gedir, bunun ardınca başqa xarakterli məğlubiyyət də ola bilər. Elə isə indi uçuruma yuvarlanan bu ölkənin rəhbərlərinin öz simalarını saxlaması və nə qədər gec deyil, vəziyyətdən ləyaqətlə çıxaraq labüd nəticədən yaxa qurtarmaq vaxtı çatmamışdırmı?
Məqaləni elmi mənbələrə istinadla davam etdirən akademik Ramiz Mehdiyev geniş tarixi arayışı oxucuların diqqətinə çatdırdıqdan sonra vurğulayır ki, reallığı dərk etmək əvəzinə Serj Sarkisyan Gorusdakı nitqi ilə özünü pis vəziyyətə salmış və qonaqlara yanlış məsləhətlər verib. Başa düşmək çətin deyil ki, Ermənistanın gələcək nəsilləri bu səhvlərin ağır nəticələrini öz üzərlərində hiss edəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

