Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Moskvada da, Brüsseldə də...

Moskvada da, Brüsseldə də...

19.07.2022 [10:05]

Masa üzərində Azərbaycanın diktə etdiyi şərtlər olub

Sülh üçün əsaslar var

Nardar BAYRAMLI

Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra regionda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün vacib təşəbbüslərlə çıxış edib. İlk növbədə, Ermənistana beş bənddən ibarət olan sülh sazişinin imzalanması təklif olunub. Eləcə də, regionda kommunikasiyaların açılması da əməkdaşlığa doğru önəmli addımlardan biridir. İyulun 15-də bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə  Prezident İlham Əliyev bu məsələyə toxunaraq deyib ki, Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul edilib, Ermənistan rəhbərliyi rəsmən bu beş prinsipi qəbul edib: “Bu beş prinsip nədən ibarətdir, bunu Azərbaycan ictimaiyyəti yaxşı bilir, təkrarlamaq istəmirəm. Ancaq təmasda olduğum bütün tərəf müqabilləri ilə müzakirələr zamanı Azərbaycanın bu təşəbbüsü təqdir olundu. Münaqişənin məhz bu prinsiplər əsasında həll olunması demək olar ki, təsdiqləndi. Ermənistan bunu qəbul etdi və bunu rəsmən etiraf etdi. Biz bu məsələni bir neçə qonşu dövlətlə müzakirə etmişik - Türkiyə ilə, Rusiya ilə, İranla müzakirə etmişik və bu mövqe dəstəklənir. Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları - biz bu tərəfdaşlarla da bu məsələni müzakirə etmişik və faktiki olaraq indi sülh danışıqlarının başlanması üçün əsas yaradılıb”. Amma Ermənistan sözügedən beş bənddən ibarət sülh prosesini qəbul etsə də, praktiki addımların atılmasını uzadır.

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ceyhun Əhmədli bildirib ki, Prezident İlham Əliyev cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə konseptual bir nitq söyləməklə həm daxili auditoriyanı, həm də beynəlxalq ictimaiyyəti maraqlandıran məqamlara aydınlıq gətirdi. Dövlətimizin başçısının çıxışında Ermənistan hakimiyyətinə və regionda maraqları olan ölkələrə ünvanlanmış mesajlar da çoxluq təşkil edirdi. Onun sözlərinə görə, Azərbaycan dövləti ötən dövrdə 44 günlük Vətən müharibəsinin nəticələrinin beynəlxalq miqyasda legitimləşdirilməsi istiqamətində də ardıcıl və səmərəli fəaliyyət həyata keçirib. Həm Moskvanın, həm də Brüsselin təşəbbüsü ilə keçirilən müzakirələrdə Azərbaycanın diktə etdiyi şərtlər masa üzərində olub. Ölkəmiz müharibə dövründə olduğu kimi, sülh quruculuğu mərhələsində də özünün güc mövqeyindən çıxış edərək diplomatik qələbələrini sıralamaqdadır. Avropa İttifaqı, Rusiya və bir sıra digər güc mərkəzlərinin postmünaqişə reallıqlarını tanıması bunun əyani təzahürüdür. Ölkəmizin sülhün yaradılması üçün elan etdiyi 5 prinsipin Ermənistan hakimiyyəti tərəfindən qəbul edilməsi bir daha göstərdi ki, sülh gündəliyinin fundamental əsaslarını biz müəyyən edirik. Sözsüz ki, rəsmi İrəvan bu şərtləri xoşluqla qəbul etmədi. Azərbaycanın reallaşdırdığı strateji diplomatiya, belə demək mümkündürsə, Ermənistanı küncə sıxışdırdı, onun diplomatik manevr imkanlarını tamamilə tükəndirdi və nəticədə rəsmi İrəvanı ölkəmizin şərtləri ilə razılaşmağa məcbur etdi.

Regional sülhü təhdid edən xoşagəlməz hallar var

“Postmünaqişə mərhələsində gedən proseslərə nəzər salsaq, həm müsbət, həm də mənfi məqamları müşahidə edə bilərik. Məsələn, sərhədlərin delimitasiyası üzrə işçi qrupun ilk iclasının keçirilməsini və sülh müqaviləsinin əsasını təşkil edəcək beş maddədən ibarət baza prinsiplərinin Ermənistan tərəfindən qəbul edilməsi müsbət elementlər kimi nəzərdən keçirilə bilər. Lakin təəssüf ki, ümumilikdə regional sülhü təhdid edəcək bəzi xoşagəlməz hallar da müşahidə olunmaqdadır. Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına daxil olan Azərbaycan ərazilərində hələ erməni silahlı birləşmələrinin mövcudluğu qəbuledilməzdir. Sülh quruculuğu prosesini ciddi şəkildə təhlükə altına alan bu hal 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarının Ermənistan tərəfindən birmənalı şəkildə pozulması anlamına gəlir. Çünki Bəyanatın 4-cü maddəsində aydın şəkildə təsbit olunub ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti Azərbaycan ərazilərinə erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Amma ötən müddətdə Qarabağda hələ də qanunsuz erməni silahlıları mövcuddur. Düşünürəm ki, Prezident İlham Əliyevin bu istiqamətdə səsləndirdiyi mesajlar Moskvada da öz ünvanına çatıb və tezliklə Rusiya tərəfi sülhə zəmanətçi funksiyasına uyğun olaraq qanunsuz erməni silahlılarının ölkəmizdən çıxarılması istiqamətində lazımi addımlar atacaq”, - deyə C.Əhmədli vurğulayıb.

Zəngəzurun statusunu tələb edəcəyik

Politoloq əlavə edib ki, digər mənfi tendensiya Ermənistan hakimiyyətinin bəzi hallarda status məsələsini gündəmə gətirmək cəhdləri ilə bağlıdır. 44 günlük müharibə nəticəsində arxivə qovuşan status məsələsini mütəmadi olaraq qabartmaq sülh prosesini sabotaj etməkdən başqa bir məqsədə xidmət edə bilməz. Çünki qarşı tərəf bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq və haqlı olaraq tarixi Zəngəzur torpaqlarına iddiamızı irəli sürəcəyik. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Zəngəzur mahalı 1920-ci ilin noyabrında bizdən qoparılaraq Ermənistana birləşdirilib. Ərazidə yaşayan 100 minlərlə azərbaycanlı terrora, etnik təmizləmə siyasətinə məruz qalıb, deportasiya edilib. Yəni, Ermənistan vəziyyəti yaxşıca götür-qoy etməli və onun hər addımının adekvat nəticələr doğuracağını nəzərə almalıdır.

Paylaş:
Baxılıb: 146 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31