Ərdoğandan “qırmızı xətt” xəbərdarlığı
27.07.2022 [10:15]
N.BAYRAMLI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli jurnalistlərə müsahibəsində Ermənistandan münasibətlərin normallaşdırılması üçün konkret addımların atılmasını gözlədiklərini deyib. O, Türkiyənin “qırmızı xətt”inin Azərbaycan olduğunu, Türkiyə və Ermənistan arasında normallaşma prosesinin bu məsələ həll edildikdən sonra mümkün olacağını qeyd edib: “Amma biz Ermənistandan konkret addımlar atmaqlarını gözləyirik, bu normallaşma prosesində qətiyyətliyik”. Burada diqqət çəkən xüsusi məqam Rəcəb Tayyib Ərdoğanın Türkiyənin “qırmızı xətti”nin Azərbaycan olduğunu deməsidır. Bu fikir bir daha təsdiqləyir ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapmaq mümkün deyil. İki ölkənin münasibətləri unikal bir nümunəyə çevrilib. Dövlətlərarası strateji əlaqələrlə yanaşı, ortaq tarix və milli-mənəvi dəyərlər xalqlarımızın sıx birliyini təmin edən amillərdir.
Ümumiyyətlə, rəsmi Bakı ilə Ankara arasında diplomatik münasibətlərin qurulduğu 30 ildən artıq müddət bir çox əlamətdar hadisələrlə, önəmli məqamlarla zəngindir, elə tarixin özüdür. Ötən dövrün mənzərəsinə nəzər saldıqda belə qənaətə gəlmək olur ki, iki ölkə bu müddət ərzində əsrə bərabər inkişaf yolu keçib, dostluq, qardaşlıq və müttəfiqlik münasibətləri ən yüksək nöqtəyə - zirvəyə çatıb. Ölkələrimiz arasında siyasi münasibətlər ən yüksək səviyyədədir. İqtisadi-ticari əlaqələr də uğurla inkişaf edir. Azərbaycan Türkiyədə, Türkiyə isə Azərbaycanda ən böyük sərmayədarlardan biridir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, TAP kimi birgə layihələr regional və beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa mühüm töhfələr verir. Bunlarla yanaşı, Azərbaycan və Türkiyə daim bir-birini ən yüksək səviyyədə dəstəkləyir, hər iki ölkənin milli maraqlarının qorunmasında qətiyyətli mövqe nümayiş etdirirlər.
Azərbaycanın ərazi bütövlüyünün bərpası və torpaqlarımızın işğaldan azad olunması üçün milli mübarizəsinin uğurla nəticələnməsində, möhtəşəm tarixi qələbəsinin təmin edilməsində qardaş Türkiyənin mənəvi-siyasi dəstəyi müstəsna önəm daşıyıb. Postmüharibə dövrünün reallıqları da bu gerçəkliyi bir daha təsdiqləyir. Rəcəb Tayyib Ərdoğanın sözügedən fikri Türkiyənin bu mövqeyinin qətiyyətli olduğunu göstərir.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin Azərbaycan-Türkiyə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Şahin İsmayılov bildirib ki, Azərbaycan və Türkiyəni tarixi, milli, dini və mədəni köklər bir-birinə bağlayır. Bugünkü münasibətlərimiz də böyük öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimizdir” və ümummilli liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə əsaslanır. Onun sözlərinə görə, hazırda münasibətlərimiz dostluq, qardaşlıq prinsiplərinə və strateji müttəfiqliyə əsaslanır. Tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə bu gün ən yüksək zirvədədir. Hər iki ölkə beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincimiz də, kədərimiz də bir olub.
Millət vəkili qeyd edib ki, Azərbaycan-Türkiyə əlaqələri daim güclənməkdədir: “Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Hər iki ölkənin rəhbəri müxtəlif beynəlxalq tədbirlərdə həmişə bir-birimizə birmənalı olaraq qarşılıqlı dəstək verməyin əsl örnəyini nümayiş etdiriblər. 30 il əvvəl Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları, bütün toplumu Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Bu amil bizim qələbə qazanmağımıza çox böyük təsir göstərdi. Bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının bir daha şahidi oldu”.
Ş.İsmayılov söyləyib ki, dövlət başçıları arasında ötən ilin iyun ayında imzalanmış Şuşa Bəyannaməsi isə münasibətlərimizin ən yüksək zirvəsidir. Şuşa Bəyannaməsində beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, xüsusilə də hər iki ölkənin milli və birgə təhlükəsizliyi ilə əlaqədar çox vacib məsələlər əks olunub. Hazırda regionda Azərbaycan və Türkiyə tərəfindən önəmli təşəbbüslərin irəli sürüldüyünü deyən millət vəkilinin fikrincə, bu təşəbbüslər Ermənistan üçün də faydalıdır: “Çünki bu təşəbbüslər sülh və əməkdaşlığa xidmət edir. Əgər rəsmi İrəvan Azərbaycan və Türkiyə ilə səmimi olaraq münasibət qurmaq istəyirsə, bəhanələri kənara qoyaraq konkret addımlar atmalıdır. Ermənistan-Türkiyə münasibətlərinin normallaşması da bu prosesdən asılıdr. Erməni tərəfi Rəcəb Tayyib Ərdoğanın “qırmızı xətt” xəbərdarlığından nəticə çıxarmalıdır”.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
15 Avqust 20:56

Xəbər lenti
15 Avqust 18:50

İdman
15 Avqust 17:45

Xəbər lenti
15 Avqust 17:08

Xəbər lenti
15 Avqust 15:43

Dünya
15 Avqust 15:26

Xəbər lenti
15 Avqust 15:25

Xəbər lenti
15 Avqust 15:23

Xəbər lenti
15 Avqust 15:21

Xəbər lenti
15 Avqust 15:14

İdman
15 Avqust 14:21

Xəbər lenti
15 Avqust 13:44

Dünya
15 Avqust 13:12

Xəbər lenti
15 Avqust 12:30

Xəbər lenti
15 Avqust 11:43

Xəbər lenti
15 Avqust 11:16

Xəbər lenti
15 Avqust 11:08

Xəbər lenti
15 Avqust 10:53

Prezident bu gün
15 Avqust 10:28

Xəbər lenti
15 Avqust 10:24

Xəbər lenti
15 Avqust 10:11

Siyasət
15 Avqust 10:07

İdman
15 Avqust 09:26

Xəbər lenti
15 Avqust 09:00

Xəbər lenti
14 Avqust 18:40

Xəbər lenti
14 Avqust 17:14

Dünya
14 Avqust 16:51

Dünya
14 Avqust 15:36

Xəbər lenti
14 Avqust 11:59

Xəbər lenti
14 Avqust 11:55

İdman
14 Avqust 11:53

İdman
13 Avqust 21:25

Xəbər lenti
13 Avqust 18:25

İdman
13 Avqust 17:48

Xəbər lenti
13 Avqust 15:40

Xəbər lenti
13 Avqust 13:57

Xəbər lenti
13 Avqust 12:27

Maraqlı
13 Avqust 12:00

Xəbər lenti
13 Avqust 11:47

Xəbər lenti
13 Avqust 11:31

MEDİA
13 Avqust 11:29
Ədəbiyyat
13 Avqust 11:28
.jpg&width=120)
Xəbər lenti
13 Avqust 11:15

Sosial
13 Avqust 11:05

Sosial
13 Avqust 10:37

Analitik
13 Avqust 10:32

Prezident bu gün
13 Avqust 10:25

Xəbər lenti
13 Avqust 10:25

Siyasət
13 Avqust 10:21

Sosial
13 Avqust 10:20

Xəbər lenti
13 Avqust 10:18

Gündəm
13 Avqust 10:03

Xəbər lenti
12 Avqust 20:12

Xəbər lenti
12 Avqust 20:10

Gündəm
12 Avqust 19:43

İqtisadiyyat
12 Avqust 19:41

İqtisadiyyat
12 Avqust 19:35

Siyasət
12 Avqust 19:33

Gündəm
12 Avqust 19:32

Gündəm
12 Avqust 19:28

Xəbər lenti
12 Avqust 19:27

Xəbər lenti
12 Avqust 19:20

Xəbər lenti
12 Avqust 17:01

Xəbər lenti
12 Avqust 16:38

Xəbər lenti
12 Avqust 16:04

Xəbər lenti
12 Avqust 15:44

Xəbər lenti
12 Avqust 15:13

Xəbər lenti
12 Avqust 15:12

Gündəm
12 Avqust 13:59

Siyasət
12 Avqust 13:53
