Mehri - Ağarak yolunda...
11.08.2022 [10:30]
Ermənistan ictimaiyyəti həyəcan təbili çalır
SADİQ
Son günlərdə Ermənistan KİV-i Mehri-Ağarak yolunda Rusiya sülhməramlılarının sənəd yoxlaması, aparılan yüklərin təftişi ilə bağlı “həyəcan təbili” çalır. Düzdür, Ermənistanın rəsmi orqanları yoxlanışı adıçəkilən yolda narkoticarətin intensivləşməsi ilə əlaqələndirsələr də, sülhməramlıların ölkə daxilində post qurması məsələsinə münasibət bildirmirlər. Mehri icmasının rəhbəri Baqrat Zakaryan isə bildirib ki, rus sülhməramlılarının Mehri-Ağarak yolunda modul postları artıq 9 aydır quraşdırılıb. Sadəcə olaraq, son günlərdə bu postlar aktiv fəaliyyətə başlayıb.
Sosial şəbəkənin Ermənistan seqmenti, o cümlədən KİV bu baş verənlərə qarşı açıq kampaniya həyata keçirirlər. Onlar adıçəkilən ərazilərdə postların qurulması ilə razı deyil və bu postların qurulmasını qarşıdakı dövrdə baş verəcək siyasi hadisələrlə bağlı olduğunu deyirlər. Belə yoxlama postlarının qurulmasını Zəngəzur dəhlizi ilə bağlı razılaşmadan qaynaqlandığını idda edən ermənilər yoxlanışın Ermənistanın müvafiq strukturları tərəfindən deyil, məhz Rusiyanın sülhməramlı kontingentinin tərəfindən icra edilməsinə də qarşıdırlar. İddia edilir ki, sülhməramlıların həmin regionda hansısa yoxlama aparmaq hüququ üçtərəfli Bəyanatda əks olunmayıb. Magistralın Mehri-Ağarak hissəsində rus hərbçilərinin postlarının peyda olmasından daha çox, oradan keçən erməni nömrəli bütün avtomobillərin rus əsgərləri tərəfindən yoxlanılması erməni ictimaiyyəti üçün utancverici hadisədir. Bu iddiaların içində ən maraq doğuran fakt isə ondan ibarətdir ki, bu yoxlamalarla bağlı Ermənistanın müvafiq strukturlarından icazə alınmayıb. Ermənistan KİV-i bunu ölkənin suverenliyinə təhdid kimi dəyərləndirir. Amma...
Rəsmi İrəvan 2020-ci ilin noyabrında kapitulyasiya imzaladıqdan sonra öhdəlikləri yerinə yetirməmək üçün müxtəlif bəhanələr gətirir. Həmin dövrdə Azərbaycanın “dəmir yumruğ”undan xilas olmaq üçün bütün ölkələrə yalvaran Ermənistan 10 noyabr kapitulyasiyasını imzalamaqla canını qurtardığını düşünüb. Ermənistan elə düşünür ki, imzaladığı bu saziş müharibəni əbədi dayandırdı. Və artıq onlar yenə də istədikləri kimi davrana bilərlər. Bu isə belə deyil.
Ermənistan tərəfi 10 noyabr sazişini imzalamaqla üzərinə götürdüyü öhdəlikləri mütləq şəkildə yerinə yetirməlidir. 30 ilə yaxın regionun əsaslı inkişafına mane olan rəsmi İrəvan bu dəfə vaxt uzatmaq kimi manipulyasiyalarla status-kvonu qoruya bilməz. İstər şərqi Zəngəzurda, istər Laçın dəhlizində, istərsə də Kəlbəcər istiqamətində törətməyə çalışdıqları təxribatlar isə cavabsız qalmır. Azərbaycan ən yüksək səviyyədə bu təxribatların qarşısını alır.
Üçtərəfli Bəyanatın imzalanmasından ötən dövrdə əlini-əlinin üstünə qoyaraq heç nə etmək istəməyən, daha doğrusu müqaviləyə əsasən Azərbaycan torpaqlarını tərk edərək, yeni yoldan istifadə etməli olduğunu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı kommunikasiyanın qurulmasına şərait yaratmalı olduğunu “unudan” Ermənistanın apardığı hay-küy kampaniyası işə yaramır. Baş verənlərdə birmənalı olaraq Rusiyanı günahlandırmağa çalışan Ermənistan cəmiyyəti öz suallarını niyə indiyə qədər İrəvan hakimiyyətində təmsil olunanlara ünvanlamır?
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

