Ayrı-ayrı mətbuat orqanlarında dərc olunan məqalələr rəsmi mövqe sayıla bilməz
08.01.2011 [09:14]
“Azərbaycan dövlətinin və hökumətinin rəsmi mövqeyi Xarici İşlər Nazirliyinin yaydığı rəsmi sənədlərdə, o cümlədən Prezidentin mətbuat xidmətinin açıqlamalarında əksini tapır. Azərbaycan dövləti mövqeyini eyni zamanda Milli Məclisin rəsmi bəyanatlarında bildirə bilər”. YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı “Media forum” saytına açıqlamasında belə deyib. Mübariz Qurbanlının sözlərinə görə, ayrı-ayrı mətbuat orqanlarında dərc olunan məqalələr rəsmi mövqe sayıla bilməz: “ABŞ-ın Cənubi Qafqazla bağlı siyasətində bizim razılaşmadığımız məqamlar var. Birləşmiş Ştatlar Cənubi Qafqazda baş verən hadisələrə ikili standartla yanaşır. ABŞ lap əvvəldən, Azərbaycan öz müstəqilliyini elan edəndən ölkəmizə qarşı ikili standart nümayiş etdirib. 1992-ci ildən ABŞ Konqresi azadlığı müdafiə adı altında işğalçı Ermənistana yardım göstərsə də, Azərbaycan “907-ci düzəliş”lə bu yardımdan məhrum edilib. ABŞ Konqresi hər il dövlət büdcəsini təsdiq edərkən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “respublika”ya yardımlar edir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda təcavüzkar Ermənistana qarşı açıq-aydın münasibət bildirməməsi, qondarma “erməni soyqırımı” məsələsinin mütəmadi olaraq Konqresin alt komitələrində müzakirə olunması və sair faktlar göstərir ki, ABŞ Azərbaycana, türk və ümumilikdə islam dünyasına ikili mövqe sərgiləyir. Əlbəttə, bütün bunlar narahatlıq yaradır və Azərbaycanın müxtəlif mətbu orqanları, ayrı-ayrı ziyalıları həmin narahatlıqlarını ifadə edirlər”.
YAP İcra katibinin müavini hesab edir ki, “Azərbaycan” qəzetində və AzərTAc-da dərc olunan “ABŞ: “azadlığı” yoldan çıxaranlar” və “Azərbaycan Prezidenti jurnalistlərin dostudur və ya “müstəqil” beynəlxalq QHT-lərin “obyektivliyi” barədə bir neçə söz” adlı məqalələr obyektiv vəziyyəti özündə ehtiva edir: “Bu məqalələrdə müəlliflər öz narahatlıqlarını ifadə ediblər. Mən də, bir deputat kimi, ABŞ-ın irəli sürdüyü ikili standart siyasətinin əleyhinəyəm. Xüsusilə Ermənistanın təcavüzkar kimi tanımamasında tutduğu mövqe məni qane eləmir”.
Mübariz Qurbanlı onu da əlavə edib ki, sözügedən məqalələrin yazılması üçün digər səbəb axtarmağa ehtiyac yoxdur: “Tövsiyə edirəm ki, Azərbaycanın ən yeni tarixində üzə çıxan, eləcə də ABŞ-ın, digər ölkələrin siyasətini tənqid edən yazılara, məqalələrə diqqət yetirsinlər. Bu tip yazılar əvvəllər də olub və vaxtaşırı mətbuata çıxarılıb. O cümlədən, ABŞ-ın Bakıdakı səfirliyinə müxtəlif siyasi partiyalar, təşkilatlar öz iradlarını, etirazlarını bildiriblər. Hesab edirəm ki, bu gün belə məsələlərin ortaya çıxmasının arxasında hansısa digər səbəb axtarmaq lazım deyil. Sadəcə, bölgədə gedən proseslərə ABŞ-ın yanaşmasında yol verilən nöqsanlar, qüsurlar açıq şəkildə ifadə edilib. Yazı müəlliflərinin narazılıqlarının məntiqi var”.
Hazırda ABŞ-ın Azərbaycana yeni səfir təyin etdiyini deyən Mübariz Qurbanlı bu məsələnin uzadılması zamanı ölkə rəsmilərinin mövqeyinin necə olduğunu xatırladıb: “Dəfələrlə demişik ki, Azərbaycanda ABŞ səfirinin olmamasından ən çox ziyan çəkən ABŞ-ın özü olacaq. Hazırda səfir təyin olundu, bu, yaxşı haldır. Amma ermənipərəst dairələrin səfir təyinatına maneə törətməsi, mənasız müzakirələr açması və digər buna oxşar hallar narahatlıq doğuran hallar deyilmi? Bütün bunlar hər bir azərbaycanlı tərəfindən etirazla qarşılanmırmı? Bir daha vurğulayıram ki, etirazlarla bağlı yazılar əvvəllər də olub və onu indiki hal üçün xüsusiləşdirməyə ehtiyac yoxdur”.
Milli Məclisin deputatı məqalələrdə adları çəkilən beynəlxalq təşkilatların fəaliyyətindən özünün də razı olmadığını deyib: “Dəfələrlə Yeni Azərbaycan Partiyası müxtəlif təşkilatların Azərbaycanla bağlı qərəzli mövqeyinə etiraz edib, onlara etiraz məktubları göndərib. Bununla bağlı açıqlamalar var. Hər iki məqalədə adları çəkilən beynəlxalq təşkilatlar vaxtaşırı ölkəmiz haqqında təhrif olunmuş məlumatları dünya ictimaiyyətinə çatdırmağa cəhd ediblər. O cümlədən Azərbaycanın beynəlxalq imicinə zərər vurmaq üçün ayrı-ayrı faktları saxtalaşdırmağa cəhd göstəriblər. Biz onlara tövsiyə etmişik ki, belə məlumatlar verərkən Azərbaycandakı bütün mövqeləri dinləsinlər”.
Azərbaycan hökumətinin strateji kursunu Azərbaycan Prezidentinin təyin etdiyini deyən Mübariz Qurbanlı dövlət başçısı İlham Əliyevin milli maraqlara uyğun, qətiyyətli, praqmatik, müstəqil siyasət həyata keçirdiyini vurğulayıb: “Prezidentin həyata keçirdiyi siyasəti Milli Məclis, eləcə də Yeni Azərbaycan Partiyası birmənalı dəstəkləyir. Xalqın maraqlarına uyğun olduğuna görə böyük əksəriyyət də bu siyasətin arxasınca gedir. Strateji maraqlarımızla bağlı həyata keçirilən siyasət bizim hər birimizin maraqlarına uyğundur. Bu cür məqalələrin Azərbaycanın strateji-siyasi mövqeyinin dəyişməsindən qaynaqlandığı fikrinə gəlincə, hesab edirəm ki, burada kimlərsə ifrata varır, öz fikirlərini məxsusi, əlahiddə ideya kimi ortaya qoymağa cəhd edir”.
Mübariz Qurbanlı ABŞ-ın Azərbaycanla bağlı irəli sürdüyü ikili siyasətinə etirazını ayrı-ayrı mətbuat orqanına dəfələrlə açıqlamalar verməklə bildirdiyini söyləyib: “Bu etirazı bildirmək üçün əlavə məqalə yazmağa ehtiyacım yoxdur. Bu söylədiklərim mənim mövqeyimdir. Vacib deyil ki, onu məqalə şəklində yazım. Hesab edirəm ki, bizim mövqe artıq ABŞ Dövlət Departamentinə də bəllidir. Eyni zamanda bizim belə açıqlamalarımız Amerika hökumətinə də çatdırılır. Həmçinin, ictimai rəyin forması olaraq Amerikanın ayrı-ayrı dairələrinə bəllidir. Biz ABŞ-la əməkdaşlıq etməyə tərəfdarıq. Bu istiqamətdə də siyasəti həyata keçiririk. Cənab Prezident İlham Əliyev bütün ölkələrlə, eləcə də, ABŞ-la ikitərəfli əməkdaşlığa diqqət yetirir. Hesab edirəm ki, bizim öz narazılıqlarımızı dilə gətirməyimiz milli maraqlarımıza uyğundur”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21

