"Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin 32-ci cildi çapdan çıxıb
11.01.2011 [09:10]
Nəşrin buraxılışına məsul Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.
AzərTAc xəbər verir ki, ümummilli lider Heydər Əliyevin geniş və dərin siyasi fəaliyyətini rəsmi sənədlərdə əks etdirən çoxcildliyin oxuculara təqdim edilən növbəti cildində Azərbaycanda səfərdə olmuş beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərə, danışıqlara dair materiallar, həmçinin Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı münasibətlərin inkişafını əks etdirən Bakı Bəyannaməsi verilib.
Bunlardan əlavə, kitabda Ulu öndərin Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüşdə danışıqları, Böyük Britaniyanın “Kaspian” jurnalının baş redaktoru Ceyms Millerlə müsahibəsi, Fransaya səfəri zamanı türkiyəli jurnalistlərlə söhbəti, Avropa Şurasının yüksək vəzifəli şəxsləri ilə görüşlərindəki nitqləri cəmlənib.
Kitabda Ulu öndər Heydər Əliyevin 2001-ci ilin yanvarından martınadək olan dövrdə çıxışları nitqləri, bəyanatları, məktubları, müsahibələri, məruzələri, müraciətləri, fərmanları təqdim edilib.
Yeni cilddə Azərbaycan Prezidentinin Fransa və Ermənistan prezidentləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə keçirdiyi görüşlər, prezidentlərin mətbuat konfransları haqqında maraqlı materiallar əksini tapıb. Kitabda diqqətçəkən məqamlardan biri də ümummilli lider Heydər Əliyevin jurnalistlərin münaqişə ilə bağlı verdiyi suallara cavablarında ölkəmizin maraqlarını qətiyyətlə müdafiə etməsidir.
Ulu öndər Azərbaycan Respublikasının Avropa Şurasına üzv qəbul edilməsi kimi tarixi əhəmiyyətli hadisə ilə əlaqədar təntənəli mərasimdəki nitqində bu hadisənin ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını vurğulayaraq deyib: “Bu dəqiqələrdə biz tarixi anlar yaşayırıq. Az sonra Azərbaycanın bayrağı Avropa Şurası sarayının önündə dalğalanacaqdır. Bu bayrağın rənglərindən birinin mənası müasirləşmək, yəni avropalaşmaqdır. Xoşbəxtik ki, hamımızın ümumi səyləri ilə bayrağımız bir daha öz həqiqi mənasına qovuşur, öz həqiqi yerini tutur”.
ümummilli lider Avropa Şurası Parlament Assambleyasında da çıxışı zamanı Azərbaycanın, ümumən Cənubi Qafqaz ölkələrinin bu quruma daxil olmasını çox mühüm amil kimi qiymətləndirərək bunun regionda münaqişələrə son qoyulmasına, Avropada təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edəcəyinə diqqəti çəkib.
Bundan əlavə, kitabda ümummilli liderin Milli Məclisin növbəti iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə aid məsələnin müzakirəsi zamanı söylədiyi nitq də böyük maraq doğurur. Həmçinin, Ulu öndərin Azərbaycan gəncləri günü münasibətilə gənclərlə görüşdə geniş nitqi də yeni cilddə əksini tapıb.
AzərTAc-ın materialları əsasında hazırlanmış və “Azərnəşr” nəşriyyatı tərəfindən çap olunan çoxcildliyin bu cildində də “Qeydlər”, “Şəxsi adlar göstəricisi”, “Coğrafi adlar göstəricisi” verilib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32

