Bəzi qüvvələr din pərdəsi altında gizlənərək ölkəmizdə təxribatlar törətməyə çalışırlar
18.01.2011 [09:37]
Təəssüf ki, ölkəmizdə yaradılan bu şəraitdən bəzən sui-istifadə etməyə çalışanlar tapılır. Xarici qüvvələrin təhriki ilə ölkədə demokratik inkişafa mane olmağa, ara qarışdırmağa çalışan bu cür qüvvələr din pərdəsi altında gizlənirlər. Son zamanlar bir qrup insanların istər hicab məsələsində, istərsə də, digər bir sıra məsələlərdə ortaya qoyduqları mövqe, həyata keçirmək istədikləri təxribatlar da bir daha sübut edir ki, onlar öz çirkin oyunlarda müqəddəs dindən istifadə etməklə bu inancın siyasiləşdirilməsinə çalışırlar.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib ki, Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə din dövlətdən ayrı olmalıdır. Bəzi dini qrupların siyasiləşməsi cəhdlərini mənfi hal kimi dəyərləndirən millət vəkili hesab edir ki, belə dairələrin fəaliyyətinə nəzarət gücləndirilməlidir: “Azərbaycanda din dövlətdən ayrı olmalıdır. Ona görə də, müəyyən dairələrin son vaxtlar tutduqları mövqe düzgün deyil. Belə qrupların xarici qüvvələrin təsiri altında fəaliyyət göstərməsi şübhə doğurmur”.
Politoloqun fikrincə, qanunun pozulduğu təqdirdə kimliyindən və dinindən asılı olmayaraq, hər kəs cavab verməlidir: “Biz açıq cəmiyyətdə yaşayırıq. Xarici təsirlərin mövcudluğu inkar edilə bilməz. Amma bu təsirlər bilavasitə qanunun qadağan etdiyi şəkil aldığı təqdirdə, təbii ki, qarşısı alınmalıdır. Məsələn, Azərbaycan qanunvericiliyinə görə, siyasi partiyalar xaricdən maliyyələşdirilə bilməz. Eyni zamanda, müəyyən qrupların hansısa şəbəkəyə daxil olmaları da yolverilməzdir”.
Politoloq Elşad Mirbəşir də Azərbaycanın tolerant ölkə olduğunu və bu coğrafiyada tarixin hər bir məqamında fərqli dini konfessiyaların mövcud olduğunu bildirib. Onun sözlərinə görə, ölkəmizdə bütün dinlərin müstəqil fəaliyyəti, dəyərlərini qoruyub saxlamaları üçün hər cür imkan və şərait mövcuddur: “Fərqli dinlərin daşıyıcıları üçün ən yüksək səviyyədə şərait yaradılıb. Amma nəzərə alınmalıdır ki, bu fəaliyyət qanunun çərçivələrini aşmamalıdır. Təbii ki, ölkə hüdudlarından kənarda Azərbaycandakı siyasi-iqtisadi sabitliyin pozulmasında maraqlı olan qüvvələr kimi dini qarşıdurmaların da yaranmasına çalışanlar var. Bu üzdən də, dini sahədəki sabitliyi süni şəkildə pozmağa çalışırlar. Bir müddət öncə hicabla bağlı məsələni şişirdib ali müstəviyə qaldırmağa cəhdlər buna misal ola bilər”.
Müxtəlif dini təriqətlərə qulluq edən qeyri-leqal silahlı qüvvələrin zaman-zaman Azərbaycanda sabitliyə qarşı müəyyən hadisələr törətməyə cəhdlər göstərdiyini söyləyən E.Mirbəşir bu yaxınlarda da belə bir qrupun aşkarlanaraq zərərsizləşdirildiyini söyləyib: “Bu kimi hallar bir növ Azərbaycandakı dini sabitliyə kölgə salmaq cəhdləridir. Lakin Azərbaycanda kifayət qədər dayanıqlı, kifayət qədər mükəmməl siyasi idarəetmə sistemi mövcuddur. Bu baxımdan da, bu cür pozucu halların qarşısı qətiyyətlə və peşəkarlıqla alınır”.
Politoloq Elman Nəsirli də bildirib ki, Azərbaycan dünyəvi dövlətdir və bununla yanaşı, ölkəmizdə bütün dinlərin, təriqətlərin təmsilçiləri ölkə qanunları çərçivəsində azad fəaliyyət göstərmək hüququna malikdirlər. Azərbaycanın sözün əsl mənasında tolerant dövlət olduğunu bildirən politoloq qeyd edib ki, yaradılan bu şəraitdən sui-istifadə etməyə çalışanlar da tapılır: “Təəssüf ki, bir sıra hallarda dinlə əlaqəsi olmayan qüvvələr tapılır ki, onlar daha çox öz siyasi məqsədlərinin əsirinə çevrilirlər. Belələri yaradılmış bu gözəl və əlverişli imkandan pis niyyətlərini həyata keçirmək üçün bir vasitə kimi istifadə etməyə çalışırlar. Bu cür tendensiyalara hər zaman təsadüf olunub. ölkəmiz iqtisadi-siyasi nailiyyətlər əldə etdikcə, Qərb standartlarına, demokratik ənənələrə daha çox bağlandıqca Azərbaycanın uğurlarını qəbul etməyən qüvvələr din pərdəsi altında daha çox fəallaşmağa çalışırlar və ölkədə dövlətçilik əleyhinə öz siyasi niyyətlərini həyata keçirməyə cəhdlər göstərirlər. çox maraqlıdır ki, bu cür psevdo din xadimlərinin evlərindən “Qurani-Kərim”, başqa dini kitabların yerinə, silah-sursat çıxır, sanki onların evləri silah anbarıdır”.
Bu silah-sursatın konkret təyinatının olduğunu bildirən politoloq vurğulayıb ki, psevdo din xadimləri bunu inkar etməyə çalışsalar da, bu belədir: “özünü din xadimi kimi təqdim edən, guya dinin keşiyində dayanan belə insanların evində silah-sursat tapılırsa, şübhəsiz ki, həmin silahın konkret təyinatı var və həmin təyinat da dövlətçiliyimizin əleyhinə yönəlib. Fikrimcə, Azərbaycan xalqı, dövlətimizin gələcəyini düşünən insanlar, statusundan, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, bir ideya ətrafında birləşməlidirlər. Həmin ideya da azərbaycançılıq ideyasıdır. Hər bir vətəndaş belə hallara qarşı etiraz səsini ucaltmalı, mübarizə aparmalıdır. Bu qüvvələrin arxasında dayanan xarici havadarlara öz mövqeyimizi bildirməliyik. Təəssüflə qeyd etməliyik ki, belə qüvvələr ara-sıra Azərbaycanda peyda olurlar. Sevindirici haldır ki, onların Azərbaycanda fəaliyyəti üçün münbit şərait yoxdur. Ona görə də, Azərbaycan cəmiyyətinin hər bir üzvü istər daxilimizdə olan belə qüvvələrə qarşı, istərsə də xaricdən onları maliyyələşdirən qüvvələrə qarşı birgə mübarizə aparmalıdır”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21

